Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Müəssisələrdə dagıdıcı olmayan metodlar və nəzarət vasıtələri ilə dağılma dərəcə­lərinin müəyyən edilməsi



Yüklə 1,67 Mb.
səhifə57/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

10.7. Müəssisələrdə dagıdıcı olmayan metodlar və nəzarət vasıtələri ilə dağılma dərəcə­lərinin müəyyən edilməsi.

Dövlət standartlarına uyğun olaraq sənayedə istifadə olunan materiallar korroziyaya davamlılığına görə 10 qrupa bölünü. Dövlət standartına uyğun olaraq aparatların və onların əsas hissələrinin hazırlanması zamanı işçi mühitə mümkün qədər davamlı və minimum korroziya sürətinə malik olan material seçilməlidir.Bu zaman ətraf mühitin mümkün dəyişikliyi və aqressivliyin kəskin artması nəzərə alınmalıdır, çünki bu hal korrozyanın sürətini təhlükəli həddə qədər artıra bilər və təzyiq altında yanar maye və qazşəkilli mühitdə işləyən aparatların kipliyini qəfildən poza bilər.


Bunlara əlavə olaraq materialların vəziyyətinin dağıdıcı olmayan metodlarla yoxlanılması müddətləri də məlum olmalıdır.Avadanlıqların istismar təcrübələri göstərir ki, aparatların və boru kəmərlərinin işləmə müddətlərinin (resurslarının) sonunda materialların korroziyalı zədələnmələri üzə çıxır (daxilində maye karbohidrogenlər olan boru kəmərlərində 10-20 il istismardan sonra). Buna görə də uzun müddət istismarda olan avadanlıqlara texniki baxışların tezliyi çox olmalıdır.
Korroziyaya davamlı materiallar texnoloji prosesin xüsusiyyətlərinə və müəyyən iş şəraitinə uyğun seçilməlidir.Materialların korroziyaya davamlılığını artırmaq üçün avadanlıqlar legirlənmiş poladdan, əlvan metallardan və onların ərintilərindən hazırlanır.Eyni zamanda, üzvi və qeyri– üzvi mənşəli qeyri-metal antikorroziya örtükərdən də istifadə olunur.Qeyri-üzvi materiallar əsasən futirovka məqsədilə, yəni metal səthi bağlamaq üçün istifadə olunur.Birləşdirici kimi isə antikorroziyalı hörmə materiallardan istifadə edilir. Müxtəlif metodlarla işlənilib təmizlənmiş metallara üzvi maddələr püskürdülmə, yapışdırma və nazik lay şəklində yağlama ilə çəkilir.Aparatların və boru kəmərlərinin metal səthlərinin örtülməsi metodları və müdafiə üçün səth materialları xüsusi təlimatlarla və layihə və elmi tədqiqat müəssisiələrinin zəmanəti əsasında həyata keçirilir.
Ən perspektiv müdafiə örtükləri silisium üzvi materiallardır. Onlar metallara, ərintilərə, şüşəyə, keramikaya, müxtəlif inşaat materiallarına, plastik kütlələrə qarşı yaxşı adqeziya qabiliyyətinə malikdirlər.Tablaşdırmadan sonra yüksək termodayanıqlığa malik olduqlarına görə 500-7000C temperaturda uzun müddət, 1500-25000C temperaturda isə qısa müddət yararlıdırlar.
Aparatların və boru kəmərlərinin korroziyalı dağılmalarının təhlükəsini azaltmaq üçün korroziya inqibitorlarından, həmçinin metalın elektrokimyəvi müdafiə metodundan istifadə edilir. Yaxşı korroziya inqibitorları azotsaxlayan heterotsiklik
birləşmələr, merkaptanlar, aminlər, sidik cövhəri, tiomoçevin, sulfatlar, aldehidlər s.-dir.Mühitin korroziya qabiliyyətini aşagı salan ingibitorların daxil edilməsi hər bir hal üçün əsaslandırılaraq istifadə ediliməlidir.
Metal materiallardan olan yeraltı boru kəmərləri və tutumlar üçün azmış (buludların toqquşması nəticəcində yaranan cərəyan) cərəyanlar da təhlükə mənbəyidir. Elektrik keçiriciliyi qruntun elektrik keçiriciliyindən çox olan yeraltı boru kəmərləri xəttində belə azmış cərəyana rast gəlinərsə bu cərəyan sonradan borulara keçir. Boru kəmərində azmış cərəyanın axdığı yerdə (anod zonası) intensiv, deşib keçən paslanma yaradan elektrik korroziyası baş verir.Boru kəmərlərini və aparatları belə korroziya növündən müdafiə etmək üçün katod müdafiəsindən istifadə edilir.Bu müdafiənin təsirinin effektivliyi ildə bir dəfə həyata yoxlanılır.
Kimya, neft-kimya, neft emalı müəssisələrində avadanlıqların metaldan olan detallarının korroziya, eroziya, yeyilmə dərəcəsinin müəyyən olunması məqsədilə 3 metoddan istifadə olunur:
- Radioqrafik;
- Radioskopik (gözlə);
- Radiometrik (ionlaşma).
Qaynaq birləşmələrinə nəzarət üçün rentgen şüalanmadan geniş istifadə olunur.Ultrasəs metodu ilə mühitin daxili qeyri bircinsliyi müəyyən edilir, belə ki, daxili defektlər–çatlar, məsamələr, qeyri metaldan və metaldan olan qırıntılar üzə çıxarılır. Maqnit defektoskopiyanın köməyi ilə səthi səth aıtı defektlər müəyyən edilir. Bu məqsədlə öyrənilən səth tam maqnitləşdirilir və üzərinə indiqator –toz əlavə edilir, səthdə defektlər qeyd olunur.Defektoskopiyanın kapilyar metodu (lüminesent, işıq və lüminesent - işıq metodlarla həyata keçirilir) kapilyar təzyiqin təsiri altında kiçik ölçülü çatların islanan mayeləri özünə çəkmək qabiliyyətindən istifadə olunur.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin