Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə64/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

Yoxlama sualları:
1. Kimyəvi texnoloji proseslərdə maddi mühitin -mayelərin və qazların qarışdırılması yolları.
2. Yanar qazların qazşəkilli oksidləşdiricilərlə qarışdırılması.
3. Mühəndis hesablamaları üçün çökdürmə səthi yecə təyin olunur?
4. Sıxlaşma zonasının hündürlüyünün hesablanması.
5. Partlayış təhlükəli qaz-maye qarışıqlarının ayrılması.
6. Müxtəlif istilikdaşıyıcılar üçün istilikötürmə əmsalının qiymətləri.
7. Buxarlandırma, qovulma və kondensləşdirmə proseslərinin təhlükəsizliyinin təmin edilməsi.
8. Sənayedə qovulma, kondensləşdirmə və digər istilik dəyişdirmə proseslərinin təhlükəliliyi.


MÖVZU 12. ERQONOMİKADA EKOLOJİ TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİ, PRİNSİPLƏRİ VƏ TEXNOLOJİ PROSESLƏRİN TƏHLÜKƏSİZLİYİNİN MİQDARI QİYMƏTLƏNDİRİLMƏSİ

12.1.Ekoloji təhlükələrin mən­bələri

Sənayedə reaksiya proseslərinin partlayış təhlükəliliyi digər bərabər şəraitlərdə reaksiyaya daxil olan mühitin aktivliyi və reaksiyanın istilik effektinin çox olması ilə artır. Böyük istilik effektinə malik olan proseslərin partlayış təhlükəsizliyinin təmin edilməsi bəzən mürəkkəb texniki məsələyə çevrilir. Bəzi hallarda reaksiya mühitindən çox böyük sürətlə istiliyin çıxarılması lazımdır. Endotermik reaksiyalar nisbətən qısa zamanda istilikdaşıyıcının verilməsinin kəsilməsi ilə dayana bilər. Lakin bu zaman istiliyin ötürülməsi ilə əlaqəli olan az və ya çox dərəcədə təhlükələr qalır. Əksər sənayelərdə reaksiya proseslərinin təhlükəliliyi qeyri–stabil reaksiya məhsullarının əmələ gəlməsi və yığılması, həmçinin idarə olunmayan reaksiyaların inkişafı ilə müşayiət olunan kimyəvi proseslərin sayının və istiqamətinin dəyişməsi ilə əlaqədardır. Prosesdə təhlükəli parametrlərin sayı çox və onların uyğun təhlükəsizlik göstəriciləri daha az olarsa, verilən proses az stabildir və daha çox partlayış təhlükəlidir. Çox sayda proseslərin aparılması zamanı atmosferə reaksiya məhsullarının atılması imkanı istisna olunmur ki, bu da nəticədə aparatlarda partlayış təhlükəli mühitin və daxili alovlanma mənbəyinin əmələ gəlməsi səbəbindən olur.


Reaksiya proseslərinin partlayış təhlükəliliyinin kimyəvi çevrilmələrin xüsusiyyətləri və həmçinin proseslərin həyata keçirildiyi şəraitin xüsusiyyətləri ilə qiymətləndirilməlidir.
1.Oksidləşdirmə prosesləri. Bir çox sənaye sahələrində əksər kimyəvi proseslər yüksək təzyiq və temperatur şəraitində həyata keçirilir.
Misal üçün, kaskad reaktorunda tsikloheksanın hava ilə maye fazalı oksidləşdirilməsi prosesinə baxaq. Avadanlığın vahid həcmində 15500C temperatura qədər qızmış 127 m3 tsikloheksan və 0,85MPa təzyiq altında 95m3 yanar buxar faza olur. Oksidləşdirmə sistemində mayenin həddən artıq qızması hesabına sistemin kipliyinin pozulması nəticəsində 11min.m3 tsikloheksan buxarı əmələ gələ və ayrıla bilər. Bu miqdar buxara 1,821 x 1012coul yanma istiliyi uyğun gəlir. Misal üçün, tsikloheksanın maye fazalı oksidləşdirməsi prosesi hava iştirakı ilə xüsusi konstruksiyalı reaktorda aparılır.
Oksidləşdirmə prosesləri yüksək ekzotermikdir.(8,37 x 106 coul /mol)Belə ki, sistemdə daima oksidləşdirici olur. Tsikloheksanın maye fazalı oksidləşdirilməsi prosesinin şəraiti aşağıdakı kimidir:
- havanın tsikloheksanla partlayıcı qarışığının alovlanmasının aşağı həddi 1,2 %
həcmindədir ;
- qarışıq aşağı alışma enerjisinə malikdir;
- yan məhsul kimi peroksid birləşmələri və qətranlaşma məhsulları alınır.
2. Qətran əmələ gəlmə prosesləri və peroksid birləşmələrinin öz-özünə dağılması ekzotermik prosesdir, ona görə də bu hal reaksiya kütləsinin yerli qızmasına səbəb olur və nəticədə reaksiya kütləsi oksidləşdirici iştirakında alovlanma mənbəyinə çevrilir və aparatda partlayışa səbəb olur.
Bu qurğularda baş vermiş yanğın və partlayışlar aparatların qoruyucu klapanlarından və nəfəsliklərdən onların yerləşdirilmə sxemlərində buraxılan səhvlər, həmçinin aparatlarda səviyyənin ölçülməsinin qeyri təkmil vasitələrindən istifadə edilməsi nəticəsində böyük həcmdə yanar və asan alovlanan mayelərin atılması ilə əlaqədardır. Proseslərin təhlükəsiz aparılmasını təmin edən ölçmənin düzgün olmaması nəticəsində bu qurğuda baş verən yanğın və partlayışlar nəticəsində böyük həcmdə yanar və asan alovlanan mayelər aparatlardan, qoruyucu klapanlardan və nəfəsliklərdən atmosferə atılır.
Oksidləşdirmə reaktorunun yuxarı hissəsində alışmalar əsasən çıxan buxar–qaz qarışığında oksigenin miqdarının artması, həmçinin reaktora havanın və karbohidrogenlərin verilməsinin tənzimlənmə rejiminin pozulması nəticəsində əmələ gələn partlayış təhlükəli qarışığın hesabına olur. Həmçinin, təhlükə buxar qaz fazada oksigenin miqdarının çoxalmasını qeyd edən siqnalizasiyasının olmaması və texnoloji rejimin təhlükəli pozulmalar zamanı havanın verilməsinin azaldılması və ya tamam kəsilməsi üçün xidmət edən bloklaşdırmanın xətalı olmasıdır.
Yanğınlar bəzi hallarda istilik deformasiyasının təsiri altında aparatların gövdəsinin dagılması və reaksiya kütləsinin ətrafa atılması ilə müşayiət olunur.Oksidləşdirmə proseslərinin intensiv baş verməsinin lokal zonalarının əmələ gəlməsi prosesə verilən havanın temperaturunun yüksək olması, reaksiya kütləsinin qeyri-qənaətbəxş qarışdırılması və havanın və katalizatorun verilməsinin qeyri-müntəzəm olmasıdır. Sənayedə yüksək temperaturda, mülayim təzyiqdə həyata keçirilən qaz fazalı katalitik oksidləşdirmə prosesləri daha aşağı partlayış təhlükəlilik səviyyəsinə aiddir. Belə proseslərə misal olaraq, metanolun hava ilə oksidləşdirilməsi təsirindən formaldehidə çevrilməsini göstərmək olar.
Prosesin miqdari partlayış təhlükəliliyi qarışdırıcıda, qızdırıcıda və kontakt aparatında olan buxar–hava qarışığında metanolun yanma istiliyi ilə xarakterizə olunur (metanolun xüsusi yanma istiliyi - 22533 kcoul/kq ).
Sənayedə daha aşağı yanğın və partlayış təhlükəlilik göstəricisinə malik olan proseslərdən biri də o–ksilolun ftal anhidridinə çevrilməsi prosesidir. Bu prosesdə əsas təhlükə mənbəyi qarışdırılma, oksidləşdirmə və kondensləşdirmə aparatlarında, həmçinin istilik dəyişdirmə proseslərində istilik daşıyıcının yüksək temperatur fərqi hesabına qızdırıcılarda, qaz soyuducularında, kondensatorlarda, kontakt aparatlarında partlayış təhlükəli buxar–qaz qarışığının əmələ gəlməsinin mümkünlüyüdür.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin