51
yerinə yetirilən işlərin və göstərilən xidmətlərin nomenklatura-
sında istehsalatın və tətbiq edilən texnologiyanın xarakterindən
asılıdır. Bütün bu amillər daim dəyişməyə meyillidirlər. Ona
görə də onlar hər ay uçotun təşkilinə məsrəflərin uçot obyektlə-
rinin və məhsulun maya dəyəri kslkulyasiyasının obyektlərinin
seçilməsinə müyyən təsir göstərirlər.
Məsrəflərin uçotu və maya dəyəri kalkulyasiyasının təş-
kilati əsasları müəssisə tərəfindən formalaşır və ona görə də da-
ha “çevik” hesab olunurlar.
Təşkilati əsaslara aşağıdakılar daxildir:
1. İstehsalatın uçotunun
və müəssisənin bölmələrinin
struktur fəaliyyətinin inkişaf səviyyəsi, uçotun məsrəflərinin
əmələgəlmə yerləri,
məsuliyyət mərkəzləri, onun daha da də-
rinləşdirilməsi (briqadalara qədər, işçi yerlərinə qədər) müfəs-
səlləşdirilməsindən asılı olaraq məsrəflərin
analitik uçot dərə-
cələri də dəyişilir;
2. Maya dəyəri üzərində nəzarət etmək üçün qəbul edil-
miş üsullar. Bir çox müəssisələrdə istehsalın gedişində mövcud
normalardan kənarlaşmaların sənədləşdirilməsinin
mütərəqqi
üsulları tətbiq edilir. Bu kənarlaşmaların səbəblərinin operativ
qaydada aşkara çıxarılmasına köməklik edir və neqativ (mənfi)
nəticələrin qarşısının alınması məqsədilə onlara təsir edir;
3. İnzibati
idarə heyətini, sahibkarları, təsisçiləri, səhm-
darları qərar qəbul etmək üçün informasiya ilə təmin olunma
dərəcəsi. Bu informasiyaların tamlığı
onun təqdim olunma döv-
rünün qısaldılması məhsulun maya dəyərinin formalaşması
prosesini idarəetmə səviyyəsinin (təsirinin) imkanlarını geniş-
ləndirir. Bununla da istehsal uçotunun və onun əmək tutumu-
nun müfəssəlləşmə dərəcəsi azalır və yaxud da çoxalır.
Bir sıra müəssisələr uçot prosesində əmək təminatının
azalmış
yolu ilə gedirlər ki, bu da bir qayda olaraq məhsulun
istehsalı prosesində məsrəflər üzərində nəzarəti zəiflədir və
idarəetmənin məhsulun maya dəyərinə təsirini aşağı salır.