Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Texnoloji proseslərdə qeyri – bircins qarışıqların ayırd edilməsinin təhlükəsizliyi



Yüklə 1,67 Mb.
səhifə59/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   55   56   57   58   59   60   61   62   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

11.2. Texnoloji proseslərdə qeyri – bircins qarışıqların ayırd edilməsinin təhlükəsizliyi.
Sənayedə kimyəvi texnoloji proseslərdə qeyri-bircins sistemlərin ayrılması ilə əlaqədar proseslər geniş yayılmışdır.
Qeyri – bircins sistemlərə aiddir:
1) Xırda dispers bərk maddələr və mayelər
(suspenziyalar);
2) Qarışmayan mayelər ( emulsiyalar );
3) Xırda dispers bərk maddələr və qazlı mayelər.
Belə qarışıqların hidrodinamikanın qanunlarına əsaslanan mexaniki ayırd edilməsi bir çox hallarda partlayış təhlükəlidir.
Tərkibində yanar və partlayış təhlükəli maddələr olan suspenziyaların ayrılması. Sənayedə tərkibində az da olsa yanar və yaxud partlayış təhlükəli maddələr olan suspenziyaların ayrılması zamanı bu maddələrin bərk çöküntü şəklində, həmçinin maye üzərində buxar - qaz fazada qatılaşdırılması mümkündür.Belə proseslərin təhlükəliliyinin qiymətləndirilməsi zamanı yalnız ayrılmaya daxil olan suspenziyaların yox, eyni zamanda ayrılan çöküntünün, şəffaflaşmış maye fazanın və aparatın sərbəst həcmində əmələ gələn buxarların yanğın-partlayış təhlükəliliyi xassələri məlum olmalıdır.Lakin bəzi hallarda bu suallar kifayət qədər öyrənilmədikdə və uyğun partlayışdan müdafiə tədbirləri qəbul edilmədikdə çökdürücülərdə və hidrotsiklonlarda, filtirlərdə, sentrifuqlarda və digər avadanlıqlarda istismar zamanı iş rejimi pozulur və nəticədə yanğın və partlayış baş verə bilər.
Partlayışlar bəzən hətta reqlamentləşdirilmiş şəraitdə belə istismar zamanı təhlükəsiz olan aparatlarda onlarla əlaqəli işləyən avadanlıqların iş rejiminin pozulması səbəbindən baş verir. Normal rejimdə yanar və partlayış təhlükəli maddələr saxlamayan çökdürücülərdə bərk fazanın mayedən ayrılması zamanı avadanlığın boş sahəsində yığılan qaz qarışığının partlayışı halları məlumdur. Sənayedə tərkibinə az da olsa yanar və partlayış təhlükəli maddələr düşə bilən suspenziyalar üçün çökdürücülər hidrodinamik hesablamalara uyğun olaraq hazırlanmalıdır. Çökdürücülərin məhsuldarlığı onun hündürlüyündən asılı deyil, yalnız çökdürmə prosesinin sürətindən və çökdürmə səthindən asılıdır.Odur ki, suspenziyaların effektiv ayrılması üçün istifadə olunan çökdürücü aparatların çökdürmə səthi böyük, hündürlüyü az olmalıdır. Adətən aparatın hündürlüyü 1,8 – 4,5 m qəbul edilir.Böyük diametrlı çökdürücülər üçün isə hündürlük 7m-dən çox olmamalıdır. Mühəndis hesablamaları üçün çökdürmə səthini aşağıdakı formul ilə tapmaq olar,(m2)

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin