Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim



Yüklə 1,67 Mb.
səhifə65/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

12.2.Ekoloji təhlükəsizlik sistemləri

Bir çox sənaye sahələrində əksər kimyəvi proseslər yüksək təzyiq və temperatur şəraitində həyata keçirilir. Prosesin partlayış təhlükəsizliyinin təmin edilməsi üçün onun xüsusiyyətləri nəzərə alınmalıdır. Reaksiya proseslərinin sənaye təhlükəsizliyi üçün partlayışdan müdafiəsi tədbirlərinin işlənib hazırlanması zamanı kimyəvi reaksiyaların mexanizmini və kinetikasını, qeyri – stabil yan məhsulların əmələgəlməsi və yığılması şəraitini, reaksiya istiliyinin çıxarılması intensivliyinin prosesin gedişinə təsirini, reaksiyaya girən komponentlərin paylanmasının bərabərliyini və reaksiyanın temperaturunu və təzyiqini bilmək lazımdır.


Həyata keçirilmiş tədqiqat materialları əsasında prosesin parametrləri, aparatların konstruksiyaları, müdafiə vasitələrinin növləri və partlayışların baş verməsinin mümkünlüyü təyin edilir. Reaksiya proseslərinin partlayışdan müdafiəsi tədbirlərinin işlənib hazırlanması zamanı baş vermış qəzaların sayı və səbəbləri aydınlaşdırılır.Bu məqsədlə həyata keçirilmiş təhqiqatlar nəticəsində əldə olunmuş məlumatlar əsasında aşağıdakıları təyin edilməlidir :
- prosesin parametrləri;
- aparatların konstruksiyaları;
- partlayışdan və yanğından müdafiə vasitələri;
- partlayışların xəbərdarlığı.
Qəzaların analizi və statistikası göstərir ki, baş vermiş partlayışların və yanğınların əsas səbəbi reaksiya proseslərin kifayət qədər dərin elmi və layihə -konstruktor nöqteyi nəzərdən öyrənilib işlənilməməsidir.Reaksiya proseslərinin səmərəli istismarı və sənaye təhlükəsizliyi üçün partlayışdan müdafiə tədbirlərinin layihələndirilməsi zamanı təklif olunmuş iri aqreqatların istismarı böyük həcmlər üçün yaramır, belə ki, bu aparatlarda iş zamanı hidroaerodinamik göstəricilər, istilik və kütlə dəyişmə prosesləri pisləşir, aparatın daxilində “ölü“ zonalar əmələ gəlir.
Yeni konstruksiyalı aparatlarının daha etibarlı və təhlükəsiz istismarı üçün aşağıdakıları nəzərə almaq lazımdır.
- Prosesin reqlamentləşdirilmiş parametrlərinin göstəriciləri ilə əmələ gələn maddələrin partlayış– yanğın göstəricilərinin uyğun qiymətləri arasında əsaslandırılmış təhlükəsiz nisbətinin təmin edilməsi;
- daimi və təsadüfi alovlanma mənbələrinin aradan götürülməsini;
- axınların bərabər paylaşdırılmasını;
- axında intensiv istilik dəyişməsini və kütlə dəyişməsini;
- axınların daha az hidravlik müqavimətini;
- prosesdə əmələ gələn və yaxud iştirak edən, özbaşına parçalanmaya meylli olan və yaxud partlayış təhlükəli maddələrin yıgılması və həmçinin kristallaşması baş verən ölü (durğun) zonaların aradan götürülməsini;
- yığıntı səthindən bir mühitin digərinə ötürülməsi şəraitinin olmamasını;
- verilmiş aparatlar tərtibatında reaksiya proseslərinin xüsusiyyətlərindən irəli gələn mühitin işçi parametrlərinə digər tələbatlara əməl edilməsi şəraitində konstruksiya materiallarının dayanıqlığının təmin edilməsini.
Sənaye proseslərinin partlayış təhlükəsizliyi çox zaman nəzarət ölçü cihazlarının etibarlılığından və avtomatlaşdırılmanın səviyyəsindən asılıdır ki, bunlarsız çox sayda müasir texnoloji prosesləri praktiki təhlükəsiz aparmaq mümkün deyildir. Lakin buna baxmayaraq, bəzi hallarda texnoloji proseslərin avtomatlaşdırması zamanı avadanlıqların lazım olan etibarlı işi təmin olunmur və bu da çox sayda sənaye qəzalarının baş verməsinə gətirib çıxarır.
Müxtəlif vaxtlarda kimya, neft kimya müəssisələrində baş vermiş və nəticələri analiz edilmiş 120 qəzadan 80–ni (67,0%) tənzimlənmə cihazlarının və bloklaşdırılmanın etibarsız işi nəticəsində yaranmışdır. Buna görə də tənzimlənmə sistemlərində aşagıdakılar nəzərdə tutulmalıdır:
1.bir birindən asılı olmayan, lakin paralel işləyən tənzimlənməyən müdafiə bloklaşdırılması sistemləri;
2. açarsız əl ilə blokdan çıxartma ilə bloklaşdırma;
3.çox mərhələli texnoloji prosesləri olan təhlükəli sistemlərin dayandırılması üçün müdafiə bloklaşdırılmasının işə düşməsilə avtomatlaşdırılmış idarə etmə;
4.vericilərin birində qarşılıqlı əlaqədə olan parametrlərdən (axının təzyiqi və sərfi, axınların nisbəti və prosesin temperaturları) siqnalın daxil olması zamanı müdafiə
sisteminin işə düşməsi;
5.daha mühüm texnoloji parametrlər üçün, həmçinin vericidə nasazlıq baş verdikdə müdafiə sisteminin yalançı işə düşməsi halında bir yox, bir neçə paralel işləyən vericilərin qoyulmasını.
Avtomatlaşdırılma sistemlərinin işinin etibarsız olması aşagıdakı hallarda baş verir:
1) Nəzarət edilən mühitin xassələri hesaba alınmadan etibarsız konstruksiyalı nəzarət ölçü cihazları və avtomatlaşdırılma vasitələri nəzərdə tutulur.
2) Korroziyaya ugramış və çirklənmiş mühit üçün nəzarət məqsədilə ilkin ölçmə cihazından öncə təmizlənmə qurğusu yerləşdirilmir.
3)Açıq meydançalarda yerləşdirilmiş impulslu xətlərin və cihazların donmasının qarşısı alınmır.
Donma təhlükəliliyi olan cihazlar qızdırılan şkaflarda yerləşdirilməlidir.Sərt iqlim şəraitində personal üçün belə cihazlar qızdırılan və ventilyasiya edilən çıxısı olan modullarda qrup şəklində yerləşdirilməlidirlər. İmpuls xətləri sputniklərlə qızdırılmalıdır, bu zaman istilikdaşıyıcı kimi buxar deyil, (qızdırılma sistemini sadələşdirmək və qızdırılmanın etibarlılıgını artırmaq üçün) qaynar sudan istifadə edilməsi daha yaxşıdır. Neft sənayesində boru kəmərlərinin qızdırılması üçün cərəyan keçirən, şüşə parçalı qızdırıcı elementlərdən istifadə edilməsi impulslu xətlərin qızdırılması qaydaları arasında perspektivlisi hesab edilir.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin