Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli


Tikiş müəssisələrində məsrəflərin uçotu və məhsulun



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə46/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   91
document hrclubaz 226

7.3. Tikiş müəssisələrində məsrəflərin uçotu və məhsulun 
maya dəyəri kalkulyasiyasının xüsusiyyətləri 
 
Tikiş müəssisələrində istehsalatın uçotunun təşkili prose-
si ən çox istehsalın növü və xarakteri, onun təşkili və texnoloji 
xüsusiyyətləri, buraxılan məmulatların nomenklaturalarının 
müxtəlifliyi, onların mürəkkəbliyi, istehsalın ixtisaslaşma sə-
viyyəsi, idarəetmənin quruluşu və digər amillərlə müəyyən edi-
lir. 
Tikiş istehsalı texnoloji proseslərin xarakterindən asılı 
olaraq emaledici sənaye sahəsinə aiddir. Burada hazır tikiş mə-
mulatını əvvəlcədən hazırlanmış biçmə detallarının, müxtəlif 
furniturların, bəzəkvurma (naxış) materiallarının quraşdırılması
(yığılması) yolu ilə alınır. 
Tikiş müəssisələrində ixtisaslaşma və kütləvilik dərəcəsi-
nə görə istehsalın üç fərdi, seriyalı və kütləvi növlərini tətbiq 
edirlər. Tikiş müəssisələrində istehsal sexlərinə (bölmələrinə) 
aşağıdakılar aiddir: 
1. Hazırlıq sexləri; 
2. Biçmə sexi; 
3. Tikmə sexi; 
4. Yaş – isti emal sexi. 
Məhsul istehsalının texnoloji prosesi iki emal mərhələsi-
nə ayrılır: 
a) parçanın biçilməyə hazırlanması və biçmə; 
b) hazır məhsulun tikilməsi. 
Tikiş məmulat istehsalının texnoloji prosesi ümumi qay-
dada özündə aşağıdakı qarşılıqlı əlaqədə olan əməliyyatları bir-
ləşdirir: 
1. Hazırlıq sexində - qəbul, tabaşirlə işarələmə və biçmə 
üçün parçanın seçilməsi


95 
2. Biçmə sexində parçanın hazırlıq sexindən qəbul edil-
məsi, parçanın döşəməyə sərilməsi, ölçmə, ölçmənin keyfiyyə-
tinə nəzarət, biçmə detallarının nömrələnməsi, komplektləşdir-
məsi və tikiş sexinə verilməsi; 
3. Tikmə sexində - qəbul, furniturların yoxlanılması, biç-
mənin komplektləşdirilməsi və markirovkası (maskalama), mə-
mulatın tikilməsi, məhsulun yaş – istilik emalı sexinə verilmə-
si; 
4. Yaş – istilik emalı sexində, texniki nəzarət, məmulatın 
markirovkası, bükülməsi və hazır məhsul anbarına təhvil veril-
məsi. 
Tikiş müəssisələrində istehsalın təşkili və texnoloji ema-
lından asılı olaraq məsrəflərin uçotu və məhsulun maya dəyəri 
kalkulyasiyasının mərhələ və sifariş metodlarından istifadə edi-
lir. 
Tikiş müəssisələrində istehsal məsrəfləri 202 N-li “İsteh-
salat məsrəfləri”, satışla bağlı olan xərclər isə 711 N-li “Kom-
mersiya xərcləri” sintetik hesablarında uçota alınır. 
Tikiş məhsulları maya dəyərinin tərkibinə aşağıdakı xərc 
maddələri daxil edilir: 
1. Əsas material; 
2. Qaytarılmış tullantılar (çıxılır): 
3. Köməkçi materiallar
4. Texnoloji məqsəd üçün yanacaq və enerji; 
5. İstehsalat fəhlələrinə əmək haqqı xərci; 
6. Sosial ehtiyaclara ayırmalar; 
7. İstehsalat maşın və avadanlığının istismar xərcləri; 
8. Ümumistehsalat (ümumsex) xərcləri; 
9. Sair istehsalat xərcləri; 
10. Sex istehsalat maya dəyərinin yekunu
11. Ümumtəsərrüfat xərcləri; 
12. Ümumzavod istehsal maya dəyərinin yekunu; 
13. Satış xərcləri; 


96 
14. Tam maya dəyərinin cəmi. 
Tikiş müəssisələrində “Əsas materiallar” maddəsində is-
tehsal edilən məhsulun əsasını təşkil edən və maddi cəhətdən 
onun tərkibinə daxil olan materiallar əks etdirilir. Malsatan təş-
kilatlardan daxil olan materiallar hazırlıq sexinin müdiri tərə-
findən qəbul edilir və qəbul aktı və yaxud qaimə ilə rəsmiləşdi-
rilir. 
Biçmə sexində materialların üzərində nəzarət etmək və 
uçotunu aparmaq üçün “biçmə kartından” istifadə edilir. 
Biçmə kartında biçmə sexinə buraxılan parçanın miqdarı, 
anbara qaytarılan qırıqların, biçmə sexinin işçilərinə əmək haq-
qı hesablanması, hazır biçmənin hazır biçmə anbarına və yaxud 
tikiş sexinə təhvil verilməsinin uçotu və s. göstəricilər əks etdi-
rilir. 
Biçmə kartının məlumatlarına əsasən sərf edilmiş faktiki 
parçanın, müəyyən edilmiş normadan kənarlaşmalar aşkara çı-
xarılır. 
Normadan kənarlaşma faktiki buraxılan parça ilə norma 
arasındakı fərq kimi hesablanır. 
Əsas materialların dəyəri tikiş məhsullarının ayrı-ayrı 
növlərinin maya dəyərini uçot qiyməti ilə birbaşa daxil edilir. 
Ayın sonunda əsas materialların uçot dəyəri ilə onların faktiki 
maya dəyəri arasındakı fərq silinir. 
“Qaytarılan tullantılar” maddəsində tikiş məhsullarının 
istehsalına sərf edilən faktiki məsrəflərini azaldan tullantıların 
dəyəri əks etdirilir. Bura istehsal prosesində qalıq kimi qalmış 
və özünün istehlak keyfiyyətini qismən və yaxud tam itirmiş 
materiallar daxildir. Qaytarılan tullantılar aşağıdakı kimi qiy-
mətləndirilir: 
1. Materialın aşağı salınmış qiyməti ilə; 
2. Mümkün istifadə qiyməti ilə; 
3. Tullantılar üçün müəyyən edilmiş qiyməti ilə
4. Satış qiyməti ilə. 


97 
Məhsulun maya dəyəri kalkulyasiyasının “Köməkçi ma-
teriallar” maddəsində tikiş məhsulunun əsasını təşkil etməyən 
lakin ona xüsusi istehlak keyfiyyəti aşılayan materiallar əks et-
dirilir. 
Məhsulun maya dəyərinə daxil edilən digər maddələr 
uçot və kalkulyasiyada yüngül sənayenin digər sahələrində ol-
duğu kimi mövcud normativlərə və təlimat xarakterli sənədlərə 
əsasən əks etdirilir. Cari hesabat dövründə buraxılan məhsulla-
rın maya dəyərinin düzgün hesablanması üçün hesabat ayının 
bütün istehsal məsrəflərini əsas istehsaldan buraxılan və anbara 
təhvil verilən hazır məhsulla bitməmiş istehsal arasında hədd 
qoyulmalıdır. 
Tikiş istehsalında bitməmiş istehsala aşağıdakılar daxil-
dir: 
a) müxtəlif emal mərhələlərində yerləşən yarımfabrikat-
lar; 
b) komplektləşdirilməmiş biçki; 
c) tikiş sexində bitməmiş tikiş məmulatları; 
ç) texniki nəzarət şöbəsinin işçiləri tərəfindən təsdiq edil-
məmiş və anbara təhvil verilməmiş hazır məhsul. 
Biçmə detallarının və yarımfabrikatların faktiki miqdarla-
rı inventarizasiya siyahısında əks etdirilir. Bunların əsasında 
bitməmiş istehsalın qiymətləndirilməsinin icmal cədvəli tərtib 
edilir. Tikiş məhsulları vahidinin maya dəyərini təyin etmək 
üçün konkret növ məhsul istehsalın sərf edilmiş bütün xərclərin 
kalkulyasiya maddələri üzrə məmulatların miqdarına bölmək 
lazımdır. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin