Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Kimya – texnoloji pro­seslərin təhlükəliliyinin miq­da­rı qiymətləndirilməsi və partlayışdan müdafiə metodları



Yüklə 1,67 Mb.
səhifə67/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

12.4. Kimya – texnoloji pro­seslərin təhlükəliliyinin miq­da­rı qiymətləndirilməsi və partlayışdan müdafiə metodları

Partlayış təhlükəsizliyi üzrə müəssisiələrin siniflərə aid edilməsi onlar üçün uyğun müdafiə tədbirlərinin işlənib hazırlanması üçün lazımdır.Lakin müxtəlif sənayelərin təhlükəliliyinin qiymətləndirilməsinin mövcud metodları texnoloji prosesdə dövriyyədə olan maddələrin partlayış və yanğın təhlükəliliyinin kəmiyyət və keyfiyyət göstəricilərinin məhdud sayına görə şərti olaraq qruplara bölünməsinə


əsaslanır.Partlayış və yanğın təhlükəliliyinin səviyyəsinə əhəmiyyətli təsir göstərən texnoloji proseslərin və avadanlıqların mühüm xüsusiyyətləri və onların müxtəlif
istismar şəraiti metodiki göstərişlərdə çox zaman nəzərə alınmır. Prosesdə iştirak edən partlayış və yanğın təhlükəli maddələrin az və ya çox sayı, onların yanğın və partlayış təhlükəli xüsusiyyətləri texnoloji proseslərin və avadanlıqların xüsusiyyətləri və digər faktorlarla şərtlənən təhlükəliliyi qiymətləndirmək üçün bəzən təhlükəlilik əmsalı və təhlükəlilik indeksindən istifadə olunur.
“Day Kemikl” firmasının metodikası üzrə istifadə edilən materialların və avadanlıqların təhlükəliliyinin təyin edilməsi üçün emal edilən materialların və texnoloji prosesin təhlükəliliyi ayrılıqda qiymətləndirilir. İlk olaraq xammal və materialların ümumi yanğın və partlayış təhlükəliliyi müəyyən olunur. Onların bu xassəsi alovlanmaya həssaslığını, yanar və partlayış təhlükəli mühit əmələ gətirmə qabiliyyətini xarakterizə edir. Təhlükəlilik əmsalı K ilə işarə olunur və K= 1÷20 arasında qiymətləndirilir ( Cədvəl 12.1).
Сədvəl 12.1.
Materialların təhlükəlilik əmsalı aşağıdakı qaydada cədvəldə verildiyi kimi qəbul edilir.

Materialın növü

Təhlükəlilik əmsalı, K



Yanmayan maddələr

1

2.Pirofor (yanan) maddələr

18-20

3.Bərk yanar maddələr

2-16

4.Yanar mayelər

5-20

5.Yanar qazlar

6-20

Bu metodika üzrə materialların digər spesifik xüsusiyyətləri, misal üçün, öz-özünə alışma qabiliyyəti, istiliyin ayrılması ilə polimerləşməsi və digər göstəricilər


materialın təhlükəlilik əmsalının (K) qiymətinə uyğun olaraq faizlərlə nəzərə alınır.
Sənayedə istehsal prosesləri verilən sistemdə təhlükəliliyinə görə 2 qrupa bölünür:
1.Ümumi təhlükəli proseslər (prosesin nəzarət və idarə edliməsinin mümkünlüyü);
2. Spesifik təhlükəli proseslər (əsasən yüksək temperaturlu proseslər ).
Proseslərin yanğın–partlayış təhlükəliliyinin ümumi indeksi aşağıdakı formulla tapılır:
J=K[(100+b)/100)][(100+c)/100][(100+d)/100], (12.4)
Burada :
K – materialın ümumi təhlükəlilik əmsalı;
B–materialın üzə çıxarılan spesifik təhlükəliliyi üzrə ümumi təhlükə əmsalına faizlə əlavələrin cəmidir.
c – materialın üzə çıxarılan ümumi təhlükəliliyi üzrə ümumi təhlükə əmsalına faizlə əlavələrin cəmidir.
d –prosesin bütün müəyyən olunan spesifik təhlükəliliyi üzrə ümumi təhlükəlilik əmsalına faizlə əlavələrin cəmidir.
b-nin qiyməti materialın spesifik xüsusiyyətlərdən asılı olaraq onun faiz əlavələrinin qiymətinin materialın ümumi təhlükəliliyi əmsalına nisbəti.
c-nin faiz əlavəsinin qiyməti isə prosesin xarakterindən (fasiləsiz və ya fasiləli, açıq və ya bağlı aparatda, ekzotermik və ya endotermik proseslər) asılı olaraq 0–60% arasında dəyişir.
Prosesin spesifik təhlükəliliyindən (cətin idarə edilən, yüksək təzyiq və temperatur, aparatda mühitin qatılığının alovlanma həddinə yaxın olması, toz və dumanların olması və s.) asılı olaraq c-nin faiz əlavəsi C = 0 ÷ 150 arasında olur. Böyük miqdarda yanar mayeləri olan proseslər üçün təhlükəlilik əmsalının K = 40 ÷ 100 və daha yüksək həddə qəbul edilməsi tövsiyyə edilir.
Lakin qeyd etmək lazımdır ki, verilən sistem üzrə bir çox mühüm faktorlar nəzərə alınmır, onların bəziləri təsadüfi xarakter daşıyır və prosesin həqiqi təhlükəsini tam əks etdirmir. Bu qayda üzrə texnoloji proseslərin partlayış təhlükəliliyinin qiymətləndirilməsi zamanı nəzərə alınan təhlükəlilik faktorlarının seçilməsi etibarlı faktiki materiallara (sənayedə baş vermiş qəzalar barədə yığılmış etibarlı faktiki materialları özündə cəmləşdirən statistik məlumatlar və bu məlumatların analizi ) əsaslandırıla bilər.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin