Dərs vəsaiti baki 2016 Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Biznes Universiteti Kərimov Kərim


Sənayedə iş təhlükə­sizli­yinin təhlükəli proseslərinin səciyyəvi xüsusiyyətləri



Yüklə 1,67 Mb.
səhifə54/94
tarix15.12.2022
ölçüsü1,67 Mb.
#75099
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   94
C fakepath lav v sait.K.K rimov Erqonomika v i .....

10.4. Sənayedə iş təhlükə­sizli­yinin təhlükəli proseslərinin səciyyəvi xüsusiyyətləri

Texnoloji proseslərdə, əsasən kimyəvi proseslərdə maddi (material) mühitin qarışdırılması geniş yayılmışdır.Maddi mühitin qarışdırılması effektivliyi və intensivliyindən bir çox proseslərin partlayış təhlükəsizliyi asılıdır.Bəzi hallarda qaz və ya maye mühitinin pis qarışdırılması nəticəsində qarışıqların həcmində ayrı ayrı maddələrin az və ya çox qatılıqları hesabına lokal durğun zonaların yaranma imkanı ola bilər ki, bu da lokal zonalarda verilmiş rejimdən təhlükəli kənara çıxmalara və partlayış təhlükəsinə malik ola bilər.Böyük həcmli buxar-qaz mühitinin tez və effektiv qarışdırılmasının çətinliyi alçaq giriş təzyiqi ilə əlaqədardır.


Təbiətdə insanların həyatı üçün təhlükə yaradan təbii fövqəladə hallar ətraf mühitin keyfiyyətinin pisləşməsinə gətirib çıxarır və nəticədə həyat keyfiyyəti buraxıla bilən normadan aşağı səviyyəyə enir.Təbiətdə fövqəladə hal kimi zəlzələlərin, torpaq sürüşmələrin, su basmaları və digər qeyri adi hadisələrin olması nümunədir. Bu hadisələr zamanı nəinki yaşayiş binaları, həmçinin sənaye sahələri əsasən də təhlükəli xammal materialları, həmçinin hazır məhsulları olan texnoloji proseslərdə qurğuların işində nasazlıqlar və ciddi təhlükələr yaranır. Nəticədə ətraf mühitə külli miqdarda yanğın və partlayış təhlükəli məhsullar atılır. Belə halların nəticəsində texnoloji qurğular və avadanlıqlar dağılır. Əsasən neft-qaz və kimya sənayesində partlayış və yanğın təhlükəli xammallar və hazır məhsullar baş vermiş qəza nəticəsində ətraf mühitdə ciddi problemlər yaradır.
Neft sənayesində xammalların saxlanıldığı böyük neft terminallarında baş verə biləcək təbii fövqəladə halların aradan qaldırılması məqsədi ilə bütün hazırlıq tədbirləri əvvəlcədən görülür. Fövqəladə hal baş verərkən birinci növbədə insanların təhlükə zonasından uzaqlaşdırılması və insanların sağlamlığının qorunması üçün müdafiə tədbirləri həyata keçirilməlidir. Insanların iştirakı ilə baş verən bədbəxt hadisələrin səbəblərini üç qrupa ayırmaq olar:
1) təşkilati;
2) texniki;
3) sanitariya-gigiyena.
Təşkilati səbəblərə aiddir:
- texnoloji prosesin pozulması;
- əməyin düzgün təşkil edilməməsi;
- avadanlığın düzgün planlaşdırılmaması;
- iş yerinin düzgün təşkil edilməməsi;
- görülən işə uyğun olmayan avadanlıqdan, qurğudan və alətdən istifadə edilməsi;
- görülən işə rəhbərliyin və nəzarətin olmaması;
- işçinin sənətinə uyğun olmayan işə cəlb edilməsi;
-işçilərə təklükəsiz icra üsullarının öyrədilməməsi;
- təhlükəsizlik texnikası üzrə təlimatların pozulması;
- fərdi mühafizə vasitələrinin olmaması və yaxud onların keyfiyyətsiz olması.
Texniki səbəblərə aiddir:
- texnoloji prosesin təkmil olmaması;
- avadanlığın texniki cəhətdən təkmil olmaması, konstruktiv çatışmazlıqları;
-energetika və nəqliyyat sistemlərinin konstruktiv çatışmazlıqları;
-təhlükəsizlik vasitələrinin (bloklama, çəpərləmə, qoruyucular və s.) təkmil olmaması;
Sanitariya- gigiyena səbəblərinə bunlar aiddir:
-iş yerlərində qeyri –normal meteroloji şəraitin olması;
-iş yerlərinin qeyri-səmərəli işıqlandırılması;
-iş zonası havasının zərərli qazlar, buxar və tozlarla çirklənməsi;
-iş yerində səs-küyün, titrəyişin, ultrasəsin və başqa zərərli şüalanmaların yüksək səviyyələri;
-gigiyena qaydalarının pozulması, tibbi nəzarətin olmaması və s.
Fövqəladə hallar zamanı yaranan bədbəxt hadisələr bir və ya bir neçə göstərilən səbəblərdən baş verı bilər. Adətən bu səbəblər bədbəxt hadisəni təhqiq etdikdə aşkar edilir və onların aradan götürülməsi üçün tədbirlər görülür.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin