Əməliyyat jurnalı
Cədvəl 12
S/n
Əməliyyatın
məzmunu
Məbləğ
Müxabirləşən hesablar
Debet
Kredit
1
Heyvandarlıq
işçilərinə əmək haqqı
hesablanmışdır
79500
202/2
533
2
Hesablanmış əmək
haqqından
məzuniyyət üçün
ehtiyat yaradılmışdır
3975
202/2
515
3
Sosial ehtiyaclara
ayırmalar
aparılmışdır
3500
202/2
522
4
Yem sərf edilmişdir
133200
202/2
204
5
Dərman maddələri
işlənmişdir
4700
202/2
201
6
Elektrik enerjisi və
su sərf edilmişdir
3200
202/2
202
7
Amortizasiya
hesablanmışdır
30000
202/2
112
8
Ümumi istehsalat
xərci hesablanmışdır
33075
202/2
721
9
Ümumi təsərrüfat
xərci hesablanmışdır
26950
202/2
721
10
Heyvanların çəki
artımı
326740
Cavan və
kökəldilməkdə
olan heyvanlar
204
202/2
111
Heyvandarlıqda kalkulyasiya obyektləri dedikdə istehsal
edilən məhsul növləri (süd, yun, yumurta, ət və s.),
böyüdülməkdə və kökəldilməkdə olan heyvanlar üzrə isə çəki
artımı və heyvanların baş hesabı ilə sayı (iribuynuzlu mal-qara,
qoyunlar, quşlar, keçilər, donuzlar üzrə diri çəkisi) başa
düşülür.
Çəki artımının maya dəyəri özündə hesabat ili ərzində
onların böyüdülməsinə və kökəldilməsinə çəkilən məsrəflərin
məbləğini ehtiva edir. Heyvanların baş hesabı ilə diri çəkisinin
maya dəyəri kalkulyasiyasından il ərzində mal-qara və quşların
hərəkətini qiymətləndirmək və eləcə də satılan heyvanlardan
alınan maliyyə nəticələrini təyin etmək üçün istifadə edilir.
8.4. Köməkçi istehsalatda məhsul, iş və xidmətlərə
məsrəflərin uçotu və maya dəyəri kalkulyasiyasının
xüsusiyyətləri
Kənd təsərrüfatı sferasında köməkçi istehsalat müxtəlif
növ iş və xidmətlər vasitəsilə bitkiçilik və heyvandarlıq
sahələrinə xidmət göstərir. Bunlara təmir mexaniki
emalatxana, yük avtonəqliyyatı, traktorların nəqliyyat işləri,
elektrik təchizatı və s. daxildir.
112
Mühasibat uçotu istehsalatın hər bir növü üzrə bütün
məsrəflərin aşkara çıxarılmasını və uçota alınmasını, yerinə
yetirilən
işlərin, buraxılan məhsulların və göstərilən
xidmətlərin həcmini müəyyən etmək və onların maya dəyərinin
düzgün hesablanmasını təmin etməlidir. Bu məsrəfləri uçota
almaq üçün 202 N-li “İstehsalat məsrəfləri” sintetik hesabının
nəzdində “Köməkçi istehsalat” sub hesabı açılır. Köməkçi
istehsalatın hər bir növü üzrə analitik (məsələn, “təmir-
mexaniki emalatxana”, “yük avtonəqliyyat” və s.) hesablar
açılır və onların daxilində məsrəflər kalkulyasiya obyektləri və
xərc maddələri üzrə uçota alınır.
Sənaye
müəssisələrindən
fərqli
olaraq
köməkçi
istehsalatın iş və xidmətləri nəinki ay ərzində, hətta bütün il
boyu istehlakçıların hesabına plan maya dəyəri ilə silinir.
Məhsul, iş və xidmətlərin maya dəyərinin kalkulyasiyasını
yalnız bir dəfə ilin axırında hesablayırlar. Plan və faktiki maya
dəyəri arasında aşkara çıxarılan kalkulyasiya fərqi əlavə və
yaxud ləğvedici yazılışla il ərzində məhsul, iş və xidmətlərin
aid edildikləri hesabların debetinə silinir.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 aprel
2006-cı il tarixli 38 N-li əmri ilə təsdiq edilmiş Kommersiya
təşkilatları üçün hesablar planına görə köməkçi istehsalatın
uçotu 202 N-li “İstehsalat məsrəfləri” sintetik hesabının
nəzdində açılmış “ Köməkçi istehsalat” sub hesabında
aparılmalıdır. “Köməkçi istehsalat” sub hesabı əsas istehsalata
göstərilən xidmətlərə, əsasən müxtəlif resurslarla təchiz
edilməsinə (elektrik enerjisi, buxar, qaz, işıq, müxtəlif
nəqliyyat xidmətləri, əsas vəsaitlərin təmiri, alət və ehtiyat
hissələri istehsalı və s.) sərf edilən məsrəfləri uçota almaq üçün
istifadə edilir. Bu sub hesabın debetində əsasən köməkçi
istehsalatın məhsul buraxılışı, yerinə yetirdikləri işlər və
göstərdiyi xidmətlər üzrə müstəqim xərclər uçota alınmaqla
köməkçi istehsalatın idarəedilməsi, onlara göstərilən xidmətlər
113
və çıxdaş olan itkilər kimi qeyri-müstəqim xərclər də uçota
alına bilir. Kənd təsərrüfatı sferasında fəaliyyət göstərən təmir-
mexaniki sexlərdə məsrəflərin uçotu sifarişlər əsasında aparılır.
Burada təmir edilən hər bir traktor, avtomobil, kombayn, kənd
təsərrüfatının eynicinsli maşın və avadanlıqları kalkulyasiya
obyekti hesab olunur. Məsrəflər xərclərin bu maddələr üzrə
əsas və əlavə əməkhaqqı, sosial ehtiyaclara ayırmalar, ehtiyat
hissələri və təmir materialları, yanacaq və sürtgü materialları,
köməkçi materiallar, sair əsas xərclər, ümumistehsalat və
ümumtəsərrüfat xərcləri uçota alınırlar. Sadalanan bütün bu
xərclər ( ümumistehsalat xərcləri istisna olmaqla) müvafiq ilkin
sənədlərə əsasən yerinə yetirilmiş işlərin və hazırlanmış
məmulatın maya dəyərinə müstəqim yolla bir bloka daxil
edilirlər.
Ümumistehsalat xərcləri müstəqim xərclərdən ayrılıqda
uçota alınır. Qeyri-istehsalat xərclərinə sexin (emalatxananın)
idarəetmə
heyətinin
saxlanılmasına
çəkilən
xərclər,
avadanlığın, sex binasının və inventarların cari təmir xərcləri,
elektrik
enerjisinin
dəyəri
və
s.
xərclər
daxildir.
Ümumistehsalat xərcləri yerinə yetirilmiş işlərin maya dəyərinə
müstəqim əmək haqqına mütənasib olaraq bölüşdürülür.
Ümumistehsalat xərcləri il ərzində kalkulyasiya obyektlərinə
ilin axırında təshih edilməklə normativ həcmdə daxil edilir.
Təmir işlərinin aparılmasına və məmulat istehsalına
çəkilən bütün məsrəflər, ehtiyat hissələri, xammal və
materiallar, neft məhsulları, köməkçi istehsalat, əsas vəsaitlərin
amortizasiyasını kreditləşdirməklə “Köməkçi istehsalat” sub
hesabının “Təmir-mexaniki emalatxana” analitik hesabında,
debetində əks etdirilir. Qurtarmış işlərə və anbara təhvil
verilmiş məmulatlara sərf edilən məsrəflər aşağıdakı
yazılışlarla rəsmiləşdirilir.
1. Maşın, avadanlıq, nəqliyyat vasitələrinin qurtarmış
əsaslı təmirinin faktiki maya dəyərinə
114
Debet 113 – torpaq, tikili və avadanlıqla bağlı
məsrəflərin kapitallaşdırılması
Debet 204 – material ehtiyatları anbara təhvil verilmiş
hazır məmulatın faktiki maya dəyəri
Debet 202 – “Bitkiçilik”, “Heyvandarlıq”, “Köməkçi
istehsalat” və s. hesablar, əsas vəsaitlərin cari təmirinə sərf
edilən faktiki xərclər.
Debet 721– satışla bağlı olan xərclər
Kredit 202 – “Köməkçi istehsalat” sub hesabı
Yük avtonəqliyyatının istifadəsilə bağlı olan xərclərin
aşağıdakı nomenklatura maddələri üzrə uçota alınır: əsas və
əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, yanacaq və sürtgü
materialları, avtomobillərin, qarajların və digər əsas vəsaitlərin
amortizasiyası və cari təmir xərcləri. Sadalanan xərclər
məsrəflərə müstəqim yolla daxil edilir.
Yük avtonəqliyyat işləri üzrə kalkulyasiya vahidi ton-
kilometr qəbul edilmişdir.
Yerinə yetirilmiş iş vahidlərinin dəyəri istehlakçıların
hesabına ton-kilometrin miqdarına mütənasib olaraq yazılır və
aşağıdakı yazılışla rəsmiləşdirilir:
Debet 202 – “Bitkiçilik”, “Heyvandarlıq” və s. kredit
“Köməkçi istehsalat” sub hesabı.
Dostları ilə paylaş: |