Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


MÖVZU 7. AYRI-AYRI SAHƏLƏR ÜZRƏ MƏS-



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə43/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   91
document hrclubaz 226

 
MÖVZU 7. AYRI-AYRI SAHƏLƏR ÜZRƏ MƏS-
RƏFLƏRİN UÇOTU VƏ MƏHSULUN MAYA DƏYƏRİ 
KALKULYASİYASININ XÜSUSİYYƏTLƏRİ 
 
7.1. Turist təşkilatlarında məsrəflərin uçotu və məhsulun 
maya dəyəri kalkulyasiyasının xüsusiyyətləri 
 
Bazar iqtisadiyyatı şəraitində turizm milli iqtisadiyyatın 
ən perspektivli sahələrindən biri hesab olunur. Bu sahədə fəa-
liyyət göstərən bir çox təşkilatlar turist xidməti bazarında özlə-
rinə möhkəm və inamlı yer tutaraq, xüsusi agentlər və sabit 
müştərilər şəbəkəsinə malikdirlər. 
Turist təşkilatları özlərinin fəaliyyət xarakterinə görə tur-
operatorlara və turagentlərə bölünürlər. 
Turoperator – topdansatış turist firması olmaqla turist sə-
nayesi müəssisələri ilə turagentlər arasında vasitəçi rol oynayır. 


85 
O, turları təşkil edir və onları öz adından turagentlikləri vasitə-
silə satır. 
Turların təşkili prosesində turoperator yerləşdirmə, ye-
dirtmə, nəqliyyat eləcə də xarakterindən asılı olaraq, mədəni 
məsrəf idarələri, ekskursiya büroları ilə əlaqə yaradaraq turist 
xidmətinin topdanalıcısı kimi çıxış edir. 
Turagent – pərakəndə satış firması olmaqla bir tərəfdən 
xidmətedici müəssisələrlə və yaxud turoperator firmaları ilə di-
gər tərəfdən müştərilər – turistlər arasında vasitəçilik rolu oy-
nayır. 
Turist firmalarının həyata keçirdikləri işləri əsasən aşağı-
dakı mərhələlərə bölmək olar: 
a) Turistə və yaxud turistlər qrupuna turist-ekskursiya 
xidmətləri təklif etmək; 
b) Yol vərəqi üçün müştərilərdən pul vəsaitlərinin alın-
ması; 
c) turistlərin yerləşdirilməsi, yaşaması, ekskursiya xidmə-
ti göstərilməsi üçün müvafiq təşkilatlara pul vəsaitlərinin köçü-
rülməsi. 
Turist firmaları (satıcı) ilə turistlər (alıcı) arasındakı mü-
nasibətlər onların arasında bağlanmış müqavilə ilə tənzimlənir. 
Bununla da turist firmasından satın alınan məhsul xüsusi 
xarakterə malik olur. Turist tərəfindən alınan hüquqların məc-
musu “yol vərəqi” kimi rəsmiləşdirilir. Deməli, yol vərəqi tu-
rist firmasının fəaliyyətinin son məhsulu və satış predmeti he-
sab olunur. Bununla əlaqədar olaraq turist firmalarında “məh-
sul” satışı dövriyyəsi yol vərəqinin satışı fonunda əks etdirilir. 
Turist tərəfindən alınan xidmətlər satın alınmış məhsulun isteh-
lakı prosesini özündə əks etdirir. 
Turist firmalarının müxtəlif növ fəaliyyətlə məşğul olma-
ları təsərrüfat əməliyyatlarının uçotunun müxtəlif metodlarının 
tətbiqini və istehsalat uçotunun dəqiq sistemlə aparılmasını tə-
ləb edir. 


86 
Turist təşkilatlarında istehsalat uçotunun ən mühüm sahə-
lərindən biri turməhsulun formalaşmasına məsrəflərin uçotu və 
onun maya dəyərinin müəyyən edilməsidir. Turist firması tur-
məhsulların ayrı-ayrı növlərinin maya dəyərini hesablamaq 
üçün, öz fəaliyyətinin xüsusiyyətlərini nəzərə almaqla məsrəf-
lərin kalkulyasiya maddələri üzrə qruplaşdırılmasını müstəqil 
olaraq təyin edir. 
Turist təşkilatlarında məhsulun maya dəyəri kalkulyasi-
yasının maddələri aşağıdakılardan ibarətdir: 
1. Əmək ödənişi xərcləri; 
2. Sosial ehtiyaclara ayırmalar; 
3. Əsas vəsaitlərin amortizasiyası; 
4. Binaların, qurğuların, avadanlıq və inventarların saxla-
nılması və icarə xərcləri; 
5. Əsas vəsaitlərin təmiri xərcləri
6. Qeyri-maddi aktivlərin amortizasiyası; 
7. Reklam xərcləri; 
8. Nümayəndəlik xərcləri; 
9. Nəqliyyat xərcləri (quru, dəniz, hava yolları üzrə); 
10. Turların həyata keçirilməsi üzrə göstərilən xidmətlər 
(mehmanxana, yemək, transfer, ekskursiya, tərcüməçi, mobil 
telefon, sığorta və s.) üçün kənar təşkilatlara ödəmələr; 
11. Yeni turməhsulların hazırlanması və mənimsənilməsi 
xərcləri; 
12. Kontagentlərə ödənilən komisyon xərcləri
13. Sair xərclər və ödənişlər. 
Turməhsul növləri üzrə faktiki maya dəyəri – (növ daxi-
lində kalkulyasiya maddələri üzrə) 202 N-li “İstehsal məsrəflə-
ri” sintetik hesabında əks etdirilir. Bu hesabın debetində ay ər-
zində bütün əsas xərclər əks etdirilir. Əməliyyatları özündə əks 
etdirən ilk sənədlərdə məsrəflərin başvermə yeri, turməhsulun 
adı və müvafiq xərc maddələri göstərilir. 
Turist firmalarının əsas xərclərinə aşağıdakılar daxildir: 


87 
1. Tur məhsulu formalaşdıran işçilərin əmək ödənişi 
xərcləri; 
2. Sosial ehtiyaclara ayırmalar; 
3. Nəqliyyat xərcləri (hava, dəniz, çay, dəmir yolu və s.); 
4. Kənar təşkilatlara ödəmələr (bax maddə 10); 
5. Yeni turməhsulun hazırlanmasına və mənimsənilməsi-
nə məsrəflər; 
6. Kontagentlərə komisyon mükafatlarının ödənişi; 
7. Sair məsrəflər və ödənişlər. 
Turist təşkilatlarında üstəlik xərclər ay ərzində 711 N-li 
“Kommersiya xərcləri”, 721 N-li “İnzibati xərclər”, 731 N-li 
“sair əməliyyat xərcləri” sintetik hesablarda uçota alınır. Ayın 
sonunda bu xərclər daxili uçot siyasətinin tələblərinə uyğun 
olaraq müvafiq olaraq 711, 721 və 731 N-li hesabların kredi-
tindən 202 N-li “İstehsalat məsrəfləri”, 701 N-li “Satışın maya 
dəyəri” hesabların debetinə silinir. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin