Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Ekolojiləşdirilmiş texno­logiyalar. Sənayedə fasiləli proseslər və istehsalat əməliy­yatlarının təhlükəsizliyi



Yüklə 1,67 Mb.
səhifə66/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

12.3. Ekolojiləşdirilmiş texno­logiyalar. Sənayedə fasiləli proseslər və istehsalat əməliy­yatlarının təhlükəsizliyi

Sənayedə bir çox texnoloji proseslər fasiləli rejimdə həyata keçirilir. Düzgün quraşdırılmış konstruksiya olunmuş və istismara buraxılmış texnoloji sistemin ən həssas yeri əllə aparılan əməliyyatlardır ki, bu işlərın həyata keçirilməsi zamanı xidmətçi heyətin səhv qərarı (gec reaksiya verməsi) təhlükəli hallar yarada bilər. Fasiləli proseslərin parametrlərinin stabil olmaması ilə əlaqədar aparılan əməliyyatlar az mexanikləşdirilir və avtomatlaşdırılır. Bu da bəzi hallarda bir çox texnoloji proseslərin lazımi təhlükəsizliyini və partlayışdan effektiv müdafiəsinin təmin olunmasını çətinləşdirir.


Avadanlıqların hazırlanması və təhlükəsizlik tələbləri. Sənayedə fasiləli partlayış təhlükəli proseslərin təşkil olunması və həyata keçirilməsi zamanı işə başlamazdan öncə müvafiq avadanlıqların ilkin hazırlanmasına xüsusi diqqət ayrılmalıdır.
Xammal materiallarının və katalizatorların doldurulmasından əvvəl lazım gələrsə, aparat əvvəlki prosesdən qalan reaksiya kütləsi qarışığından və ya uyğun
olmayan maddələrdən təmizlənməlidir. Bu tələbatlara əməl edilməməsi alışmalara, partlayışlara və yanğınlara gətirib çıxarır.
Bəzi proseslərdə hər bir və ya bir neçə texnoloji əməliyyatların partlayış təhlükəsizliyinin təmin edilməsi üçün aparatların daxili hissəsi havada öz özünə alovlanan qətranlaşma məhsullarının qalıqlarından azad edilməli və yuyulmalıdır. Bu məqsədlə aparatın içərisindən qalıq reaksiya kütləsi çıxarılır, sonra isti su buxarı və inert qazlarla üfürülür.
Texnoloji əməliyyatın bir çox, əsasən də kipliyin pozulması ilə əlaqədar şərtlərinə əməl olunmadıqda yanar və ya partlayış təhlükəli xammalın doldurulması zamanı alışma və partlayış baş verə bilər. Bəzən reaktorda qalan qalığın miqdarı özü alovlanma təhlükəsi, həmçinin texnoloji sistemin dağılması təhlükəsi yarada bilər.
Bəzən aparatlardan qalıqların çıxarılması qətranın aparatın divarında, dibində yığılması ucbatından çətinlik yaradır. Aparatı belə məhsullardan azad etmək üçün bəzən ağır və təhlükəli əl əməyindən istifadə etmək lazım gəlir. Lakin bu zaman da aparatı tam boşaltmaq həmişə mümkün olmur.
Müxtəlif tutumların, bakların daxili səthlərinin üzvi və qeyriüzvi çirklənmələrdən (o cümlədən zəhərli və korroziya aktiv maddələrdən) təhlükəsiz və keyfiyyətli təmizlənməsi üçün yuyucu vasitələrlə işləyən xüsusi universal cihazlardan istifadə
edilir. Aparat yuyulduqdan sonra inert qazla üfürülür.
Qazın miqdarı reqlamentə uyğun götürülür və tərkibində oksidləşdirici oksigenin miqdarı 5–10 % (həcm) ola bilər.
Azotun hesablanmış xətti sürəti kritik sürətdən böyük olmamalıdır :

ω = √ gKRT, (12.1)


Burada , ω – inert qazın-azotun verilməsinin xətti sürətidir; K – azot mühiti üçün sabitlik əmsalı K= 14 qəbul edilir; g – sərbəstdüşmə təcili; R – universal qaz sabiti;


T – üfürmə qazının mütləq temperaturu.
İnert qazın həcmi sürəti belə hesablanır:

V = ωFM * 3600 ( m3/ saat ), (12.2)


Burada; F – boru kəmərinin işçi sahəsi;


M – sərf əmsalı M= 0.62
Üfürmənin minimum lazım olan vaxtı belə hesablanır:

T = Vmin / V, (12.3)


Burada; Vmin– azotun minimal həcmidir.


Aparatlara doldurulan xammal materiallarının və katalizatorların tərkibi tələb olunan keyfiyyətə cavab vermirsə, bu hal da yanğın və partlayış təhlükəsi yaradır. Həmçinin, fasiləli proseslərdə xammal və köməkçi materiallarının aparatlara normadan çox doldurulması partlayışa gətirib çıxarır.
Fasiləli istehsal proseslərdə həcmli aparatlara xammal və köməkçi materiallarının normaya uygun doldurulmasının ölçü göstəricisi olmadıqda, aparatlar
avtomatlaşdırılmış siqnalizatorlarla və bloklaşdırma sistemiilə təchiz edilməlidir. Bu sistemlərin işi prosesdə təhlükə yarandıgı halda xammalın aparata verilməsini dayandırmalıdır. Fasiləli həyata keçirilən partlayış təhlükəli texnoloji proseslərdə aparatlarda açıq üsulla səviyyənin ölçülməsi qadağandır. Aparatlarda səviyyəni ölçən ölçü həddi membranları olmalıdır.Fasiləli işləyənaparatlarda bütün hallarda maddələrin doldurulması və verilməsi reqlamentləşdirilməlidir. Bərk halda olan materiallar aparata yuklər vasitəsilə doldurulmalıdır. Sənayedə partlayış təhlükəli proseslərdə tozşəkilli, axan, bərk maddələrin açıq lyukdan doldurulması arzuedilməzdir. Aparata axıdılan bərk maddə birbaşa maye fazaya verilməlidir. Fasiləli partlayış təhlükəli proseslərin əksəriyyəti yüksək təzyiq və temperatur şəraitində həyata keçirilir. Aparat doldurulduqdan sonra onun kipliyi yoxlanılmalıdır ki, temperatur və təzyiq artdıqda aparatdan kipliyin pozulmasından ətrafa qəfildən güclü partlayış təhlükəli məhsullar atılmasın. Aparatlarda kipliyin pozulması səbəbindən qəfildən güclü partlayış nəticəsində yaranan təhlükəli məhsullar əsasən atmosferə atılır.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin