91
verilən elanların xərci, plakatların,
bukletlərin çap xərci,
sərgi və
yarmarka xərcləri və s.)
3
Marketinq
tədqiqatları
xərcləri
Bazarın konyunkturasının
öyrənilməsinə cari xərclər, nəşriyyat
məhsullarının buraxılışı və satışı ilə
əlaqədar olan informasiyanın
toplanması və yayılması xərcləri
4
Kommersiya-
satış xərcləri
Ticarət işçilərinin əmək haqqı xərcləri.
Nəşriyyat məhsullarının satışa hazırlıq
xərcləri. Anbarların,
ticarət
salonlarının və ticarət avadanlıqlarının
saxlanılması xərcləri. Əsas vəsaitlərin
amortizasiyası xərcləri
5
Sair xərclər
Mütləq
pulsuz nüsxələrin plan maya
dəyəri və əvvəlki maddələrdə nəzərdə
tutulmayan sair satış xərcləri
93
Məhsulun maya dəyəri kalkulyasiyasına həmçinin “Çıx-
daşdan itkilər” də daxil edilir. Faktiki maya dəyərinin hesab-
lanması bütün növ məsrəflərin toplanmasından sonra yerinə ye-
tirilir. Bu iş özündə bir
neçə mərhələni birləşdirir ki, bunların
da hər biri əlavə olaraq aşağıdakı işlərin yerinə yetirilməsini tə-
ləb edir:
1. Vahid bölüşdürmə bazasından istifadə etməklə bu mər-
hələdə bölüşdürülməli olan məsrəf qruplarının formalaşması;
2. Qruplaşdırılmış məsrəflərin məsrəf obyektləri üzrə bö-
lüşdürülməsi;
3. Növbəti mərhələ üçün zərurilik nöqteyi-nəzərindən bö-
lüşdürmənin nəticələrinin qruplaşdırılması.
Birinci halda uçot registrlərində toplanmış məsrəflər la-
zım olan aralıq qovşaqlar üzrə qruplaşdırılır.
İkinci halda məsrəf obyektləri baxımından faktiki maya
dəyəri hesablanır.
Növbəti mərhələ üçün zəruriliyi
nöqteyi-nəzərdən məs-
rəflərin bölüşdürülməsindən alınan nəticələrin bölüşdürülməsi.
Məsrəflərin kalkulyasiya maddələri nöqteyi-nəzərdən
qruplaşdırılması və uçotu nəşriyyat – poliqrafiya müəssisəsinə
imkan verir ki:
1. Faktiki istehsal məsrəflərinin
müvafiq maddələr üzrə
vaxtında və düzgün əks etdirilsin;
2. İstehsal resurslarından istifadə edilməsi və onların nor-
ma, normativ və smetalarla müqayisə olunması üzərində nəza-
rət etmək üçün lazım olan informasiyanın təqdim edilməsi;
3. Məhsulun maya dəyərinin aşağı salınması ehtiyatları-
nın aşkara çıxarılması və qeyri-məhsuldar xərc və itkilərin qar-
şısının alınması;
4. Müəssisənin hər bir struktur
bölməsi üzrə fəaliyyəti
nəticələrinin təyin edilməsi.