Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə69/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

Yoxlama sualları:

  1. Sənayedə reaksiya proseslərinin partlayış təhlükəliliyi.

  2. Tsikloheksanın maye fazalı oksidləşdirilməsi prosesinin səraiti.

  3. Qətran əmələ gəlmə prosesləri.

  4. Reaksiya proseslərinin partlayışdan müdafiəsi tədbirlərinin işlənib hazırlanması.

  5. Avtomatlaşdırılma sistemlərinin işinin etibarsız olması.

  6. Müxtəlif tutumların, bakların daxili səthlərinin üzvi və qeyriüzvi çirklənmələrdən təhlükəsiz və keyfiyyətli təmizlənməsi.

  7. “Day Kemikl” firmasının metodikası üzrə istifadə edilən materialların və avadanlıqların təhlükəliliyinin təyin edilməsi.

  8. Proseslərin yanğın–partlayış təhlükəliliyinin ümumi indeksinin hesablanması.

9.Təhlükəliliyin miqdarı göstəriciləri üzrə texnoloji blokların qruplarının təsnifatı.


MÖVZU 13. BAZAR MÜNASİBƏTLƏRİ ŞƏRAİTİNDƏ SƏNAYE
MÜƏSSİSƏLƏRİNDƏ İŞ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN EDİLMƏSİNİN
ƏSAS XÜSUSİYYƏTLƏRİ

13.1. Müəssisələrdə texnoloji avadanlıqlarda açıq alov və partlayış-yanğın təhlükəliliyi

Neft kimya və neft emalı sənayelərinin texnoloji proseslərin əksəriyyəti qaz şəkilli və ya maye yanacaqlarının yandırılması ilə müşayiət olunan rejimdə həyata keçirilir.


Açıq alovla qızdırılma piroliz sobalarında, odlu qızdırıcılarda və digər istilikdəyişdirici aparatlarda həyata keçirilir ki, bu avadanlıqlar da açıq sahədə, bəzi hallarda isə işçi binalarda yerləşdirilir. Açıq alovun mənbəyi daimi fəaliyyət göstərən yanar məhsulların qəza tullantılarının alovlanması mənbəyi olan fakel sistemidir. Partlayış təhlükəli açıq alovla qızdırılan istilikdəyişdirici aparatların sənaye sahələrində bağlı yerlərdə (binada) yerləşdirilməsi həmin sahənin partlayış təhlükəliliyini əhəmiyyətli dərəcədə artırır. Lakin indiyə qədər bəzi müəssisiələrdə ehtiyac olmadığı halda yanğın-partlayış təhlükəli sahələrdə işçi binada proseslərin açıq alovla qızdırılması hallarına icazə verilir.
İşçi binada açıq alovla proseslərin təşkil edilməsi zamanı formal olaraq istehsalın partlayış təhlükəliliyi kateqiriyası aşağı salınır, bu da işçi binanın əsaslandırılmadan konstruksiyasının dəyişdırılməsinə imkan yaradır və elektrik avadanlıqlarını lazımi partlayışdan müdafiə tədbirlərindən istifadə etmədən istismar edilməsinə şərait yaradır.Bütün bunlar işçi binada yanar məhsulların qəza tullantıları zamanı partlayış və yanğınların ehtimalının artmasına gətirib çıxarır.Buna görə də partlayış təhlükəli sənaye sahələrində yanacağın açıq yandırılması və maddi mühitin alovla qızıdırılması üçün lazım olan avadanlıqlar açıq sahələrdə yerləşdirilməlidir.Bu zaman göstərilən alov mənbələrindən atmosferə atılan mümkün texnoloji tullantıların alovlanması ehtimalını azaldan tədbirlər həyata keçirilməlidir. Açıq alovla qızdırılma avadanlıgının işçi binada yerləşdirilməsi zərurəti yaranması halında belə mənbədən texnoloji tullantıların alovlanması imkanını tam aradan qaldıran tədbirlər həyata keçirilməlidir.
Açıq sahədə işçi binalardan kənarda yerləşdirilmiş piroliz sobası aparatlarının və texnoloji avadanlıqların təhlükəliliyinə xüsusi diqqət etmək lazımdır, belə ki, bu avadanlıqlar müəssisiə ərazisində partlayış təhlükəli buludun qəzası zamanı əmələ gələn alovlanma mənbəyinə çevrilir. Bununla yanaşı ətrafda olan havanın qaydasız şəkildə açıq alov xəttinə sorulmaması üçün tədbirlər görülməlidir.Partlayış təhlükəli qazların hava ilə birlikdə təsadüfi sorulmasını aradan qaldırmaq üçün yanacağın yandırılmasına lazım olan havanın təhlükəsiz yerdən az qalıq təzyiq altında məcburi verilməsi həyata keçirilməlidir. Yandırma sistemini ətraf atmosferdə havanın artıq təzyiqindən bloklaşdırmaq lazımdır. Texnoloji avadanlıqların səthindən, boru kəmərlərindən yanar məhsulların tullantılarının təsadüfən alovlanması hallarının baş verməsi bu avadanlıqlarda kifayət qədər istilik izolyasiyasının olmaması ilə əlaqədardır. Ən çox, tez- tez 450C temperaturda buxarla işləyən kompressorlarda yağların alışması baş verir. Belə hallar maşın və mexanizmlərin yağ sistemindən yağların qızmış turbin səthinə qəza tullantıları zamanı baş verir. Bu və ya digər qurğularda yağlarla və yaxud digər yüksək qaynayan üzvi mayelərlə islanmış və heç bir uyğun hermetik örtüklərin istilik izolyasiya səthinin olmadığı istilik izolyasiyası materialının özünün alovlanması baş verir. Belə qızmış səthlərdən yanar məhsulların alovlanması təhlükələrinin tez aradan qaldırılması məqsədi ilə əlavə yanğın söndürmə qurğuları nəzərdə tutulur. Sənayedə inert qazlar böyük miqdarda aşağıdakı hallarda istifadə edilir:
- aparatların və kommunikasiyaların üfürülməsində;
- texnoloji sistemin işdən dayandırılmasından və işə buraxılmasından qabaq;
- yanar mayelərin və bərk dispers mühitin pnevmonəqli zamanı;
- içərisində yanar mayelər olan tutuma havanın düşməsinin qarşısının alınması üçün (“azot nəfəsalma” üçün);
- texnoloji sistemlərdə əmələ gələn partlayış təhlükəli buxar qaz qarışığının durulaşdırılması üçün;
- fakel sistemlərində partlayışların qarşısının alınması üçün;
- yanğınların söndürülməsi üçün və s.
Müasir neft emalı, neft kimya və kimya müəssisiələrində bu və ya digər məqsədlər üçün çox böyük miqdarda inert qazlardan istifadə edilir və bu qazların tələb olunan yerlərə çatdırılması üçün mürəkkəb boru kəmərləri sistemi yaradılmışdır.
Lakin bəzi partlayış təhlükəli texnoloji proseslərin partlayışdan müdafiəsi üçün inert qazların təminatının və istifadə edilməsinin qeyri qənaətbəxş olması səbəbindən qəzaların baş verməsi davam edir.İnert qazların miqdarının kifayət qədər olmaması, həmçinin bu qazların lazım olan təzyiqə qədər sıxılması üçün kompressor avadanlıqlarının olmaması zamanı əsaslandırılmadan buxarları hava ilə partlayış təhlükəli qarışıq əmələ gətirən yanar qazlarla və mayelərlə texnoloji sistemlərin kiplik sınağı məqsədilə doldurulmasından qabaq havadan (oksidləşdiricidən) istifadə edilməsi hallarınaicazə verilir.Bəzi sənaye sahələrində inert qaz əvəzinə tərkibində partlayış təhlükəli qazlar və buxarlar olan boru kəmərlərinin və aparatların üfürülməsi üçün havadan istifadə edilir.Aparatlar yanar mayelər və qazlarla doldurulmazdan öncə həmişə inert qazlarla üfürülmür və yaxud havanın tam çıxarılması üçün lazım olan inert qazın miqdarı kifayət qədər olmur. Bir çox hallarda işləməyən texnoloji aparatların əvvəlcədən inert qazlarla üfürülmədən açılması da bunlarda partlayış təhlükəli qarışıqların və partlayışların əmələ gəlməsinə gətirib çıxarır.Qəza rejimi zamanı aparatlara inert qazların verilməsinin məhdudlaşdırılması halları baş verir, bu da təhlükəli proseslərin partlayışdan müdafiəsinin avtomatlaşdırılmış sistemlərinin işinin etibarlılıgını azaldır. Bəzi sahələrdə hava paylayıcı qurgunun işinin dayanması zamanı texnoloji prosesin təhlükəsiz dayandırılmasını partlayışdan müdafiə sistemlərinin və vasitələrinin partlayış təhlükəsizliyinin təmin edilməsi üçün lazımi inert qaz ehtiyatı yoxdur. Bəzən xüsusi təhlükəli çox tonnajlı sənaye sahələrində şəbəkədə olan inert qazın təzyiqinin aşağı salınması ucbatından avtomatlaşdırılmış yanğın söndürmənin stasionar sistemləri işləmir və bu da partlayış və yanğın təhlükəsi yaradır. Yüksək təzyiq altında işləyən texnoloji sistemlərlə əlaqəli olan inert qaz boru kəmərlərində reqlamentləşdirilmiş təzyiqin aşağı salınması onların uyğun olmayan məhsullarla çirklənməsinə gətirib çıxarır ki, bu hal da ciddi qəzalara səbəb olur.Belə qəzalar partlayış təhlükəli proseslərdə istifadə olunan inert qazın tərkibində oksigenin və yaxud digər oksidləşdiricilərin miqdarının artması səbəbindən də yarana bilər.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin