Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə58/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

İstilik metodu vasitəsi ilə texnoloji avadanlıqların və boru kəmərlərinin vəziyyətinə termoindiqatorlar, termoboyaqlar və televizorlar vasitəsilə səmərəli texniki nəzarət həyata keçirilir.
Deyilənlərdən görünür ki, texnoloji avadanlıqlarda daxili və xarıcı defektlərin vaxtında aşkara çıxarılması üçün böyük imkanlar mövcuddur. Bunun üçün dağıdıcı olmayan nəzarət vasitələrinin və metodlarının düzgün, normativ sənədlərə uygun olaraq seçilməsi həyata keçirilməlidir. Bunların içərisindən bu və ya digər, bir birini tamamlayan bir neçə metodun eyni zamanda tətbiq edilməsi qoyulan məsələnin aktuallığından, nəzarət vasitələrinin texniki təchizatından, bu vasitələrin mənimsənilmə dərəcəsindən və nəzarəti həyata keçirən mütəxəssislərin peşəkarlığından asılıdır.
Yoxlama sualları:
1.Aparatlarda və atmosfer havasında alovlanma və partlayış təhlükələri olan texnologi yağınların xüsusiyyətləri.
2. Insanların iştirakı ilə baş verən bədbəxt hadisələrin səbəblərinin təsnifatı.
3. Sənayedə partlayışlar, yanğınlar və alışmalarla müşayət olunan qəzaların
baş vermə səbəbləri.
4. Qaz analizatorların işinin təkmilləşdirilməsi.
5. Korroziyalı dağılmanın təhlükəliliynin qiymətləndirilməsi.
6. Metalların yüksək sürətli korroziyası prosesi ilə mübarizənin və eroziyanın qarşısının alınması tədbirlərinin əsas metodları.
7. Kimya, neft-kimya, neft emalı müəssisələrində avadanlıqların metaldan olan detallarının korroziya, eroziya, yeyilmə dərəcəsinin müəyyən olunması.


MÖVZU 11. MÜƏSSİSƏLƏRDƏ İŞ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASINDA MADDİ MÜHİTİN QARIŞDIRMA VASİTƏLƏRİ VƏ METODLARININ SEÇİLMƏSİ

11.1.Maddi mühitin qarış­dırıl­ma vasitələri və metodlarının seçilməsinin təhlükəsizliyi.
Kimyəvi texnoloji proseslərdə maddi mühitin -mayelərin və qazların qarışdırılması 2 yolla həyata keçirilir:
1) mexaniki üsul (müxtəlif konstruksiyalı qarışdırıcılarla).
2) pnevmatik üsul (sıxılmış hava və ya inert qazlarla).
Qarışdırılma üçün xüsusi tutumlardan istifadə edilir. Qurğunun qarışdırma effektivliyi:
1) müxtəlif mühitlərin qarışdırılması zamanı aparatın həcmində maddənin bərabər paylanması dərəcəsi ilə ifadə olunur.
2) istilik və diffuziyalı proseslərdə qarışdırılmanın effektivliyi qarışdırılma zamanı və qarışdırılma olmayanda istilik və maddə ötürülmə əmsallarının nisbəti ilə müəyyən
edilir.
3) qarışdırılmanın intensivliyi verilmiş (tapşırılmış) effektivliyin əldə olunması vaxtı ilə müəyyən olunur.
Proseslərin partlayış təhlükəsizliyinin artırılması üçün yanğın və partlayış təhlükəli mühitin tələb olunan qarışdırılmasının effektivliyi daha az müddət ərzində əldə olunmalıdır, belə ki, qarışdırmanın effektiv intensivliyi nə qədər çox olarsa, lazımi effektin əldə edilməsi üçün daha az vaxt tələb olunur. Qarışdırılmanın yaxşılaşdırılmasının əldə olunması ilə partlayış təhlükəli proseslərin intensivləşdirilməsi aparatların işçi həcmlərinin azaldılmasına gətirib çıxarır və nəticədə texnoloji sistemlərdə partlayış və yanğın təhlükəli materialların xüsusi çəkisinin azalmasına gətirib çıxarır. Müəyyən olunmuş hədd daxilində yüksək qarışdırılma effektivliyi texnoloji proseslərin partlayış təhlükəliliyini stabilləşdirir.
Yanar qazların qazşəkilli oksidləşdiricilərlə qarışdırılması və ya digər yanar qaz qarışıqlarının hazırlanması ilə əlaqəli qaz fazalı texnoloji proseslərin verilmiş rejiminin stabilliyinin artırılması məqsədilə təhlükəsiz qarışdırma üçün dinamik
qarışdırıcılardan istifadə olunur. Bu qarışdırıcı yanar qazların utilizasiyası sistemləri və hava ventilyasiya sistemləri vasitəsilə ətraf mühitə təhlükəsiz atılmasını təmin edir. Dinamik qarışdırıcı qarışdırma kamerasından, yanar qazların paylayıcısından və turbulizatordan ibarətdir. Dinamik qarışdırıcı istənilən müəssisə tərəfindən hazırlana bilər. Bunlarda hidravlik itki havaya görə 8,0%, yanar qaza görə (misal üçün hidrogen) isə 10,0%-dən çox olmur. Maye-qaz, maye- bərk maddələr, maye-maye kimi maddi mühitlərin daha intensiv qarışdırılması və qarışdırılmanın effektivliyi müxtəlif qarışdırıcıların köməyi ilə əldə olunur.
Qarışdırıcılar əsasən aşağıdakı quruluşlarda olurlar:
1) kürək şəkilli; 2) pərli; 3)turbinli və s.
Texnoloji proseslərin təhlükəsizliyi çox halarda qarışdırıcının konstruksiyasının düzgün seçilməsindən asılıdır. Lain sənaye texnoloji prosesləri şəraitində, həmçinin layihələndirilmə mərhələsində qəzaların baş verməsinə gətirib çıxara bilən qarışdırma vasitələrinin və metodlarının seçilməsində sadələşdirilmış yanaşmaya icazə verilir.Daha tez - tez mexaniki qarışdırma metodunun daha az intevsiv qarışdırma metodu olan boru kəmərlərində mayeyə batırılmış və ya açıq görünən dövri nasoslardan istifadə edilməsinə və ya inert qazlar və ya hava ilə əvəz eilməsinə icazə verilir. Yüksək kimyəvi aktivliyə malik olan və qarışdırıcının tez dağılmaına səbəb olan mühitdə qarışdırılma üçün mexaniki qarışdırma vasitələrindən istifadədən tez -tez imtina edilir.
Mayenin mayeyə qarışması üçün həm iqtisadi nöqteyi - nəzərdən, həmçinin aparatın konstruksiyasının sadələşdirilməsi məqsədi ilə qaz şəkilli xammal materiallardan - hava və digər qazlardan və onların qarışığından istifadə olunur. Bu zaman həmişə qazşəkilli xammalın digər əməliyyatlarla əlaqələndirilərək verilməsini əldə etmək mümkün olmur ki, bu da prosesin tənzimlənməsinin və onun partlayış təhlükəsizliyinin təmin edilməsində çətinlik yaradır . Mexaniki qarışdırıcılar özlü mayelərin və pasta şəkilli materialların qarışdırılmasında istifadə edilir ki, bu qarışdırıcıların pərləri aparatın divarına yapışmış materialları qaşıyaraq çıxarmağa, istilikdəyişdirməni yaxşılasdırmağa və maddələrin qarışdırılması zamanı yerli qızmaların qarşısının alınmasına imkan verir. Qaz- maye sistemlərinin qarışdırılması üçün qabın içərisində əks etdirici arakəsmə ilə birlikdə quraşdırılan disk şəkilli qarışdırıcılardan istifadə edilir. Qaz diskin altına daxil olur və pərlərin köməyi ilə mayedə paylanılır.
Emulsiyaların hazırlanması, tez laylara parçalanan suspenziyaların emalı və ağır çöküntülərin yumşaldılması üçün effektiv qarışdırma qabiliyyətinə və yüksək qaldırıcı gücə malik olan barabanlı qarışdırıcılardan istifadə edilir.Əsassız olaraq qarışdırılma metodlarının, qarışdırıcıların konstruksiyalarının və fırlanma tezliyinin dəyişdirilməsi çox hallarda proseslərin partlayış təhlükəliliyinin artmasına və iri
qəzalara gətirib çıxarır.Yüksək təzyiq altında işləyən mexaniki qarışdırıcıların layihələndirilməsi və hazırlanması zamanı montaj işlərinin dəqiq aparılmasına diqqət edilməlidir, həmçinin mexaniki qarışdırıcı qurğularla işləyən avadanlıqların
istismarı qaydalarında icazə verilməyən təhükəli xətalara yol vermək olmaz.Bəzən qarışdırıcı qurğunun dağılmasına, partlayışa və yanğına gətirib çıxaran pozulmuş texnoloji rejim şəraitində proseslər həyata keçirilir ki, bu da arzuolunmazdır.
Buna görə də mexaniki qarışdırıcısı olan bütün aparatlar qarışdırıcı qurğuların əvvəlcədən hesablanmış xüsusiyyətlərinə ciddi əməl olunmaqla istismar olunmalıdır. Bəzən konstruktiv və digər nöqteyi nəzərdən mexaniki qarışdırılma mümkün olmur və yaxud bu işi həyata keçirmək çətindir. Bu halda daha sadə, lakin az effektivli sixilmış qazlar, dövri nasoslar və s. istifadə etməklə qarışdırma metodlarından istifadə edilir.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin