Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Sənayedə qovulma və kondensləşdirmə prosesləri və təhlükəsizlik tələbləri



Yüklə 1,67 Mb.
səhifə63/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

11.5. Sənayedə qovulma və kondensləşdirmə prosesləri və təhlükəsizlik tələbləri

Sənayedə qovulma, kondensləşdirmə və digər istilik dəyişdirmə proseslərinin təhlükəliliyi aparatların kipliyinin pozulması, temperaturun və təzyiqin kəskin dəyişməsi, istilikdaşıyının və istilikdəyişdirmə elementlərinin metal materiallarının həddən artıq qızması nəticəsində baş verir.Buna görə də belə proseslərin ümumi halda partlayış təhlükəsizliliyi üzrə ümumi təlimatlar müəyyən şərait nəzərə alınmaqla verilən proses üçün uyğun olaraq həyata keçirilməlidir. Aşağıda yalnız birbaşa kütlədəyişdirmə ilə əlaqəli olan xarakterik təhlükələr verilmişdir.Əsasən mürəkkəb sistemlərdə qovulma və kondensləşdirmə zamanı maye və ya qaz fazada partlayış təhlükəli mühit əmələ gələ bilər. Misal üçün, məhlulun içərisindən tərkibində termiki stabil olmayan ağır birləşmələr saxlayan asan qaynayan həlledicinin buxarlandırılması bu qeyri-stabil birləşmələrin həddən artıq qatılaşmasına və müəyyən şəraitdə onların partlayışına gətirib çıxarır. Qovulma proseslərinin həyata keçirilməsi zamanı prosesdə iştirak edən maddələrin fiziki-kimyəvi və partlayış xassələri öyrənilməli, həmçinin qovulmağa göndərilən ilkin xammal qarışığının tərkibi ciddi reqlamentləşdirilməlidir. Prosesdən alınan kub qalığının təhlükəsiz miqdarı da ciddi reqlamentləşdirilməlidir. Qovulma aparatları verilmış rejimin təhlükəli pozulmalarına imkan verməyən etibarlı tənzimlənmə və nəzarət vasitələri ilə təchiz olunmalıdır. Tərkibində yüksək qaynayan məhsul olan məhlulun qovulması üçün prosesdə iştirak edəın maddənin parçalanma temperaturundan aşağı temperatura malik olan istilik daşıyıcı seçmək lazımdır ki, qovulma zamanı yüksək qaynayan məhsul qatılaşmış halda özbaşına istilik parçalanmasına məruz qalmasın. Bu ona görə lazımdır ki, əsasən fasiləli sənaye proseslərində işçi şəraitdə istilik dəyişdiricinin səthini nəmləndirən qaynama temperaturu istilik daşıyıcının temperaturuna yaxın olan kub qalığı layının həddən artıq qızması və qızan səthin boşalması ehtimalı böyükdür. Partlayış təhlükəsizliyi nöqteyi-nəzərindən prosesin temperatur rejiminin stabilləşməsinə imkan yaradan fasiləsiz qovulma prosesləri daha çox səmərəli olması ilə seçilirlər. Aparatlarda partlayış təhlükəli mühitin əmələ gəlməsinə səbəb faza halının müəyyən qədər dəyişilməsi nəticəsində başqa tərkibə malik olan maye və qaz şəkilli maddələrin əmələ gəlməsinə gətirib çıxaran, partlayış təhlükəsi olmayan buxarqaz qarışığının qovulması və kondesləşdirilməsidir.


Misal üçün, maye elektroliz xlorunun buxarlandırılması və kondesləşdirilməsi mərhələlərində partlayış baş vermişdir. Xammal kimi göturulən elektroliz xlorunun tərkibində 0.3-1.5 % hidrogen olmuşdur və müəyyən şəraitdə qaynama temperaturu 7100C olan güclü partlayıcı maddə olan 3 xlorlu azotun qarışıqları da olmuşdur(0.2%). Tərkibində bu miqdarı saxlayan maye xlor qovulduqdan sonra qalan mayenin həcmi 1.5- 2,0% və burada 3 xlorlu azotun miqdarı 5,0% dən cox olarsa, o partlayıcı xassə alır. Belə maye təxminən 3500C temperaturda partlaya bilər.
Xlorun kondesləşdirilməsi şəraitində (xlorun qaynama temperaturu 3900C-dir.) hidrogen qaz halında olur və yüksək sıxılma zamanı abqazlarda (hidrogenin xlorla qarışığında) onun qatılığı partlayış həddində ola bilər (hidrogenin xlorla partlayış qatılığı həddi hidrogenə görə 6,0-97,0% həcmdir.) Xlorun və dörd xlorlu azotun qaynama temperaturları arasında böyük temperatur fərqi nəticəsində maye xlorun qovulması zamanı 3 xlorlu azot kondensləşə bilər və aparatda (həcmi tipli buxarlandırıcılar və yaxud konteynerlər, tutumlar, balonlar və s.) təhlükəli həddə qədər yığıla bilər. Xammal və alınan maddələrin partlayış və yanğın təhlükələri onların xassələrindən aslıdır. Maye fazada partlayış təhlükəli mühitin əmələ gəlməsi imkanı tərkibində digər qaz qarışıqları ilə birlikdə üzvi maddə qarışıqları saxlayan hava, doymamış karbohidrogenlər və azot oksidləri qarışıqları olan çevrilmiş koks qazları və s. olan kondensləşdirmə prosesləri ilə xarakterizə edilir.
Ümumi halda qovulma, buxarlandırma və kondesləşdirmə proseslərinin partlayış təhlükəliliyi ilkin (xammal) və yeni əmələ gəlmış maddələrin (məhsullar) partlayış-yanğın təhlükəli xüsusiyyətləri ilə təyin edilir.
Proseslərin işlənib hazırlanması zamanı texnoloji rejimin tapşırıq qiymətlərindən kənara çıxması ehtimalı nəzərə aınmalıdır. Belə ki, bu halda partlayış təhlükli maye və qaz mühuitinin əmələ gəlməsi mümkündür.Partlayış təhlukəsizliyinin təmin edilməsi üçün ilkin qarışığın tərkibinin və verilmiş parametrlərin stabilliyi təmin olunmalıdır.
Buxarlandırma, qovulma və kondensləşdirmə proseslərinin təhlükəsizliyinin təmin edilməsi üçün aşağıdakılar həyata keçirilməlidir:
- Sistemə verilən qarışığın tərkibi stabil olmalıdır;
- Proses fasiləsiz olmalıdır;
- Reaksiya mühiti daima yenilənməlidir;
- Alınan maddələr sistemdən çıxarılmalıdır.
Ən çox təhlükə tərkibində yanar mayelər və qazlar olan bərk materialların həm fasiləli və həm də fasiləsiz yolla onun tərkibində yanar mayelərin və qazların çıxarılması ilə qazsızlaşdırılması və ya buxarlandırılması proseslərində yaranır.Xüsusən buxarlandırılaraq qovulacaq material açıq aparatdan boşaldılarkən bu təhlükə artır.Belə qəzaların qarşısının alınması üçün qovulan kütlənin içərisində qalıq həlledicinin, həmçinin boşaldılan materialda sonuncunun miqdarına uyğun nəzarət vasitələrinin olması vacibdir.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin