Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


İstilikdaşıyıcı ilə birbaşa kontakt zamanı istilikdəyişdirmə prosesləri və təhlükəsizlik tələbləri



Yüklə 1,67 Mb.
səhifə61/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

11.4 İstilikdaşıyıcı ilə birbaşa kontakt zamanı istilikdəyişdirmə prosesləri və təhlükəsizlik tələbləri.

Sənayedə istilikötürmə prosesləri o zaman təhlükəlidir ki, istilik açıq oddan istifadə etməklə yanacaq qazları vasıtəsilə verilir. Daha yüksək təhlükəlilik o proseslərdə yaranır ki, yüksək temperatur, təzyiq və ya vakuum altında yanar buxar qaz qarışıqları soyudulur və yaxud qızdırılır. İstilikötürmə proseslərində təhlükə əsasən aşağıdakı hallarda yaranır:


- фparatın kipliyinin qəfildən pozulması zamanı;
- prosesin temperaturu və təzyiqinin kəskin dəyişməsi zamanı;
- aparatların gövdəsinin və boru kəmərlərinin eroziya, korroziya və s. proseslər nəticəsində mexaniki möhkəmliyinin zəifləməsi zamanı.
Divarla istilik ötürmənin təhlükəliliyi texnoloji proses zamanı istilikdəyişdirici aparatların verilən istilik gücünün dəyişilməsi zamanı artır və bu da arzuolunmayan nəticələrə gətirib çıxarır. İstilik dəyişdirici aparatların istilik dəyişmə səthi az olduqda qaynar istidaşıyıcının alçaq temperaturunda damcı halında buxarlanmamış mayenin bir hissəsinin aparılması baş verir.Bu zaman qaz mühitinin tələb olunan qədər qızması təmin olunmur və nəticədə sonrakı mərhələlərdə partlayış təhlükəli mühitin əmələ gəlməsinə şərait yaranır. Texnoloji proses zamanı avadanlığın istilikdəyişmə səthi həddən artıq qızdırıldıqda istilikdaşıyıcının parçalanması və digər arzuolunmaz hallar baş verir.Bir çox hallarda belə pozulmalar onunla izah edilir ki, bəzən istilikdəyişmə aparatlarının seçilməsi və ya onun dəyişdirilməsi zamanı istilik ötürmə və istilik yükü əmsallarının hesablanmasını əhəmiyyətli dərəcədə dəyişdirən bütün faktorlar nəzərə alınmır.
Texnoloji proses zamanı tez-tez müəyyən mühit üçün hesablanmış istilikdəyişmə aparatları digər mühit üçün istifadə edilir. Divarla istilikdaşıyıcısı arasında istilikvermə əmsalı istilikdaşıyıcının özlülüyünün, istilikkeçirməsinin, sıxlığının, istilik tutumunun azalması ilə və digər hallarda aşağı düşür. Bəzən istilikdaşıyıcının fiziki xassələrinin və uyğun olaraq istilikötürmə əmsalının dəyişilməsinə gətirib çıxaran temperatur dəyişkənliyi nəzərə alınmır. İstilikdaşıyıcının sürətinin hesablanması zamanı bəzi hallarda səhvlər buraxılır. İstilikdaşıyıcının sürətinin aşağı salınması sərhəd layının laminar rejiminə gətirib çıxarır, axının istilik müqavimətinin artmasına və istilikötürmə əmsalının kəskin azalmasına səbəb olur.İstilikötürmə səthinin formasını əhəmiyyətli dərəcədə dəyişdirən istilik dəyişdirmə aparatlarının ölçüləri və konfiqurasiyası həmişə düzgün seçilmir. İstilikdəyişdirmə aparatlarının seçilməsi və ya dəyişdirilməsi zamanı istilikdəyişdirmə səthinin ölçülərindən başqa hidrodinamiki, fiziki və geometrik faktorlar da nəzərə alınmalıdır. Istilik ötürmə əmsalının bu faktorlardan asılılığı çox mürəkkəbdir və müəyyən texnoloji proses şəraitində yoxlanılmaqla düzgünlüyü uyğun hesablamalarla təyin edilir. Divarla istilikdaşıyıcı arasında istilik vermə əmsalı və uyğun olaraq divar vasitəsilə bu faktorlardan asılı olaraq ümumi istilik ötürmə əmsalı geniş intervalda dəyişir. Istilikdəyişdirici aparatın digər istilikdaşıyıcıya keçirilməsi zamanı uyğun olan hesablamaları yerinə yetirmək və texnoloji proses şəraitində avadanlığı sınaqdan keçirmək lazımdır. Aşagıda cədvəl 11.1-də müxtəlif istilikdaşıyıcılar üçün istilikötürmə əmsalının təxmini qiymətləri verilmişdir (Vtm2/K).
Cədvəl 11.1
Müxtəlif istilikdaşıyıcılar üçün istilik ötürmə əmsalının təxmini qiymətləri


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin