Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə62/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

N

Istilikdaşıyıcılar

Istilik ötürmə
əmsalı

1

Qazlar - atmosfer təzyiqi altında qızdırılmavə soyudulma zamanı.

10-60



2

Üzvi mayelər - atmosfer təzyiqi altında qızdırılma və soyudulma zamanı.

60-1700



3

Su:
- qızdırılma və soyudulma zamanı;
- qaynadılma zamanı;
- kondensləşdirmə zamanı.

230-12000


600-12000
4600-17000

4

Üzvi mayelərin buxarları:
- kondensləşdirmə zamanı.

600 - 2300



Məlum olduğu kimi istilikötürmə əmsalı materialın istilik keçirməsindən birbaşa və istilikdəyişdirmə aparatlarının divarının qalınlığından əks asılılığa malikdir.Lakin bəzi hallarda yüksək təzyiqə görə istilikdəyişdirmə elementləri aşağı istilik keçirməyə malik materiallardan qalın divarlı və çoxlaylı hazırlanması məcburiyyəti yaranır, bu da əhəmiyyətli dərəcədə konstruksiyanı mürəkkəbləşdirir və bəzən səhv qərar verilməsinə və yaxud qəzalara gətirib çıxarır.Bu hal əsasən korroziya mühitində işləyən istilikdəyişdirmə elementlərinin işlənilib hazırlanması və istismarı zamanı nəzərə alınmalıdır.İstilikötürmə səthinə antikorroziya örtük kimi istifadə edilən çox sayda qeyri metal materiallar çox aşağı istilikkeçirmə qabiliyyətinə malikdir.Metal səthə çəkilmiş korroziya əleyhinə layın qalınlığının cüzi miqdarda dəyişdirilməsi ümumi istilik ötürmə əmsalınının kəskin azalmasına səbəb olur və texnoloji rejimin təhlükəli pozulmasının səbəbi ola bilər. Bununla yanaşı istilik dəyişdirmə səthinin qeyri qənaətbəxş korroziya əleyhinə müdafiəsi istilik dəyişdirmə elementlərinin vaxtından əvvəl dağılmasına və partlayıcı mühitin əmələ gəlməsi ilə əlaqədar olan təhlükəli nəticələrə gətirib çıxara bilər. Buna görə də aparatlarda istilikdəyişdiricilərin səthinin antikorroziya müdafiəsi məqsədilə partlayış təhlükəli mühit üçün aşağıdakılara əməl edilməlidir.





Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin