Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Sənayedə texnoloji proseslərin təhlükəli faktor­larının təyin edilməsinin



Yüklə 1,67 Mb.
səhifə68/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

12.5. Sənayedə texnoloji proseslərin təhlükəli faktor­larının təyin edilməsinin
in­dekslər sistemi.
Kimya, neft-kimya, neft emalı sənayelərinin partlayış təhlükəliliyinin qiymətləndirilməsi zamanı qəzaların baş verməsinə və inkişafına səbəb olan faktorların imkan daxilində daha çox sayı nəzərə alınmalıdır.Mürəkkəb texnoloji
sistemlərdə (komplekslərdə) yanar və partlayış təhlükəli maddələrin miqdarı ayrıca texnoloji bloklar (proseslər, mərhələlər və s.) üzrə təyin edilməlidir. Partlayış və yanğın təhlükəliliyinin kəmiyyət və keyfiyyət göstəriciləri hər bir blok üçün ayrıca təyin edilməlidir, belə ki, onların hər biri üçün potensial təhlükə mənbəyi ümumi (eyni) olmur.
Təhlükəliliyin miqdarı göstəriciləri üzrə texnoloji bloklar şərti yanar maddələrin aşağıdakı həcmlərində (m 3) 4 qrupa bölünür (Cədvəl12.2).
Cədvəl 12.2.
Təhlükəliliyin miqdarı göstəriciləri üzrə texnoloji blokların qrupları

N

Texnoloji blokların
qrupları



Şərti yanar maddələrin həcmi,
m3

1

I

17-23

2

II

23-76

3

III

76-90

4

IV

> 90

Bu nöqteyi nəzərdən texnoloji proseslərin qruplaşdırılması oksidləşdiricilərlə partlayıcı qarışıqəmələ gətirmək qabiliyyətinə malik olan yanar maddələrin yanma istiliyinin mütləq qiyməti üzrə aparılır. Yanar maddələrin miqdarı bu məhsulun texnoloji blokda ən çox həcmi ilə təyin edilir.


Hər bir texnoloji prosesin potensial təhlükəliliyinin qiymətləndirilməsi üçün texnoloji sistemdə olan kimyəvi reaksiyanın enerjisinin mütləq qiyməti əsas götürülür.
Texnoloji proseslər buxar qaz mühitinin yanma istiliyinə və maddələrin qaynama temperaturuna görə 20 qrupa bölünür. Əksər texnoloji sistemlərdə qazlar qalıq təzyiq altında olurlar, bunlar müəyyən daxili enerji ehtiyatına malikdirlər .
Bu enerji nəticədə aparatın kipliyinin pozulmasındanvə ya boru kəmərlərində dağılmalardan yaranan sızmalar zamanı həm işçi binada, həm də açıq qurğunun həcmində partlayış təhlükəli buxar–qaz buludunun və dumanının əmələ gəlməsi təhlükəsi yaradır. Bundan əlavə qaz axınları ilə hərəkət edən bərk hissəciklər (katalizator, dəmir oksidi və s.) toqquşmadan və ya maneəyə çırpıldıqda partlayış təhlükəli mühitin alovlanmasının inisiatoru ola bilər. Sıxılmış qazın ( buxarın) daxili enejisi texnoloji prosesin partlayış təhlükəliliyinin əhəmiyyətli dərəcədə artırır. Texnoloji sistemdə işçi vəziyyətdə və normal atmosfer təzyiqində qazın daxili enerjisini formulu ilə hesablamaq olar.
PV = RT, (12.5)
Bu iki müxtəlif vəziyyətlərdə qazın daxili enerjisi arasındakı fərq partlayış təhlükəsini xarakterizə edən enerjidir. Mayelərin olması zamanı prosesin ümumi partlayış təhlükəsi potensialı aşağıdakılarla müəyyən edilir.
- Həddən artıq qızma nəticəsində qazların (buxarların) və buxarlanan mayelərin yanma istiliklərinin cəmi ilə;
- Sıxılmış yanar buxar qaz mühitinin daxılı enerjisi ilə.
Texnoloji qurguların partlayış təhlükəliliyinin qiymətləndirilməsi zamanı yanar və yaxud partlayış təhlükəli mühitin əmələ gəlməsi və bu mühitin həcmi, həmçinin bunların alovlanma mənbəyinə həssaslığı ehtimalının asılı olduğu faktorlar nəzərə alınmalıdır. Bunun üçün texnoloji sistemlər bu faktorların yerləşmə ardıcıllığına və qrup nömrələrinin qiymətlərinə uyğun olaraq miqdari göstəricilər üzrə qruplaşdırılmalıdır. İlk növbədə texnoloji proseslərdə istifadə edilən maddələrin fiziki - kimyəvi və partlayış xüsusiyyətləri ilə və vəziyyətin əsas parametrləri üzrə qruplaşdırılmalıdır. Daha çox ümumi və daha yaxşı öyrənilmiş göstərici kimi maddələrin alovlanmasının qatılıq həddi və standart metodika üzrə təyin edilmiş yandırmanın minimal enerjisindən bu göstəricilər üzrə texnoloji proseslərin təhlükəliliyinin sıralanması üçün istifadə edilir. Bu xüsusiyyətlər öz növbəsində real şəraitdə aparatda yanar mühitin temperaturundan və təzyiqindən asılı olaraq müəyyən edilir. Temperaturun və təzyiqin qiymətinin artırılması zamanı bütün hallarda aparatların və boru kəmərlərinin qəza dağılmaları, partlayış təhlükəli materialların atmosferə atılması və onların alovlanması təhlükəsi artır. Qazların (buxarların) sıxlığının qiyməti partlayış təhlükəli buludun əmələ gəlməsinin və həcminin atmosferin yerüstü qatında xarici alovlanma mənbəyinə doğru yayılması imkanını xarakterizə edir.Yanar məhsulun qazlarının (buxarlarının) sıxlığı nə qədər çox olarsa onun səpələnməsi ehtimalı daha aşağı olur.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin