6.3. Boru kəməri ilə daşınan neftin təzyiqini ölçən intellektuallaşdırılmış sistem Mikrokontroller əsasında neftin təzyiqini ölçən sistemin struktur sxemi şək. 6.3-də göstərilmişdir.
Boru kəməri ilə daşınan neftin təzyiqini ölçən intellektuallaşdırılmış sistemin struktur sxeminə aşağıdakı funksional bloklar daxildir:
- P1 – Pm – boru kəməri ilə axıdılan neftin təzyiqini cərəyan, gərginlik və yaxud tezlik siqnalına çevirən təzyiq vericiləri; MK, MK1 və MKm – geniş imkanlara malik olan PIC18F452 mikrokontrolleri;
- Aİ, Aİ1 və Aİm – informasiyanı nisbətən uzaq məsafəyə ötürən RS 485 tipli ardıcıl interfeys;
- E – maneəyədayanıqlığı yüksəltmək məqsədi ilə ekran örtüklü kabel;
- UÇ – mikrokontrollerlə fərdi kompüteri uzlaşdıran MAX 232- uyğunlaşdırıcı bufer çevirici;
- Rİ – ölçmə nəticələrini əksetdirən rəqəmli indikator;
- FK – universal fərdi kompüterdir.
Təzyiq vericisi olaraq çıxış cərəyanı 4-20 mA diapazonunda dəyişən Metran-100 vericisinin Dİ modelindən istifadə edilir.
Təzyiq vericisinin çıxış siqnalı ilə ölçülən təzyiqin qiyməti arasındakı asılılıq:
P (6.12)
kimi ifadə edilir 15.
163
Burada:
– vericinin çıxışında alınan cərəyanın qiyməti;
P – vericinin girişindəki təzyiqin qiyməti;
– vericinin girişinə verilə bilən təzyiqin maksimal qiyməti;
İmax – vericinin çıxışında alınan cərəyanın maksimal qiymətidir.
Təzyiq vericisinin çıxışına qoşulan yük müqavimətinin qiyməti: = hesablanır.
Təzyiq vericisinin çıxış gərginliyinin ölçülən təzyiqin qiymətindən asılılığı aşağıdakı kimi olur:
= = P (6.13)
(5.13) ifadəsində:
= – təzyiq vericisinin çıxış gərginliyinin maksimal qiyməti;
= təzyiq vericisinin elektron çeviricisinin çevirmə əmsalıdır.