Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Sənaye qəzaları barədə statistik məlumatların praktiki tətbiqi



Yüklə 1,67 Mb.
səhifə72/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

13.4. Sənaye qəzaları barədə statistik məlumatların praktiki tətbiqi.

Neft- kimya, neft-qaz və neft emalı sənayelərində müxtəlif səbəblərdən çox sayda qəzalar baş verir və bu qəzaların baş verməsi zamanı partlayış təhlükəli mühitin əmələ gəlməsi şəraiti öz növbəsində üç qrupa ayrılır.


1. işçi binadan kənarda açıq qurğularda;
2. işçi binada və bağlı istehsalat ərazilərində;
3. texnoloji qurğunun bağlı aparatlarında.
İşçi binalarda və açıq qurğularda partlayışları və yanğınları aşağıda verilən baş vermə səbəblərinə görə, xarakterik əlamətlərinə və yanar məhsulların atmosferə atılmaları mənbələrinə görə aşağıdakı qaydada ayırmaq və qruplaşdırmaq olar:
1) korroziyalı dağılma nəticəsində texnoloji aparatların və boru kəmərlərinin kipliyinin pozulması üzrə;
2) sökülə bilən hissələrdə hərəkətli və hərəkətsiz hissələrdə və detallarda defektlər üzrə;
3) qaynaqlı sökülə bilməyən birləşmələrdə olan defektlər üzrə;
4) konstruksiyalarda təhlükəli istilik deformasiyalarının baş verməsi üzrə;
5)təzyiqin artmsı zamanı baş verən dağılmalardan aparatların müdafiəsi üçün qoruyucu klapanların və digər vasitələrin işə düşməsi qaydası üzrə; 6)Ayrılan qaz və maye tullantıların qeyri qənaətbəxş çıxarılması üzrə və s.
Bütün partlayışları və yanğınları maddələrin ilkin alovlanma və alovlanma mənbələrinin yanğın–partlayış təhlükəliliyi xüsusiyyətləri üzrə təhlil etmək lazımdır.
Qəzalar barədə məlumatların yığılması və sistemləşdirilməsi aşağıdakı əsas enerji növləri və alovlanma mənbələri üzrə olmalıdır:
1) işləyən elektrik avadanlığının elektrik enerjisindən;
2) avadanlığın işi zamanı texnoloji prosesdə əmələ gələnstatik elektrikləşmədən;
3) müxtəlif texnoloji əməliyyatlarının yerinə yetirilməsi və avadanlıqların işi zamanı baş verən zərbədən və sürtünmədən;
4)açıq alov və qızdırılmış texnoloji avadanlıqların səthindən;
5) elektrik və qaz qaynaq işlərindən;
6) ildırımın zərbəsindən.
Sənaye qəzaları barədə məlumatları aşağıdakı ümumi texnoloji proseslər üzrə sistemləşdirmək lazımdır:
1) qazların sıxılması və mayelərin vurulması;
2) onların boru kəmərləri ilə nəql etdirilməsi;
3) material mühitinin qarışdırılması;
4) qeyri bircins qarışıqların ayrılması;
5) əsas istilik - kütlə dəyişdirmə prosesləri.
Işçi binalarda və texnoloji aparatlarda toz - hava qarışığının partlayışı və alovlanması, həmçinin fasiləli proseslərin və partlayış təhlükəli texnoloji proseslərin aparılması zamanı baş verən qəzalar ayrıca və hərtərəfli təhlil edilməlidir.Enerjinin növü və avadanlıqlarda enerji təchizatı sxemlərində xarakterik defekrlər üzrə partlayış təhlükəli texnoloji proseslərin enerji təchizatının qeyri stabilliyi ilə əlaqədar olaraq qruplaşdırmaq lazımdır.Yeni texnoloji prosesləri qurğularının işə buraxılması və işləyən qurğunun təmirdən sonra isə buraxılması müddətində baş vermiş qəzalar xüsusi nəzərə alınmalı və təhlil edilməlidir. Bu məlumatlar yeni texnoloji proseslərin mənimsənilməsi və uzun müddət istismarda olmuş qurğunun profilaktik təmiri zamanı ümumi xarakterik səhvlərin üzə çıxarılması üçün lazımdır.
Texnoloji proseslərin partlayış təhlükəsizliyinin təmin edilməsinin nəzəri və praktiki məsələlərinin həlli zamanı ehtimal nəzəriyyəsi və riyazi statistik metodikadan geniş istifadə olunur.
Uzun illər ərzində istismarda olmuş hər hansı bir texnoloji qurğuda partlayış və yanğın ehtimalı heç vaxt sıfıra bərabər ola bilməz. Beləliklə, müxtəlif texniki və
texnoloji səbəblərdən baş verən qəzaların sayı və xüsusiyyətləri barədə çox sayda məlumatlar əldə olunur. Hər hansı bir sənaye (misal üçün kimya istehsalında)
qurgularının illər ərzində istismarı zamanı böyük miqyaslı təhlükələrin baş verməsini proqnozlaşdırmağa imkan verən faktiki materiallar yığılır ki, bu məlumatlar da belə qurguların lazım olan partlayış təhlükəsizliyini təmin etmək üçün əsas istiqaməti müəyyən etməyə imkan verir. Texnoloji proseslərin xarakterik təhlükələri barədə bilgilərdən, həmçinin qəzaların baş vermə və təkrarlanması zamanı yaranan müxtəlif faktorların çox böyük sayından partlayış təhlükəliliyini miqdarı qiymətləndirməsində istifadə etmək olar. Qəzaların baş verməsi zamanı tez– tez rast gəlinən faktorların çoxluğu çox hallarda avadanlıqların (maşınların,
aparatların, boru kəmərlərinin, elektrik avadanlıqlarının, qəza əleyhinə müdafiə vasitələrinin) az etibarlı işi ilə müəyyən edilir.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin