47
tizasiya məbləği, ümumzavod təyinatlı binaların təmirinə və
saxlanılmasına sərf edilən məsrəflər və s. göstərmək olar. Sabit
məsrəflərin dinamikasını 5-cı sxemdən görmək olar.
Sabit məsrəflər
Sxem 5.
A. Məcmu sabit məsrəflər B. Məhsul vahidinə
düşən sabit məsrəflər
İstehsal fəaliyyətinin səviyyəsi
Təcrübə göstərir ki, sabit məsrəflər istehsalın bütün
səviyyələrində eyni qalmırlar və pilləkənvari dəyişilirlər (sxem
6)
Sabit məsrəflər kateqoriyasına aid edilən məsrəflərin
pilləkənvari artması.
Sxem 6.
Məcmu sabit məsrəflər
İstehsal fəaliyyətinin səviyyəsi
48
Müəssisədə müəyyən bir qərarı işləyib hazırlayarkən ay-
dınlaşdırmaq lazımdır ki, hansı məsrəfin və yaxud gəlirin han-
sının bu problemə aidiyyəti var hansının yox. Qərar qəbul edi-
lərkən hesablamaya qəbul edilən məsrəf və gəlirlər o gələcək
məsrəf və gəlirlərdir ki, onlar qəbul edilən qərara meyillidir.
Məsrəflərin və gəlirlərin hesablanmasına qəbul edilməyən məs-
rəf və gəlirlər qəbul edilən qərardan asılı olmurlar.
Müəssisə rəhbərliyi tərəfindən məsrəflərin uçotu və məh-
sulun maya dəyərinin kalkulyasiya
probleminə qərarlar qəbul
edərkən nəzərə alınmalı olan əsas məsələlərdən biri də aradan
qaldırılmalı olan və olmayan məsrəflərdir. Təcrübədə bəzən
“aradan qaldırılmalı” və “qadırılmamalı” anlayışları
əvəzinə
“hesablamaya qəbul edilən məsrəflər” və “hesablamaya qəbul
edilməyən məsrəflər” işlədilir. Aradan qaldırılmalı olan məs-
rəflər o məsrəflərdir ki, onlardan qaçmaq, yaxa qurtarmaq olar.
Aradan qaldırmaq mümkün olmayan məsrəflər əksinə.
İnkrement məsrəflər və gəlirlər dedikdə əlavə məhsul va-
hidi qruplarının hazırlanması və satışı nəticəsində yaranan əla-
və məsrəflər (gəlirlər) başa düşülür. 2-ci misalda verilən məlu-
matlara nəzər salaq. Misaldan göründüyü kimi sabit xərclər in-
krement məsrəflərə daxil ola bilər, olmaya da bilər. Əgər sabit
xərclər hər hansısa bir qərarın nəticəsində
dəyişilirsə deməli
onun əlavə artımı inkrement məsrəflər hesab olunacaq. Ona gö-
rə ki, əmtəə satışı ilə məşğul olan işçilərin əmək haqqının artı-
rılmasına buraxılan vəsait inkrement məsrəf kimi uçota alına-
caqdır.
Əgər qəbul edilmiş qərar müddətində sabit xərclər dəyi-
şilmirsə, deməli inkrement məsrəflər sıfıra bərabərdir. İnkre-
ment məsrəflər və gəlirlər çox hallarda marjinal məsrəf və gə-
lirlərlə oxşardır. Əsas fərq ondan ibarətdir ki, marjinal məsrəf-
lər və gəlirlər özündə məhsul vahidinə düşən əlavə gəlir və
məsrəfləri ehtiva edir. İnkrement məsrəflər və gəlirlər də öz
mahiyyətinə görə əlavə məsrəflər (gəlirlər) hesab olunur, lakin
49
məhsul vahidinin bütün qruplarının istehsal həcminin artması-
nın nəticəsidir.
Dostları ilə paylaş: