101
Ümumtəsərrüfat xərcləri çörək bulka məmulatları
arasında, ümumistehsalat xərcləri bölüşdürüldüyü kimi aparılır.
“Satış xərcləri” maddəsində çörək – bulka məhsullarının
satışı ilə bağlı xərclər uçota alınır. Satışla bağlı xərclərin
sintetik uçotu 711 N-li “Kommersiya xərcləri” hesabında
aparılır və ayın sonunda satış, satışın maya dəyəri (701) hesabı
ilə bağlanır.
Çörəkbişirmə müəssisəsi hər ay məsrəflər haqqında
məlumatlara əsasən buraxılan çörək – bulka məmulatlarının
növləri üzrə məhsulun maya dəyərinin faktiki kalkulyasiyasını
tərtib edir. Buraxılan məhsulun hər 1 sentneri kalkulyasiya
vahidi hesab olunur. 1 sentner məhsulun maya dəyərini təyin
etmək üçün hər bir məsrəf maddəsi üzrə və cəmi hesabat
dövrünün faktiki məsrəflərini həmin dövrdə buraxılan
məhsulun miqdarına bölmək lazımdır. Faktiki kalkulyasiya
məlumatlarını plan (normativ) məlumatları ilə müqayisə edilir
və çörəkbişirmə müəssisəsinin texniki-iqtisadi göstəricilərinin
yaxşılaşdırılmasını təmin edə bilən tədbirlər işlənib hazırlanır.
Dostları ilə paylaş: