Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


F=1 33 Gsk /P s W ( x1-x2 ) / (x1 –x3), (11.1)



Yüklə 1,67 Mb.
səhifə60/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

F=1 33 Gsk /P s W ( x1-x2 ) / (x1 –x3), (11.1)
Burada, Gsk - çökdürücüyə daxil olan suspenziyanın kütləsi, m3/saat
W- çökdürülən hissəciklərin sıxlaşma sürəti, m/san
Ps - çökdürülən mühitin şəffaflaşmış hissəsinin sıxlığı.
x1, x2 , x3 - uyğun olaraq bərk maddənin ilkin qarışıqda, səffaflaşmış mayenin çöküntüdə və çöküntünün özünün miqdarı.
Mayenin şəffaflaşmış hissəsində və şöküntüdə asılı hissəciklərin miqdarı ayrılma prosesinin, müəyyən texnoloji şəraitin tələbatından asılı olaraq seçilir. Mayenin şəffaflaşmış hissəsində asılı hissəciklərin miqdarı adətən bəzi aşağı hədlə
müəyyən edilir.
Çökdürücü aparatların hündürlüyü:
1) sərbəstdüşmə;
2) yığım(çökmə);
3) qaz həcmi zonalarının cəmindən ibarət olmalıdır.
Sərbəst düşmə zonalarının hündürlüyü çökdürücüdə hs.d = (0.45 – 0.75) m qəbul edilir. Sərbəst düşmə zonalarının hündürlüyü çökdürücüdə qatı suspenziyalar üçün yuxarı hədd qiymətində götürülür. Sıxlaşma zonasının hündürlüyü aşagıdakı formul ilə hesablanır:
Hs = (Gqs B / F P) T , (11.2)
(G B / F P) =V (11.3)
Burada; Gqs-çökdürücüdən çıxan qatılaşmış suspenziyanın kütləsi, m3/ saat;
Vs - suspenziyanın sıxlaşmasının həcmi sürəti,m3/m2saat;
Ps –qatılaşmış suspenziyanın sıxlığı;
Ts –suspenziyanın sıxlaşma vaxtı, saat;
Fç– çökdürmə səthi, m2
B–suspenziyada və çöküntüdə quru maddənin miqdarının nisbəti ilə təyin edilir:
B= x1/x2, (11.4)
Sərbəst qaz sahəsinin (zonasının) hündürlüyü aparatda icazə verilən doldurma əmsalı nəzərə alınmaqla həmçinin, içərisinə qarışdırıcı quraşdırmaq üçün konstruktiv nöqteyi nəzərdən qəbul edilir.

11.3. Suspenziyaların və emulsiyaların ayrılması proseslərinin hidrodinamik göstəriciləri.

Tərkibində asan alovlanan və yanar maye olan emulsiyaların ayrılması. Sənayedə çox vaxt tərkibində asan alovlanan və yanar maye olan emulsiyalar iştirakında proseslər həyata keçirilir ki, bunların da ayrılması zamanı normal rejim


pozularsa, ciddi təhlükələr yarana bilər. Bir birində qarışmayan mayelərin və əsasən də tərkibində müxtəlif üzvi maddələr olan sulu emulsiyaların ayrılması proseslərinin düzgün aparılmaması üzündən çox sayda partlayışlar və yanğınlar baş verir.
Emulsiyaların ayrılması üçün istifadə edilən aparatların (çökdürücülərin, seperatorların və s.) hesablanması zamanı nəzərdə saxlamaq lazımdır ki, suspenziyaların və emulsiyaların ayrılması proseslərinin hidrodinamik göstəriciləri uyğun olsa da seperasiya aparatlarının hesablanması müqayisədə daha mürəkkəbdir.
Təcrübi hesablamalarda çökdürücülərdə mayenin hərəkət sürəti saniyədə bir neçə mm qəbul edilir.Aparatın daxilinə laylara ayrılan mayenin köpüklənməsinin qarşısının alınması üçün mütləq deşikli arakəsmə və ya xüsusi ciblər quraşdırılır.
Çökdürücülərdə faza ayırıcılarda yüngül maye faza boru kəməri vasitəsilə yuxarı, ağır hissə isə boru kəməri ilə aşağı verilir. Faza ayırıcılırda bu səviyəyə həmişə nəzarət etmək lazımdır.Mayelərin ayrılması prosesinə fazaların ayrılma sərhədinə görə nəzarət edilir. Bunun üçün çökdürücülərdə maye laylarının ayrılma xəttini görməyə imkan verən xüsusi qurğu olmalıdır. Qurğu kimi əsasən baxış fфnarlarından istifadə edilir ki, bu çökdürücünün azad zonasının buxar qaz təzyiqini atmosfer təzyiqi ilə bərabərləşdirmək üçündür.
Mayelərin ayrılması prosesinə fazaların ayrılma sərhəddinə görə nəzarət edilir.Ağır mayenin boru kəməri yüngül fazasının nəql etdirilməsinin xəbərdarlığı və fazaların ayrılması rejiminin təhlükəli qəzalarının qarşısının alınması üçün fazaların bölünməsinin səviyyəölçmə tənzimləyicisi qoyulmalıdır. Bu qurğunun işi qəza zamanı emulsiyanın verilməsini dayandırmaq və ya fazaların bölünməsinin səviyyə ölçmə tənzimləyicisinin göstəricisi müəyyən olunmuş həddən aşağı olduqda ağır fazanın axmasını dayandırmaqdır. Tərkibində yanar və tez alovlanan mayelər olan emulsiyaların ayrılması məqsədilə həyata keçirilmiş texnoloji proseslər stabil olmayan rejimdə baş verir və yüngül karbohidrogen fazası hər hansı bir səbəbdən ağır su fazası ilə qarışarsa, bu zaman axıntılar atmosferlə əlaqədar olan açıq sistemə axıdılmamalıdır.Bu halda və ağır fazanın su mühitində yüngül fazanın yanar maddələrinin yüksək həll olması zamanında ağır su layı ayırıcıdan inert qaz yastığı altında olan bağlı aparata verilməlidir.
Su və ya tərkibində yanar və tez alovlanan maddələr olan mayelər kanalizasiyaya və yaxud digər açıq sistemə axıdılmazdan əvvəl bu maddələr təhlükəsiz həddə qədər qazsızlaşdırılmalıdır. Emulsiyaların ayrılması prosesinin həyata keçirilməsi zamanı içərisində yüngül yanar maddə olan su və ya digər mayelərin partlayış və yanğın-partlayış təhlükəsizliyi həddinə qədər zərərsizləşdirilməsi üçün digər tədbirlər də görülməlidir.
Partlayış təhlükəli qaz-maye qarışıqlarının ayrılması. Mayedən buxar–qaz fazanın və yaxud qaz axınlarından maye fazanın ayrılması bir sıra reaksiya proseslərinin, həmçinin ümumi texnoloji proseslərin həyata keçirilməsi zamanı baş verir ki, bu proseslərin təhlükəsiz şəraitdə aparılmasından texnoloji prosesin yanğın və partlayış təhlükəsizliyi asılıdır. Qazın maye ilə kontaktında baş verən maye fazalı texnoloji proseslərdə qaz axını ilə xırda dispers damcı halında əhəmiyyətli miqdarda reaksiya kütləsi aparılır.Bəzi proseslərdə bu hal olduqca arzuolunmazdır, belə ki, reaksiya aparatından aparılan mayelər (əsasən katalizator məhlulu) boru kəmərlərində və ya digər aparatlarda partlayış təhlükəli məhsulların əmələ gəlməsi və yığılması ilə nəticələnən təhlükəli çevrilmələrə məruz qala bilər. Misal üçün, asetilenin dimerləşdirilməsi prosesinə baxaq.Asetilenin dimerləşdirilməsi prosesi barbotaj tipli aparatlarda qazın katalizatorun (-Cu2Cl2) turş sulu məhlulundan keçirilməklə aparılır. Dimerləşdirilmə prosesi zamanı reaktordan sonra quraşdırılmış damcıtutunun pis işləməsi nəticəsində tərkibində artıq asetilen saxlayan buxar qaz axını ilə damcı maye halında çox miqdarda mis duzunun turş məhlul damcıları ətrafa düşmüşdür. Çıxarılan katalizator məhlulu neytrallaşdırıldıqdan və qurudulduqdan sonra ayrılan metal mis xırda dispers halda damcıtutucudan sonra yerləşmiş aparatlara və boru kəmərinə düşmüşdür.Nəticədə aparatlarda və boru kəmərlərində asetilenin xırda dispers mis ilə uzun müddətli kontaktı nəticəsində texnoloji sxemin müxtəlif sahələrində partlayış təhlükəli misasetilenidin əmələ gəlməsi və yığılması baş vermişdir.Nəticədə asetilenin termiki parçalanması və alovlanması mənbəyinə səbəb olmuşdur.
Buna oxşar və bəzi digər təhlükəli nəticələr karbohidrogenlərin mayefazalı oksidləşdirilməsi, xlorlaşdırılması və polimerləşdirilməsi proseslərində qazların (buxarların) mayedən düzgün olmayan seperasiyası nəticəsində baş vermişdir.
Mayedən buxar qazfazanın və qaz axınlarından maye fazanın ayrılması proseslərinin sənaye təhlükəliliyindən biri də partlayış təhlükəli buxar qaz mühitinin maye faza xəttinə yol tapmasıdır ki, bu da boru kəmərlərində, aparatlarda partlayışa səbəb ola bilər.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin