Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Sənaye proseslərinin tənzimlənmə vasitələri və qəza əleyhinə müdafiəsi



Yüklə 1,67 Mb.
səhifə55/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

10.5. Sənaye proseslərinin tənzimlənmə vasitələri və qəza əleyhinə müdafiəsi

Kimya, neft-kimya və neft emalı sənayesində baş verən qəzaların təhlili


göstərir ki, partlayışların yanğınların və alışmaların beşdən biri istifadə olunan nəzarət ölçü cihazlarının qeyri - təkmilliyi, qəzalı olması və yaxud əsassız söndürülməsi, loklaşdırılması və proseslərin avtomatlaşdırılmış idarə edilməsinin
digər vasitələri ilə əlaqədardır.Sənayedə partlayışlar, yanğınlar və alışmalarla
müşayət olunan qəzaların baş vermə səbəbləri - nasazlığa görə nəzarət cihazlarının, avtomatlaşdırılmış tənzimlənmə vasitələrinin və bloklaşdırmanın işçi personal tərəfindən söndürülməsı, nəzarət avtomatlaşdırma, bloklaşdırma qurğularının
konstruksiyalarının qeyri-təkmil olması və yaxud onların seçilməsi zamanı səhv qərar verilməsi, qəza əleyhinə qurğuların ümumiyyətlə nəzərdə tutulmaması və bu halların faiz göstəriciləri verilməlidir.Sənaye qəzalarının əsas hissəsi (40,0%-i) həm avadanlıqlarda, həmçinin işçi binalarda partlayış təhlükəli mühitin olmasını xəbər verən qurğuların nasaz olması və yaxud olmaması səbəbındən baş verir. Elə
hallar məlumdur ki, bu və ya digər texnoloji prosesin normal həyata keçirilməsi üçün avtomatlaşdırma, yəni ekstremal şəraitdə qəza zamanı, içərisində partlayış təhlükəli buxar qaz səkilli xammallar və hazır məhsullar olan boru kəmərlərinin
dağılması nəticəsində enerji və xammal veriminin azalması və yaxud kəsilməsi üçün avtomatlaşdırılmış söndürülmə nəzərdə tutulmamışdur. Mühüm partlayış təhlükəli texnoloji proseslər insanın iştirakı olmadan qəza vəziyyətinin aradan qaldırılması üzrə uyğun əməliyyatları yerinə yetirən qəza əleyhinə avtomatlaşdırılmış bloklaşma sistemi ilə təchiz olunmalıdır.
Sistemdə təzyiqin qalxmasına imkan verməyən nasosların və kompressorların işini dayandıran, əsasən də ekzotermik reaksiyalar üçün istilikdaşıyıcısının verilməsini dayandıran avtomatlaşdırılmış bloklaşdırma quraşdırılmalıdır.
Qəza vəziyəti çox zaman texnoloji proseslərin nəzarət cihazlarının və tənzimləmə vasitələrinin işləməməsi ilə əlaqədar olan texnoloji rejimlərin pozulmasından başlayır. Bu hal onunla əlaqədardır ki, bəzən texnoloji proseslər az effektli və etibarsız nəzarət və tənzimləmə vasitələri ilə təchiz olunurlar.Belə vasitələrin fasiləsiz iş müddəti istehsalatın fasiləsiz iş müddətindən çox azdır və iş muddəti orta hesabla 300-1000 gün arasında olan əsas kimyəvi texnoloji proseslərin fasiləsizliyinə görə bu müddət müəyyən edilir.
Sənayedə ən çox təhlükə texnoloji proseslərin aşağıda verilən parametrlərinin-temperaturunun, təzyiqinin, aparatlarda mayenin səviyyəsinin, xammalın verilmə sürətinin, maddi mühitin tərkibinin tənzimlənmə qurğularının işində dayanmalar ilə əlaqədardır.
Əsas parametrlərin tənzimləmə qurğularında nasazlığın olması texnoloji avadanlıqların kipliyinin pozulmasına səbəb olur, nəticədə atmosferə partlayış təhlükəli məhsullar atılır və iri qəzaların yaranmasına gətirib çıxarır.Bu və ya digər
texnoloji parametrlərin tənzimlənmə vasitələrinin işləməməsi, müvafiq aparatlarda partlayış təhlükəli qarışıqların əmələ gəlməsinə və yığılmasına səbəb olur.Tənzimlənmə vasitələrinin işinin rejimdən kənara çıxması və yaxud bu vasitələrin işinin dayanması alovlanma mənbəyinin yaranmasına və yaxud partlayışların impulsunun baş verməsinə səbəb olur. Kimyəvi texnoloji proseslərdə partlayışın daha tez-tez istilik və digər mənbələrdən inisiatorlaşdırılması baş verir.
Sənayenin partlayış-yanğın təhlükəliliyinin qiymətləndirilməsi zamanı partlayış təhlükəli proseslərin mühüm parametrlərinin nəzarətinin və tənzimlənməsinin
etibarlı vasitələri nəzərə alınmır. Xüsusi təhlükəli parametrlərin nəzarəti vasitələrinin kifayət qədər etibarlı olmaması və yaxud nasazlığı hallarında qəza vəziyyətinin lokallaşdırılması və proseslərin tənzimlənməsi üçün avtomatlaşdırılmış texnoloji
bloklaşdırma və müdafiə cihazlarından geniş istifadə olunur.Bu avadanlıqların etibarlılığından və vəziyyətindən prosesin təhlükəsizliyi əhəmiyyətli dərəcədə asılıdır.
Lakin qəzaların analizi göstərir ki, bu avadanlıqlar həmişə prosesin təhlükəli
parametrlərinin pozulması zamanı yaranan qəza vəziyyətinin aradan qaldırılmasını təmin etmir.
Misal üçün, metanın termooksidləşdirici pirolizindən asetilenin alınması qurğusunda ilkin istismar müddətində reaktora oksigenin artıq miqdarda verilməsi nəticəsində texnoloji sistemin daxilində çox sayda partlayışlar baş vermışdir. Piroliz qazlarında oksigenin miqdarının artmasının qarşısının alınması üçün reaktorun avtomatlaşdırılmış söndürülməsini və qaz qarışığının fakelə ötürülməsini təmin
edən qəzaəleyhinə sistemlər nəzərdə tutulmuşdur.Lakin qazanalizatorun və digər cihazların işinin qeyri təkmil olması nəticəsində piroliz qazlarında oksigenin miqdarının artmasını xəbər verən cihazın siqnalından 4-5 dəqiqə sonra sistem işə
düşmüşdür. Bu müddət ərzində karbohidrogenlərin oksigenlə əmələ gətirdiyi partlayıcı qarışıq texnoloji sistemdə alovlanma impulsu mənbəyi olan elektrik filtrlərində və kompressorlarda yayılmağa imkan tapmışdır.
Qəza əleyhinə müdafiənin tez təsirli olması və effektivliyi əhəmiyyətli dərəcədə əmələ gələn partlayış təhlükəli qazşəkilli, maye halında və toz-hava mühitlə birlikdə inert və ingibitor maddələrin verilmə sürətindən və qarışdırılmasından asılıdır . Qaz analizatorların işinin təkmilləşdirilməsi (oksigenə görə) məqsədilə avtomatlaşdırılmış sistemin işə düşmə vaxtı əhəmiyyətli dərəcədə azaldılmışdır, bu isə nəticədə qəzaların sayının azalmasına gətirib çıxartmışdır.
Sənaye üçün tez təsir göstərən və effektiv qəza əleyhinə müdafiə sistemi hazırlanan zaman aşağıdakılar həyata keçirilməlidir:
- Nəzarət ölçü cihazlarının konstruksiyalarının təkmilləşdirilməsi;
- Material mühitinin tərkibinə nəzarət cihazlarının daha təkmil formalarının işlənib hazırlanması;
- Aparatlar üçün atmosferdə partlayıcı buxar-qaz qarışığının buraxıla biləcəyi qatılıq həddinə fasiləsiz nəzarət edən və siqnallaşdırılan avtomat qaz analizatorlarının işlənib hazırlanması və s.



Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin