Malın istehsalçıdan istehlakçıya daşınması prosesinin idarə olunması konsepsiyası onun təşkili və həyata keçiril-məsinin müxtəlif metod və üsullarından istifadə edərək lo-gistika anlayış ilə müəyyən olunur. Bu anlayış daşınmanın bütün növlərinə və üsullarına aiddir. Geniş planda logistika malgöndərənlərlə istehlakçılar arasında qarşılıqlı əlaqələr-dəmüəssənin idarə edilməsi kimi başa düşülür.
Bu konsepsiyanın əsasını Fransa ali kommersiya mək-təbinin professoru Pyer Karaban qoymuş və o, logistikanı «təchizat, mal bazarının idarəedilməsi, istehsal və satış, həm-çinin satışdan sonrakı xidmət proseslərinin daha aşağı məs-rəflərlə yüksək səviyyədə təşkili və həyata keçirilməsinin təc-hizi ilə mal axınının səmərəli idarə edilməsinin üsul və me-todlarının məcmusu» kimi müəyyən etmişdir. Onun fikrincə logistikanın qarşısında strateji xarakterli iki vəzifə dayanır: məsrəflər üzərində onların azadılması məqsədilə səmərəli nəzarət və təchizat, satış, istehsal, satış və satışdan sonrakı xidmət proseslərinin yüksək səviyyədə təmin olunmasına nail olunması.
Logistika dar mənada əks olaraq belə şərh olunur: qablaşdırmaya, yükləmə - boşaltma işlərinə, daşınma, göm-rük tənzimlənməsinə, anbarlaşmaya məsrəflərin azaldılması-na, nəqliyyat vasitəçi fəaliyyətlə bağlı xərclərin minimuma endirilməsi üzrə əməliyyatların məcmusu kimi müəyyən olunur.
Amerika iqtisadçılarının fikrlərinə görə isə, «biznes logistikası» termini mövcuddur. ABŞ-da biznesin logistikası dedikdə, materialların istehsalı üçün zəruri olan daşınmanın planlaşdırılması və təşkili prosesi, müəssisə məhsulunun ti-
Beynəlxalq nəqliyyat əməliyyatları
carət anbarlarına və ya pərakəndə şəbəkəyə daşınması, həm-çinin, bu əməliyyatlar üzərində lazimi nəzarət prosesi başa düşülür.
Logistikanın yuxarıda sadaladığımız müəyyənlikləri-ni təhlil edərək göstərmək olar ki, logistika konsepsiyası hər bir halda malın daşınması üzrə nəqliyyat və digər əməliyyat-ların təşkili və planlaşdırılması ilə bağlı olan, müəssisənin fəaliyyətinin idarə edilməsi prosesidir.
Ən mühüm fakt odur ki, logistika konsepsiyası iri sə-naye, kənd təsərrüfatı, ticarət və digər müəssisələrin iqtisadi strategiyasında «ən yüksəklikdə qoyulan daşa» bənzəyir. Təcrübədə logistika konsepsiyasının reallaşması inkişaf et-miş dövrlərdə nəqliyyat təminatınının yüksək səmərə ver-məsinə nail olunması mühüm strateji punktdur. Başqa sözlə ABŞ və Yaponiyada, həmçinin Avropa ölkələrində hal hazır-da, həm də perspektivdə müəssisənin ümumi strategiyasının işlənib hazırlanmasında bu konsepsiyaya mühüm yer veri-lir.
İqtisadi ədəbiyyatlarda logistikanın aşağıdakı növləri vardır: Təchizat-satış, istehsal, nəqliyyat, informasiya.
Təchizat-satış - logistika çərçivəsində istehsalın xammal və materialla təmin edilməsinin planlaşdırılması, tənzimlənməsi, həmçinin onlara nəzarət üzrə əməliyyatları həyata keçirir.
İstehsal logistikası - xammal və işçi qüvvəsinin mi-nimal məsrəflər ilə bütün istehsal bölmələrinin qarşılıqlı fəa-liyyətinin yüksək səviyyəyə nail olunmasına yönəldir.
Nəqliyyat logistikası - təşkilatı proseslərlə idarəet-məni təmin edir və dəqiq hesablanmış müddətə daşınmasını (istehsalçıdan - istehlakçıya) həyata keçirir.
Elçin Eyvazov, Nərminə Balabəyova
İnformasiya logistikası - xammal və yarımfabrikatın kəmiyyətilə, hazır məhsulun buraxılması ilə, istehsal ehtiyat-larının vəziyyəti ilə və s. ilə bağlı əməliyyatlara nəzarəti hə-yata keçirir. Həmçinin müəssisəinin fəaliyyətinin təhlilini aparır və vəziyyətə qiymət verir.
Logistikanın əsasını sistemli yanaşma təşkil edir, sis-temin layihələşdirilməsini və yenidən qurulmasını özündə cəmləyir. Bu zamanın və məkanın daha səmərəli istifadəsi, maddi və informasiya axınının təşkili məqsədilə edilir. Lo-gistika tələblərinin həyata keçirilməsi səmərəli logistika sis-temlərinin yaradılması vasitəsilə realizə olunur, o təchizat, istehsal və satışı əhatə edir.
Logistika sisteminin məqsədi - mal və məhsulların la-zimi yerə lazımi kəmiyyət və çeşiddə, nəzərdə tutulan məs-rəflər çərçivəsində daşınmasıdır. Logistika sistemi kütləvi xidmət kimi xarici mühitdə əlaqələrə malikdir. Əlaqələr tsik-lik xarakteri daşıyır.
Çevik logistik sistemi - bu ele bir sistemdir ki, burada material axınının istehlakçıya çatdırılması həm bir başa əla-qələrlə həm də vasitəçilərin iştirakı ilə həyata keçirilir. Baxı-lan sistemə nümunə - ehtiyat hissələrilə təchizatı göstərmək olar, bu zaman alıcının ünvanına nadir tələbli hissələrin gön-dərilməsi adətən, birbaşa mərkəzi anbardan, standart tələbli hissələr isə vasitəçinin anbarından göndərilir. Birbaşa əlaqə-lərlə logistika sistemi - burada material axını istehlakçıya va-sitəşinin iştirakı olmadan, birbaşa təsərrüfat əlaqələri ilə hə-yata keçirilir.
Çox səviyyəli logistika sistemi - material axını heç ol-masa, bir vasitəçinin iştirakı ilə həyata keçirilir.
Beynəlxalq nəqliyyat əməliyyatları
Logistika sisteminin tərkib hissələri bunlardır; daşın-ma; anbarlaşma; saxlama, yükləmə və boşaltma işləri, qab-laşdırma və istehsal ehtiyatları ilə idarəetmə.
1.3. Beynəlxalq nəqliyyat daşımaları və onların növ-
ləri
Nəqletmə prosesinin mahiyyəti məhsulların və şəxslə-rin yer nöqteyi-nəzərindən öz yerlərini dəyişməsindən, hər hansı bir məkandan başqa bir məkana doğru istiqamətlən-məsindən ibarətdir. Məhz mallar (yüklər) və ya şəxslərin (sərnişinlərin) yerdəyişmələri daşınma proseslərinin əsas məqsədini təşkil edir. Daşınma prosesləri, adətən, müəyyən bir ölkənin ərazisində aparılır. Beləliklə, daşınma prosesləri iki və ya daha çox ölkə ərazisində də həyata keçirilə bilər. Bu baxımdan daşınmaların 2 növü ayırd edilir:
Daxili daşımalar,
Beynəlxalq daşımalar.
İstənilən hər hansı bir ölkə daxilində həyata keçirilən daşımalar daxili daşımalar adlanır. Belə daşınmalar hər han-sı bir ölkənin ərazi hüdudlarında başlayır və həmin ölkənin ərazisində də başa çatır. Yəni, daxili daşımalar yalnız müəy-yən bir ölkə ərazisi ilə məhdudlaşır. Nəqliyyatın inkişafının ilk dövrlərində daxili daşımalar yeganə daşıma növü sayılır-dı. Ancaq nəqliyyatın inkişafının növbəti dövrlərində daşı-maların başqa növü - beynəlxalq daşımalar meydana gəlmiş-dir. Bunların yaranmasına isə xarici iqtisadi ticarət, elmi-tex-niki və mədəni əməkdaşlıqların genişləndirilməsi, beynəl-xalq təsərrüfat münasibətlərinin ciddiləşməsi təkan vermiş-dir. Beynəlxalq nəqliyyat daşınmaları dedikdə, beynəlxalq müqavilələrlə müəyyənləşdirilmiş şərtlərə müvafiq ola-raq, bəzi dövlətlərdə baş tutan daşınmalar başa düşülür.
Elçin Eyvazov, Nərminə Balabəyova
Beynəlxalq nəqliyyat daşınmalarının növləri: nəqliy-yatın növünə görə beynəlxalq daşımaların təsnifi aşağıdakı kimidir:
beynəlxalq avtomobil daşınmaları, beynəlxalq dəniz daşınmaları, beynəlxalq dəmir yolu daşınmaları, beynəlxalq hava daşınmaları, beynəlxalq su (çay) daşımaları.
Məsələn, bunlara uyğun olaraq qazın və neftin bey-nəlxalq boru kəmərilə nəql edilməsini də aid etmək müm-kündür. Nəticədə, «magistral boru kəməri» məfhumu boru kəməri sektorunda mövcud olan münasibətlər AR-nın mü-vafiq qanunvericiliyi ilə nizama salınır.
Beynəlxalq dəniz daşınmaları ilə beynəlxalq su (çay) daşınmalarına ümumilikdə su yolu ilə beynəlxalq daşınma-lar, beynəlxalq avtomobil daşınmaları ilə beynəlxalq dəmir yolu daşınmalarına quru yol ilə beynəlxalq daşınmalar, bey-nəlxalq hava daşınmalarına isə beynəlxalq aviasiya daşınma-ları da deyilir.
Daşınma (nəqliyyat) proseslərində iştirak edən nəq-liyyat vasitələrinə görə beynəlxalq daşımaların beynəlxalq sadə və mürəkkəb daşımalar kimi iki növ fərqləndirilir. Bey-nəlxalq sadə daşınmalar dedikdə, təkcə bir nəqliyyat növü ilə reallaşdırılan beynəlxalq daşınmalar anlaşılır. Məsələn, hava gəmisindən istifadə edilməklə iki ölkə arasında hava daşınması həyata kecirilir. Digər bir misalda, dəmiryolu kimi nəqliyyat növündən istifadə edilməklə beynəlxalq daşınma reallaşdırılır. Göstərilənlər beynəlxalq sadə daşınmalara mi-saldır.
Beynəlxalq mürəkkəb daşınmalar dedikdə nəqliyyatın ayrı-ayrı növlərindən istifadə edilməklə reallaşdırılan bey-
Beynəlxalq nəqliyyat əməliyyatları
nəlxalq daşınmalar anlaşılır. Misal olaraq, iki ölkə arasında avtomobil nəqliyyatı və dəniz gəmilərindən, və ya dəmir yolları və dəniz gəmilərindən istifadə edilməklə daşınma re-allaşdırılmasını qeyd etmək olar. Bu növ daşınmalar kombi-nə olunmuş və ya qarışıq daşınmalar, ya da intermodal da-şınmalar adlandırılır.
Nəqliyyat əməliyyatının predmeti və ya daşınmanın obyektinə əsasən beynəlxalq daşınmalar üç növə ayrılır:
beynəlxalq yük daşınmaları, beynəlxalq sərnişin daşınmaları, beynəlxalq baqaj daşınmaları.
Beynəlxalq yük daşınmaların obyektini yükdən iba-rətdir. Bir çox dövlətlər arasında mümkün olan daşımanın obyekti sərnişin olarsa, bu cür daşınmalar beynəlxalq sərni-şin daşınmaları adlanır.
Beynəlxalq daşınmanın obyekti kimi baqaj çıxış edər-sə, bu cür daşınmalar beynəlxalq baqaj daşınmaları adlanır. Dəmir yolu nəqliyyatında daşınmanın obyekti yük baqajı da çıxış edə bilər. Belə ki, sərnişin daşıması həm baqaj daşınma-sı, həm də yük baqajının daşınması ilə müşayiət edilə bilər. Yük baqajı deyildikdə, sərnişin və poçt-baqaj qatarında daşı-nılan yük və başqa maddi nemətlər anlaşılır. Nəqliyyat əmə-liyyatnın müəyyən vaxtlarda olub-olmamasına əsasən bey-nəlxalq daşımaların iki növü səciyyələndirilir:
beynəlxalq müntəzəm daşınmalar, beynəlxalq qeyri-müntəzəm daşınmalar.
Beynəlxalq müntəzəm daşınmaların, hər şeydən öncə, əsas xüsusiyyətlərini müəyyən edək. Bu xüsusiyyətlər onu müntəzəm olmayan beynəlxalq daşınmalardan ayırmağa şə-rait yaradır. Həmin xüsusiyyətlərə aşağıda göstərilənlər aiddir:
Elçin Eyvazov, Nərminə Balabəyova
-birincisi, beynəlxalq müntəzəm daşınmaların əsas və önəmli xüsusiyyəti odur ki, bu növ daşınmaları reallaşdıran nəqliyyat (daşıma) vasitəsi (avtomobil, hava gəmisi və s.) əv-vəldə rəsmi şəkildə elan edilmiş cədvəl üzrə istiqamətlənir. Hərəkət cədvəli geniş həcmdə informasiya verir. Bu isə, bey-nəlxalq müntəzəm daşınmalar müəyyən vaxtlarda reallaşdı-rılması deməkdir. Vaxtaşırı həyata keçirilmə onun əsas xüsu-siyyətidir. Beynəlxalq müntəzəm olmayan daşınmalar isə bu cür xüsusiyyətdən məhrumdur. Bu cür daşınmalar tələbat olduqda və ya ehtiyac olduqda reallaşdırılır;
-ikinci, beynəlxalq müntəzəm daşınmalar əvvəldən rəsmi şəkildə elan edilmiş və müəyyənləşdirilmiş daşınma şərti üzrə reallaşdırılır. Bu şərtlər daşınma qaydasında, tarif-də və başqa sənədlərdə nəzərdə tutulmuşdur. Belə ki, daşın-ma şərti hər bir müştəri (yükgöndərənlər və sərnişinlər) üçün eyni cür müəyyən edilir. Başqa tərəfdən, daşınma mü-qaviləsinin bağlanılmasında hansısa bir müştəriyə nisbətdə başqasına üstünlüyün verilməsi istisnadır. Yəni, beynəlxalq müntəzəm daşınmalarla əlaqədar müqavilə ümumi müqavi-lə hesab edilməlidir.
Beynəlxalq müntəzəm daşınma dedikdə, əvvəldən elan edilmiş hərəkət (reys) cədvəlinə və qabaqcadan müəy-yənləşdirilmiş daşınma şərti əsasında reallaşdırılan daşınma-lar anlaşılır. Bu cür daşınmalar, əsasən, avtomobillər, hava və dəniz nəqliyyatları üçün zəruri əhəmiyyətlidir. Bu səbəb-dən, beynəlxalq müntəzəm daşınmaların üç əsas yarımnövü səciyyələndirilir:
-avtomobil nəqliyyatları ilə beynəlxalq müntəzəm da-şınmalar;
-hava nəqliyyatları ilə beynəlxalq müntəzəm daşın-
malar;
Beynəlxalq nəqliyyat əməliyyatları
-dəniz nəqliyyatları ilə beynəlxalq müntəzəm daşın-
malar.
Avtobuslarla beynəlxalq müntəzəm daşınma odur ki, bu cür daşınma müəyyənləşdirilmiş müqaviləyə və tariflərə uyğun, həmçinin müəyyən yolda sərnişinlərin minmə və düşmə yerləri (dayanacaqları) göstərilərək avtobusun hərə-kət cədvəlinə müvafiq formada reallaşdırılır. Sərnişinin da-şınma şərtini müəyyən edən müqavilə, tarif və avtobusun marşruta əsasən hərəkət cədvəlinə əsasən (minib-düşmə da-yanacağı qeyd edilməklə) daşınma müntəzəm daşınma adla-nır.
Hava nəqliyyatları vasitəsilə beynəlxalq müntəzəm daşınma anlayışı Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurası tərəfindən verilmişdir. Bu anlayışa əsasən, müntəzəm daşın-ma aşağıda göstərilən tələbə cavab verməlidir:
-birincisi, uçuş bir neçə dövlətin hava məkanı vasitəsi-lə reallaşdırılmalıdır;
-ikincisi, uçuş ödənişli sərnişinlər, poçt və ya yük da-şınmalarını həyata keçirmək məqsədilə reallaşdırılmalıdır;
-üçüncüsü, uçuş rəsmi şəkildə elan edilmiş cədvələ əsasən reallaşdırılmalıdır, və ya onlar elə müntəzəm və ya tez həyata keçirilməlidir ki, sistemli (ardıcıl) formada seriya reyslər təşkil oluna bilsin.
Dəniz nəqliyyatları ilə beynəlxalq müntəzəm daşın-malar xətt daşınması adlandırılır. Bu cür daşınmanı xətt gə-miçiliyi (ingiliscə «line shipping») reallaşdırır. Xətt gəmiçiliyi ümumi istifadədə mövcud nəqliyyata aid edilir.
Beynəlxalq qeyri-müntəzəm daşınma əvvəldən müəy-yənləşdirilmiş marşrut və razılaşdırılan hərəkət cədvəli ol-madan reallaşdırılan daşınmalara deyilir. Bu cür daşınma
Elçin Eyvazov, Nərminə Balabəyova
üçün müəyyənləşdirilmiş hərəkət istiqaməti xarakterik ol-mur.
Dəniz nəqliyyatları ilə beynəlxalq qeyri-müntəzəm daşınma tramp daşıması adlandırılır. Belə daşınma tramp gəmiçiliyi (ingilis dilində «tramp shipping») tərəfindən real-laşdırılır. Tramp gəmiçiliyi fərdi istifadədə olan nəqliyyat sa-yılır.
Daşınma (nəqliyyat) sənədinin formasına əsasən bey-nəlxalq daşınmaların üç növü səciyyəvidir:
-qaimə ilə rəsmiləşən beynəlxalq daşınmalar;
-konosamentlə rəsmiləşən beynəlxalq daşınmalar; -çarterlə rəsmiləşən beynəlxalq daşınmalar.
Qaimə ilə rəsmiləşən beynəlxalq daşınmalar dəmir yolları, avtomobillər və hava nəqliyyatlarında reallaşdırılır. Qaimə qeyd olunan nəqliyyat növü üzrə imzalanan yük da-şınması müqavilələrinin sadə yazılı formalarını ifadə edir. Konosamentlə rəsmiləşən beynəlxalq daşınma dəniz nəqliy-yatlarında reallaşdırılan daşınmaya deyilir. Konosament də-niz nəqliyyatı ilə daşınmanı rəsmiləşdirən müqavilə sənədi sayılır.
Çarterlə rəsmiləşən beynəlxalq daşınma hava və də-niz nəqliyyatında reallaşdırılır. Çarter daşınmanı rəsmiləşdi-rən müqavilə sənədi sayılır.
Qonşu ölkənin ərazisində başa çatmasına görə beynəl-xalq daşınmalar üç yerə bölünür:
-beynəlxalq qonşulararası daşınma; -beynəlxalq tranzit daşınma; -beynəlxalq dairəvi daşınma.
Beynəlxalq qonşulararası daşınma həmsərhəd olan öl-kələr arasında reallaşdırılır və qonşu ölkənin ərazisində ye-kunlaşır. Bu, beynəlxalq daşınmanın ən sadə növü kimi ge-
Beynəlxalq nəqliyyat əməliyyatları
niş vüsət tapmışdır. Məsələn, yük Azərbaycandan onunla həmsərhəd və qonşu dövlət Gürcüstanın ərazisinə nəql olu-nur.
Beynəlxalq tranzit daşınma odur ki, bu cür daşınma müəyyən bir ölkədən digər ölkənin ərazisinə daşınan yük və ya sərnişinin yolda üçüncü bir ölkədən keçməsini nəzərdə tutur. Misal üçün, yük AR-dan Ukrayna Respublikasına da-şınır və bu halda RF-nın (3-cü dövlətin) ərazisindən kecir. Üçüncü ölkə aralıq ölkəsi adlandırılır. Aralıq dövləti kimi bir və yaxud bir neçə ölkə çıxış edə bilər. Beynəlxalq daşınma-nın bu növü də geniş vüsət tapmışdır.
Göndərilmə yeri ilə təyinat yerləri eyni bir ölkə daxi-lində olmaqla, xarici ölkənin ərazisi vasitəsi ilə tranzitlə real-laşdırılan daşıma dairəvi daşıma adlanır.
Daşınmanı reallaşdırmaq üçün xarici həmsərhəd ölkə-nin ərazisindən istifadə olunur.
Nəqliyyat prosesində istifadə edilən daşınma sənədlə-ri və daşınma müqaviləsinin sayına əsasən beynəlxalq daşın-malar dörd hissəyə ayrılır:
-birbaşa beynəlxalq daşınma;
-birbaşa olmayan beynəlxalq daşınma;
-ardıcıl gələn daşıyıcıların reallaşdırdıqları beynəlxalq daşınma;
-yenidən göndərməklə beynəlxalq daşınma.
Birbaşa beynəlxalq daşınma bir neçə daşıyıcı tərəfin-dən eyni daşınma müqaviləsi üzrə reallaşdırılır və eyni bir daşınma sənədi ilə rəsmiləşir. O, nisbətən geniş yayılan da-şınma növü sayılır.
Birbaşa olmayan beynəlxalq daşınma dedikdə, elə da-şınma anlaşılır ki, o, ardıcıl şəkildə, 2 və daha çox müqavilə üzrə rəsmiləşir və reallaşdırılır. Bu növ daşınmanı rəsmiləş-
Elçin Eyvazov, Nərminə Balabəyova
dirən müqavilə milli (daxili) hüquq normasına uyğun olaraq bağlanılır.
Ardıcıl şəkildə, yəni ardıcıl daşıyıcıların həyata keçir-dikləri beynəlxalq daşınma, bir qayda olaraq, hava nəqliyya-tı, həmçinin avtomobil nəqliyyatında tətbiq olunur. Dəniz nəqliyyatına isə, beynəlxalq daşınmanın qeyd edilən növünü konosamentlə rəsmiləşdirilən yükdaşıma aiddir.
Ardıcıl daşıyıcıların həyata keçirdikləri beynəlxalq daşıma ilə beynəlxalq daşıma arasında bənzər və fərqli cə-hətlər mövcuddur. Onlar üçün ümumi və bənzər cəhət odur ki, hər ikisi də bir neçə daşıyıcı tərəfindən həyata keçirilir və daşıyıcılar üçün vahid məsuliyyət şərtləri müəyyənləşdiri-lir. Birbaşa beynəlxalq daşımada, vurğuladığımız kimi, bir daşıma müqaviləsi imzalanır. Ardıcıl daşıyıcıların həyata ke-çirdikləri beynəlxalq daşınma isə bir yox bir neçə neçə müqa-vilə üzrə reallaşdırılır. Bu, həmin növ daşınmaları fərqləndir-məyə şərait yaradan əsas xüsusiyyətdir.
Bununla yanaşı, ardıcıl daşıyıcıların həyata keçirdik-ləri beynəlxalq daşınma birbaşa olmayan beynəlxalq daşın-maya oxşayır. Hər 2 növ daşınma vaxtı bir neçə daşınma müqaviləsi bağlanır. Bu, onları bir-birinə oxşar edən ümumi xüsusiyyətdir. Beləliklə, onlar arasında fərqli xüsusiyyətlər də mövcuddur. Birbaşa olmayan beynəlxalq daşınma vax-tı daşıyıcılara özəl eyni məsuliyyət şərtləri müəyyənləşdiril-mir.
Beynəlxalq daşınmaların göstərilən növündən o za-man istifadə olunur ki, birbaşa daşınma mümkün olmur və ya birbaşa daşınma cədvəli yük sahibi (və ya sərnişin) üçün sərfəli olmur.
Yenidən göndərməklə beynəlxalq daşınma o sayılır ki, bu daşınmaya əsasən yükün ilk beynəlxalq daşınma mü-
Beynəlxalq nəqliyyat əməliyyatları
qaviləsi üzrə təyinat (son) məntəqələrində yenidən göndər-mə qaydalarında yeni daşınma müqaviləsi bağlanır. Yük bi-rinci müqaviləyə əsasən təyinat məntəqələrindən həm yük sahiblərinin özü, həm ekspeditorlar (yük sahiblərinin tapşırı-ğı ilə), həm də daşıyıcılar tərəfindən göndərilə bilər. Beynəlxalq daşınmanın bu növü, adətən dəmir yolu nəqliy-yatında tətbiq olunur. Belə ki, yenidən göndərilmə yük sa-hiblərinin iştirakı olmadan, ekspeditorlar cəlb edilmədən nəqliyyat təşkilatları (daşıyıcılar) tərəfindən reallaşdırıla bi-lər.
Daşınan yük (xarici ticarət yükü) bir-birindən malın nəqliyyat xüsusiyyətinə əsasən fərqləndirilir. Bundan asılı olaraq, beynəlxalq daşınmalar bir neçə növə ayrılır:
- dənəvari (səpələnən, tökülən) yüklərin (sement, ta-xıl, fosfat və s.) beynəlxalq nəqletməsi;
- maye yüklərin (neft və neft emalı məhsulları, kimyə-
mayelər, şərab, bitki yağı və s.) beynəlxalq nəqletməsi;
qabı olmayan yüklərin (kömür, filiz və s.) beynəlxalq nəqletməsi;
- əsas yüklər, yəni yer sayını hesablayaraq daşınan yükün (dəzgah, avtomobil, xalq istehlakı məhsulları və s.) beynəl-xalq nəqletməsi.
Qabsız (kisəsiz) yük, dənəvari (səpələnən) yük və əsas yük quru yüklər qrupuna aid olunur. Yüklərin başqa növü isə maye yükdən ibarətdir.
Sərhədi keçmə qaydalarına əsasən beynəlxalq daşın-maların iki növü fərqlənir:
-nəqliyyat vasitələrini dəyişməklə beynəlxalq daşınma; -nəqliyyat vasitələrini dəyişmədən beynəlxalq daşınma. Nəqliyyat vasitələrini dəyişməklə beynəlxalq daşınma sərhəd məntəqələrində sərnişinlərin bir minikdən düşərək,
Elçin Eyvazov, Nərminə Balabəyova
digər minik vasitəsinə minməsini nəzərdə tutulur. Nəqliyyat vasitəsi deyildikdə sərnişin qatarları, gəmilər və hava gəmi-ləri başa düşülür. Bu cür daşınma beynəlxalq nəqliyyatın də-mir yolları, dəniz və hava nəqliyyatları kimi növlərində tət-biq olunur.
Bu cür daşınma yük daşınmaları üçün də xarakterik-dir. Nəqliyyat vasitələrini dəyişməklə beynəlxalq daşınma sərhəd məntəqələrində yükün boşaldılaraq, digər daşınma vasitəsinə (məsələn, vaqon, hava gəmisi və gəmiyə) yüklən-məsini nəzərdə tutur.
Nəqliyyat vasitələrini dəyişmədən beynəlxalq daşın-ma isə sərnişinlərin (yüklərin) sərhəd məntəqələrində düşü-rülərək (boşaldılaraq), digər minik vasitələrinə (daşınma va-sitələrinə) minməsi (yüklənməsi) ilə müşayiət edilmir. Sərhəd boyunca dəmir yolu daşınması beynəlxalq daşınma-nın xüsusi xarakterli növünə aiddir. Bu cür daşınma iki qon-şu ölkənin sərhədi boyunca olan dəmir yolu stansiyası ara-sında reallaşdırılır. Bu halda, adətən, təyinat yerinin yox, yüklərin yola salındığı ölkənin daşınma qaydası tətbiq olu-nur.
Beynəlxalq avtomobil nəqliyyatında «məkik daşınma-ları» («maətnikovıe perevozki») adlı daşınma növü də möv-cuddur. Bu, xüsusi xarakterli beynəlxalq daşınmadır. Məkik daşınmaları əvvəldən təşkil edilmiş sərnişin qrupunın müəy-yən bir ölkənin yola düşmə zonasından digər ölkənin təyinat zonasına təkrarlanan gediş və gəliş səfəri ilə avtobuslarla da-şınmasıdır. Gediş səfərlərini etmiş hər bir qrup novbəti səfə-rin biri ilə yola düşmə zonasına geri daşınır. Məkik daşınma-larında ilk qayıdış və son gediş səfərləri sərnişin olmadan re-allaşdırılır.
Beynəlxalq nəqliyyat əməliyyatları
Mövzuya aid sual və tapşırıqlar
Nəqliyyatda əsas iş və fəaliyyət nədən ibarətdir.
Nəqliyyat termininin mahiyyətini izah et.
Dünya iqtisadiyyatı inkişafında nəqliyyatın rolu haqqında məlumat ver.
Nəqliyyat xidmətlərinin təsnifatını sadala.
Logistika konsepsiyası haqqında məlumat verin.
Beynəlxalq nəqliyyat daşıması nədir
Beynəlxalq mürəkkəb daşımalar hansılardır
Beynəlxalq sadə daşımalar hansı daşımalardır
Beynəlxalq daşımaların hansı növləri vardır
Beynəlxalq su yolu, quru yolu daşımalarına hansı nəqliyyat növləri aiddir
Nəqliyyat əməliyyatı predmetinə və ya daşınma-nın obyektinə əsasən beynəlxalq daşınmaların növləri hansı-lardır
Nəqliyyat əməliyyatlarının vaxtaşırı olub olmama-sına əsasən beynəlxalq daşınmaların hansı növləri vardır
Müntəzəm və qeyri-müntəzəm daşınmalar haq-qında məlumat verin
Daşıma sənədinin formasına gorə beynəlxalq daşı-maların hansı növləri vardır
Qonşu dovlətin ərazisində başa catmasına görə beynəlxalq daşımaların növləri hansılardır.
|