59
terialları sənayesini (qum, çınqıl və s.) aid etmək olar.
Bu tip
müəssisələrdə uçot proseslər üzrə aparılır. Yalnız bir növ məh-
sul istehsalına sərf edilən məsrəflərin uçotu ayrı aparılır.
Məsrəflərin bölüşdürülməsinin üçüncü variantı (blok 8)
kömür və dağ mədən sənayesində kömürün saflaşdırılması sə-
nayenin tikinti materiallar (kərpic, şifer və s.) istehsalı ilə məş-
ğul olan sahələrdə tətbiq olunur. Lakin proseslər üzrə metodun
tətbiqi zaman maya dəyəri üzərində nəzarət işini həyata keçir-
mək üçün ən vacib şərtlərdən biri də material, əmək və maliyyə
vəsaitlərinin şərti normalarının istehsal vəsaitinin istifadəsi nor-
mativlərinin, istehsal xərcləri smetasının, faktiki xərclərin, mü-
vafiq norma və normativlərinin smetalarının,
faktiki xərclərin
norma və normativlərdən kənarlaşmalarının uçotunun təşkili
kimi zəruri şərtlər yerinə yetirilməlidir. Bir sözlə müəssisə
mövcud tələbata cavab verən normalara və normativ təsərrüfa-
tına malik olmalıdır.
Proses metodunda məsrəflərin formalaşması və məhsulun
maya dəyərinin kalkulyasiyası qaydasını istilik enerjisi istehsalı
və nəql edilməsi misalında nəzərdən keçirək.
Bizim misalımızda məsrəflərin uçot obyekti aşağıdakı-
lardan ibarətdir:
a) İstilik enerjisi istehsalı;
b) İstilik enerjisinin nəql edilməsi.
Bu halda kalkulyasiya obyekti
istehsal edilmiş istilik
enerjisi və onun nəql edilməsi xidmətləri, istilik enerjisi isteh-
salının həcmi və nəql edilməsi qikokalori (1 qkal) ilə ölçülür.
4 və 5 N-li əlavə cədvəllərdə istilik enerjisinin və onun
nəql edilməsinin maya dəyərinin hesabat kalkulyasiyası verilir.
4 N-li əlavə cədvəldən göründüyü kimi hesabat dövründə
istehsal edilən istilik enerjisinə sərf edilən xərc (yəni maya də-
yəri) 138646.97 min manat təşkil edir. 1 qkal istilik enerjisinin
orta maya dəyəri bütün istehsal məsrəfləri məbləğinin istehsal
edilən istilik enerjisinin həcminə bölməklə hesablanır.
(138646.97:283915qkal =488.34 manat)
60
İstehsal edilmiş istilik enerjisi istehlakçılara ötürülərkən
çəkilən məsrəfin məbləği 39968.33 min manat təşkil edir.
Deməli, nəql edilən istilik enerjisi vahidinin maya dəyəri
140.67 manat qkal (39968.33:283915 qkal) təşkil edir.
Dostları ilə paylaş: