Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Sənaye müəssisələrində iş təhlükəsizliyinin təmin olunması sahəsində



Yüklə 1,67 Mb.
səhifə71/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

13.3. Sənaye müəssisələrində iş təhlükəsizliyinin təmin olunması sahəsində
qəza­larının kateqoriyalaşdırılması

Sənaye qəzaları baş vermış yanğın və partlayışların nəticəsində yaranmış dağılmaların miqyasından, xüsusiyyətlərindən, həmçinin sənaye sahəsinə dəymiş maddi ziyanın ölçüsündən asılı olaraq kateqoriyalaşdırılır.


I kateqoriyaya sənayedə yanğın və partlayış zamanı çox dağıntı və maddi ziyan verən qəzalar aiddir ki, bu qəzalar nəticəsində istehsalat ya tam şəkildə, yaxud qismən sıradan çıxır və bu istehsalatın bərpası üçün xüsusi maddi təminat lazım olur.
II kateqoriyaya əsas və köməkçi texnoloji avadanlıqların sıradan şıxmasına, mühəndis qurğularının dağılmasına səbəb olan sənaye qəzaları aiddir ki, baş verən qəzalar nəticəsində məhsul buraxılışı dayandırılır və qəza nəticəsində əmələ gələn dağıntıların bərpası üçün planlı kapital təmir üçün nəzərdə tutulmuş normativ məbləgdən artıq vəsait və müəyyən vaxt tələb olunur, lakin xüsusi təminat tələb olunmur.
III kateqoriyaya kiçik dağıntıların baş verdiyi yerli partlayışlar, alovlanmalar, yanğınlar aiddir ki, bunlara da istehsalat nasazlıqları kimi baxılır.
Sənaye qəzalarının belə kateqoriyalaşdırılması dövlət normativ sənədlərində qəbul edilmişdir və baş vermiş qəzaların, onun səbəbininin təhqiq edilməsi və onların nəticələrinin aradan qaldırılması üçün operativ tədbirlər qəbul edilməsi üzrə uyğun komissiyanın təyin edilməsi üçün lazımdır. Bu və ya digər səbəblərdən yanğın və partlayış təhlükəsizliyi üzrə kateqoriyaların aşağı salınması heç bir halda xarakterik texniki və təşkilati səbələrin xarakterinin üzə çıxarılması və təhqiqatın mühəndis səviyyəsinin, həmçinin uyğun olaraq bu qəzaların aradan qadırılması üçün təklif olunan profilaktik tədbirlərin azaldılmasına bəhanə olmamalıdır.
III kateqoriyalı qəzalar və yaxud istehsalat nasazlığı kimi baxılan yerli partlayışlar və yanğınlar adətən iri qəzalarda olduğu kimi eyni səbəblərdən baş verir, lakin xoşbəxt təsadüfdən birinci və ikinci kateqoriyalı qəzalarla müqayisədə bu qəzalar böyük dagıntılar vermir. Lakin çox hallarda baş vermiş xarakterik partlayışlar və yangınlar kifayət qədər peşəkarcasına təhqiq edilmirlər və bu qəzaların nəticələrinin aradan qaldırılması üçün tədbirlər yerli xarakter daşıyır və lazımi qədər effektiv olmur. Bu hal isə əhəmiyətli dərəcədə xarakterik təhlükələrin ümumiləşdirilməsi imkanını və müəssisiələrin partlayışdan obyektiv müdafiəsi tədbirlərinin işlənilib hazırlanmasını məhdudlaşdırır.
Buna görə də kimya, neft- kimya sənayelərində baş vermis partlayışların təhqiq edilməsi onların yaratdığı dağılmaların xarakterindən və dəymiş maddi ziyandan asılı olmayaraq yüksək texniki və mühəndisi səviyyədə həyata keçirilməlidir.Yadda saxlamaq lazımdır ki, qəzaların üç kateqiriyaya bölünməsi çox şərti xarakter daşıyır və qəzaların səbəbini, xüsusən də onların xəbərdarlığı üçün lazım olan tədbirlərin xüsusiyyətləriniə əvvəlcədən müəyyən etməyə imkan vermir.Yerli partlayışların və alovlanmaların iri qəzalarda olduğu kimi təhqiqatı zamanı proseslərin partlayış təhlükəsizliyinin artırılması üçün mühüm və lazım olan tədbirlərin həyata keçirilməsi ehtiyacını üzə çıxarır.
Sənayedə baş verən qəzaların təhqiqatı ona görə aparılır ki, müxtəlif qəzaların səbəbini əvvəlcədən təyin etməyə və belə qəzaların baş verməməsi üçün lazımi tədbirlər görməyə əvvəlcədən hazırlıq olsun.Birinci və iknci kateqoriyalı qəzaların təhqiqatı “Dövlət-şəhər texniki-nəzarət” orqanlarının, həmkarlar təşkilatının və təsərrüfat təşkilatlarının təyin etdiyi komissiyalarda həyata keçirilir.
Üçüncü kateqoriyalı qəzalar:
Nazirlik tərəfindən təsdiq edilmiş istehsalat nasazlıqlarının təhqiqatı üçün əsasnaməyə uyğun olaraq müəssisiədə yaradılmış komissiya tərəfindən araşdırılır.Təhqiqat üzrə texniki komissiyaya qəza vəziyyətini üzə çıxarmaq
qabiliyyətinə malik olan (şahidlərin dindirilməsi, cihazların göstəricilərinin və işçi sənədlərdə uyğun qeydlərin, həmçinin ekspertlərin rəylərınin öyrənilməsi və s.) yüksək kvalifikasiyalı ixtisasçılar təyin olunmalıdır.Bu məqsədlə sənaye qəzalarının təhqiqatına profilə uyğun elmi tədqiqat layihə və təcrübə konstruktor təşkilatı ixtisasçıları cəlb edilir.Təhqiqatlar zamanı proseslərin və texnoloji avadanlıqların iş rejimləri araşdırılmalı, həmçinin partlayış və yaxud yanğın baş verən zaman ərzində işçi heyyətin hərəkətləri araşdırılmalıdır.
Bundan başqa partlayışda iştirak edən yanar maddələrin miqdarı və partlayışın episentriinin yerı hesablanmalıdır. İlkin partlayışlar zamanı aparatlarda partlayış təhlükəli mühitin əmələ gəldiyi şəraiti yaratmaq lazımdır. Partlayışlar zamanı isə işçi binada və xarici qurğularda yanar məhsulların atmosferə sızmasının ilkin mənbəyi olan texnoloji avadanlıqda kipliyi pozulmuş sahələri müəyyən etmək lazımdır. Hesablama yolu ilə kipliyi pozulmuş sahədən atmosferə yanar məhsulların sızma sürəti təyin edilir, bu da dağılmanın xarakteri üzrə hesablanmış, partlayışda iştirak edən məhsulun miqdarına uyğun olmalıdır.Aparatlarda partlayışlar daxili təzyiqin artmasından və yaxud detonasiyadan baş vermiş dağılmaların xarakteri və metalların deformasiyası üzrə müəyyən edilir.
Bütün hallarda alovlanmanın daha etibarlı mənbəyini müəyyən etmək lazımdır. Qəzaların səbəbləri şahidlərin izahatları, ekspertlərin, ixtisasçıların rəyləri ilə uyğun hesabatlar, mühitin və konstruksiya materiallarının laboratoriya tədqiqatları, qəza yerinin və obyektinin fotoşəkıli və s. digər lazımi sənədlərlə əsaslandırılır.
Qəzaların təhqiqatı nəticələri texniki komissiya tərəfindən uyğun dövlət orqanlarının informasiyası üçün ilkin sənəd hesab olunan akt şəklində tərtib olunur.Aktda obyektin texniki xüsusiyyətləri, işçi personalın lazımi biliklərinin yoxlanılması nəticələri, həmçinin verilən obyektdə baş vermiş bütün qəzaların xüsusiyyətləri barədə məlumatlar göstərilir.Akta lazımı sxemlər, planlar, fotoşəkillər, ekspert rəyləri, şahidlərin ifadələri və digər uyğun qəzaların səbəblərinin etibarlılığı və bu qəzaların xəbərdarlığı üzrə təklif olunan tədbirlərin məqsədəuyğunluğu barədə fikir yürütməyə imkan verən sənədlər əlavə olunur.
Təhqiqat materialları üzrə hər bir xarakterik qəza haqqında məlumatlar çox qiymətlidir, belə ki, bu məlumatlar qəzanın baş verdiyi şəraitdə texniki vasitənin işinin həqiqi dayanması səbəbini və formasını əks etdirir.Qəzalar barədə tamamlanmış məlumatlar yalnız özlüyündə çox mühüm əhəmiyyət daşıyan
statistik ümumiləşdirmə və perspektiv tədbirlərin işlənilib hazırlanması üçün deyil, həmçinin bu məlumatlar, ayrı-ayrı texniki vasitələrin, sənaye avadanlılqlarının işində olan xətaların əvvəllər məlum olmayan səbəbləri və onların istismar qaydaları və buna oxşar digər sahələrdə bu səbəblərin aradan qaldırılması, başqa sözlə analoji qəzaların təkrarlanmaması imkanının yaradılması haqqında məlumat verir. Hər bir məlumat və bunlar üzrə qəbul edilmiş tədbirlər qəza yaradan səbəblərin sayını, onların təsadüfən əmələ gəlməsi xarakterini azaltmalı və nəticədə sənaye sahəsinin təhlükəsizlik səviyyəsini artırmalıdır.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin