54
Faktiki məsrəflərin normativlərinə, normalarına və sme-
talarına nəzarət edilməsini təmin etmək məqsədi ilə faktiki
məsrəflərin uçotu cari mühasibat uçotunda normalar üzrə xərc-
ləri və normadan kənarlaşmaların uçotuna bölünməlidir. Bu
uçotun təşkili istehsalın təşkili və texnoloji xüsusiyyətləri və
buraxılan məhsulun nomenklaturası və emal mürəkkəbliyi ilə
bağlıdır. Ona görə də məsrəflərin cari normalardan kənarlaşma-
larının mühasibat uçotu sənayenin ayrı-ayrı sahələrində sahəvi
təlimatlara uyğun olaraq təşkil edilir.
Cari məsrəf normalarından kənarlaşmaların uçotunun ən
çox geniş yayılmış və mütərəqqi üsullarından biri də normalar-
dan kənarlaşmalar, partiyalarla biçmə, eləcə də analitik hesab-
lamalar əsasında faktiki xərclərin normalarla müqayisəsi və s.
əməliyyatların sənədləşdirilməsidir. Məsrəflərin uçotu və məh-
sulun maya dəyəri kalkulyasiyasının yuxarıda sadalanan me-
todları,
modelləri
və
sistemlərindən
vəsaitin
digər
mövzularında daha geniş izah edildiyinə görə burada onlar
haqqında bəhs edilməyəcək.
Məsrəflərin uçotu və məhsulun maya dəyəri kalkulyasi-
yasının sadə və yaxud birmərhələli metodunda müstəqim və
qeyri-müstəqim xərclər bütün məhsulun kalkulyasiya maddələ-
ri üzrə aparılır. Bununla əlaqədar olaraq məhsul vahidinin ma-
ya dəyəri ay ərzində sərf edilmiş bütün xərcləri həmin dövrdə
istehsal edilmiş məhsulun cəmi miqdarına bölməklə hesablanır.
Bu metod əsasən bir növ məhsul buraxan kütləvi istehsal müəs-
sisələrində tətbiq edilir. Bu istehsalatlarda bitməmiş istehsal
qalığı çox cüzi miqdarda olur və yaxud sabit (stabil) və yaxud
da ki, heç olmur.
Dostları ilə paylaş: