Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Kimya, neft və qaz sənayesində iş təhlükəsizliyinin təminatına tələblər



Yüklə 1,67 Mb.
səhifə53/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

10.3. Kimya, neft və qaz sənayesində iş təhlükəsizliyinin təminatına tələblər

Kimya və neft kimya, neft emalı sənayeləri sahələrində çox saylı texnoloji proseslərin yüksək partlayış təhlükəliliyi texnoloji aparatlarda və boru kəmərlərində partlayış təhlükəli mühitin əmələ gəlməsi və onun alovlanması imkanı ilə müəyyən olunur.Partlayış təhlükəliliyinin qiymətləndirilməsi zamanı texnoloji prosesə iri qəzanın baş verməsi mənbəyi kimi baxılmalıdır, belə ki, aparatda ilkin partlayış zamanı avadanlığın dağııması mümkündür. Sonradan məhsulların böyük emissiyalı tullantısı yaranır və bu tullantıların işçi binanın atmosferində və digər ətrafdakı qurğularda partlayış baş verir.


Baş verən qəzalar haqqında məlumatların analitik təhlili göstərir ki, tipik partlayışların və alışmaların sayı texnoloji proseslərin aparatlarının tərtibatından və proseslərin xarakterindən asılıdır.Bununla əlaqədar olaraq aparatlarda və atmosfer havasında alovlanma və partlayış təhlükələri olan texnologi yağınların xüsusiyyətləri ilə xarakterizə olunur və bu texnologiyalar aşağıdakı qruplara bölünürlər:
- Fiziki proseslər;
- Fiziki-kimyəvi proseslər.
Çox tonnajlı qazfazalı oksidləşdirici proseslərin həyata keçirilməsi zamanı pis qarışdırılma çox zaman arzu olunmayan nəticələrə gətirib çıxara bilər. Yeni proseslərin mənimsənilməsi sahəsində olan təcrübələr göstərir ki, ayrı-ayrı texnoloji qovşaqların konstruksiyalarının dəyişdirilməsi nəticəsində ilkin qarışıqda maddənin qatılığının dəyişməsinə həssaslığı ilə seçilən qazfazalı proseslərin təhlükəli xətalarını aradan qaldırmaq olar.Maye fazalı, katalizator məhlulu ilə həyata keçirilən partlayış təhlükəli proseslər üçün şıxta qarışığının hazırlanması zamanı effektiv qarışdırılma lazımdır.Əks halda əsas və yan proseslərin intensiv getməsi mənbələri əmələ gələ bilər və nəticədə reaksiya mühitinin həddən artıq qızması baş verə bilər.
Bərk xammal materiallarının reqlamentə uyğun ciddi qarışdırılmasına çox diqqət yetirilməlidir.Bərk xammal materiallarının kifayət qədər qarışdırılmaması bir çox hallarda termiki ( istilik) proseslərin (sarı fosfor, kalsium karbid , kükürd karbid və s. istehsalı) rejiminin təhlükəli pozulmasına gətirib çıxarır. Nəticədə bu hal ərintilərin ətrafa atılmasına, aparatda partlayışa və istehsalatda yanğına səbəb olmuşdur.
Bir çox kimya texnoloji proseslərdə maye və qaz mühitinin qarışdırılması ilə qarışığın ümumi orta temperaturunun əldə edilməsi mümkündür ki, bundan da növbəti proseslərin təhlükəsiz həyata keçirilməsi asılıdır. Bir çox proseslərdə qarışdırılmanın məqsədi-reaksiya zonasına maddə verilməsi sürətinin, həmçinin reaksiyaya daxil olan maddələrin kontakt səthinin artırılmasından və proseslərin
intensivləşdirilməsindən ibarətdir.Belə proseslərdə qarışdırılmanın yüksək intensivliyi reaksiya mühitinın aparatda reqlament üzrə qalma zamanı partlayış
təhlükəsizliyinin təmin edilməsində həlledici əhəmiyyətə malikdir. Daha çox təhlükəli olması ilə maye fazalı, bir-birində həll olmayan mayelərin qarşılıqlı təsiri ilə baş verən ekzotermik proseslər seçilir ki, belə proseslərdə mayelərin görüşmə
sərhəddində yüksək temperatur yarana bilər.Bu zaman reaksiya kütləsinin partlayışına vasitə yaranır .
Misal üçün, karbohidrogenlərin azot turşusu ilə nitrolaşması prosesi zamanı sulfat turşusu ilə azot turşunun qarışdırılması effektiv olmadıqda ekzotermik reaksiya
nəticəsində reaksiya kütləsinin yerli qızması baş verir. Bundan başqa aparatlarda çox miqdarda reaksiyaya girməmiş karbohidrogenlərin yığılması baş verir ki, bu da sonradan nitrolaşdırıcı qarışıqla kontaktda olaraq prosesin çox sürətlə getməsinə və nəticədə reaksiya kütləsinin aparatdan kənara atılmasına və partlayışın mümkünlüyünə səbəb olur.
Bərk materialların mayedə kifayət qədər qarışdırılmamasının da təhlükəli nəticələri ola bilər. Misal üçün, asetilen generatorunda kalsium karbiddən-asetilenin alınmasında maddənin su ilə parçalanması zamanı reaksiyaya daxil olan maddə pis qarışdırılarsası olarsa, reaksiyadan alınan maddənin içərisində parçalanmamış karbid hissəcikləri alına bilər ki, bu da sonradan digər aparatlada qaz ayrılmasına və asetilenin partlayışına səbəb ola bilər. Qarışdırma pis olarsa, yaxud olmazsa karbid qırıntıları səthində şlam qatının (şuba) əmələ gəlməsinə səbəb olur.Bu zaman suyun səthdən daxil olmasına maneçilik yaranır, nəticədə reaksiya zonasından lazım olan istiliyin çıxarılması pozulur, sonradan sistemdə yerli qızmalar və digər hallar yaradır.
Lazımi qarışdırma olmadıqda istilik proseslərində də anoloji hadisələr baş verir. Bu halda reaksiya kütləsinin əhəmiyyətli dərəcədə qızması partlayışın inisiatorlaşdırılmasına səbəb olur. Beləliklə, lazım olan səmərəli və etibarlı qarışdırılmanın təmin edilməsi kimyəvi proseslərin təhlükəsizliyinin artırılmasına imkan verir.


Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin