61
hallarda məhsulun xüsusilə o halda ki, həmin məhsullar hər
mərhələnin bir növ və yaxud
eynicinsli qrup növündən
alınmadığı hallarda ayrı-ayrı və yaxud qrup növləri üzrə maya
dəyərinin kalkulyasiyasını tərtib etmək lazım olur. Deməli,
kalkulyasiya obyekti hər mərhələnin bir və yaxud qrup
məhsulu hesab olunur. Uçotun mərhələ metodunda yerinə
yetirilən əməliyyatların ardıcıllığını 8
nömrəli blok sxeminin
köməkliyi ilə araşdıraq. Lakin qəbul edək ki, şərti
müəssisələrdə istehsal üç mərhələdən ibarətdir.
Ona görə də
sonuncu yarımfabriki hazır məhsula çevrilir. 8 N-li blok
sxemdən göründüyü kimi mərhələ metodunda məsrəflərin
uçotu hər bir təcrid olunmuş mərhələ üzrə aparılır.
Hər bir
mərhələ üzrə məsrəflərin uçotunun təşkilində proseslər üzrə
metodla oxşarlıq vardır. Əgər məhsul istehsalı bir neçə
mərhələdən
ibarətdirsə
məsrəflərin
uçotunun
mərhələ
metodunda təşkili mürəkkəbləşir.