Beynəlxalq nəqliyyat əməliyyatları
III MÖVZU
BEYNƏLXALQ DƏNİZ DAŞIMALARI
3.1. Beynəlxalq dəniz nəqliyyatının inkişaf tarixi. Müasir beynəlxalq daşımalarda dəniz daşımalarının tutduğu yer, əsas dəniz nəqliyyatı marşrutları, iri limanları və dəniz kanalları.
Yeni beynəlxalq nəqliyyatın ayrı-ayrı növləri arasında dəniz nəqliyyatı daha öncə yaranmışdır. Bu daha universal nəqliyyat növüdür və xarici ticarət yüklərinin daşınmasında əsas nəqliyyat vasitəsi sayılır. Bəzi dünya dövlətlərinin oke-an suları ətrafında yerləşdiyi nəzərə alınsa, coğrafi cəhətdən dəniz nəqliyyatı belə dövlətlər üçün strateji-həyati əhəmiy-yətlidir.
Hələ orta əsrlərdən etibarən bəzi dünya dövlətləri tə-rəfindən gəmiçiliyin inkişaf etdirilməsi ilə əlaqədar tarixi iş-lər görülmüşdür. Dəniz nəqliyyatından daha yaxşı istifadə etmək üçün və dəniz yollarının qısa məsafədən keçməsini tə-min etmək məqsədilə yeni kanalın çəkilməsi diqqət mərkəzi-nə istiqamətləndirilmişdir. Bu məqsədlə Aralıq dənizilə Hind Okeanı hövzəsi ölkələri ilə daha qısa məsafələrdən keç-məklə, yüklərin nəql olunmasını reallaşdırmaq üçün üçün Suveyş kanalının çəkilməsi, Şimali Amerikanın Cənubi və Mərkəzi Amerika ilə iqtisadi əlaqələrini daha uyğun yollarla təşkil etmək məqsədilə Panama kanalının inşa edilməsi, Qara dəniz, Xəzər dənizi hövzəsi ölkələrini bir-biri ilə əlaqələndi-rən Volqa - Don kanalının inşa edilməsi beynəlxalq nəqliy-
Elçin Eyvazov, Nərminə Balabəyova
yat əlaqəsinin yaradılmasında vacib əhəmiyyət kəsb etmiş-dir.
1869-cu ildə Suveyş kanalı istifadəyə verildi və bu Qırmızı dənizi ilə Aralıq dəniz və Hind okeanı arasında əla-qələrin yaradılmasına əlverişli təsir göstərmişdi. Bu kanal vasitəsilə il ərzində 20-30 milyon ton olan 4000-dən çox gə-minin hərəkəti üçün yol açılmışdır. Gələcək illərdə gəmilərin intensiv hərəkətin təmini üçün kanalın bir neçə metr dərin-ləşməsi və genişlənməsi üçün işlər aparılır. Süveyş kanalı ilə Avropa və Asiya dövlətləri arasında yük daşınması üçün hə-min dövlətlərin iqtisadi inkişafına təsir etməklə, küllü miq-darda səmərəli olmayan nəqliyyat xərcinin aradan qalxması-na şərait yaradıldı. İqtisadi göstəricilərlə qeyd etsək, Süveyş kanalı istifadəyə verilməmişdən öncə Ukrayna Respublikası-nın Odessa şəhərindəki limandan Hindistan Respublikasının Bombey limanına gəmilər Aralıq dənizi və Cəbəllütariq bo-ğazından keçərək Afrika sahilləri üzrə 11878 mil məsafə ge-dirsə, Süveyş kanalı istifadəyə veriləndən sonra həmin kanal ilə gəmilərin Bombeyə qədər 4198 mil məsafə getməklə əv-vəlki daşınmayla müqayisədə 7690 mil və ya məsafəni 65% qısaltdı. XX əsr 90-cı illərdə bu kanalın vasitəsi ilə 350 mln. tondan çox dünyanın ayrı-ayrı dövlətlərinə yüklər aparılmış-dır.
Amerika dövlətləri arasında dəniz nəqliyyatları ilə yük daşınmasının faydalılığını yüksəltmək üçün 1904-1914-cü illər ərzində Panama kanalının çəkilməsi başa çatdırılmış-dır. Panama kanalının uzunluğu 82 kilometr eni 150-305 metr, dərinliyi isə 18 metrdir. İllik yük dövriyyəsi 170 milyon ton kilometrdir. Panama kanalının istismarı Amerika dövlət-lərarası iqtisadi əlaqələrinin faydalılığını təmin etməklə bir-likdə, Avropa, Asiya dövlətləri arasında dəniz nəqliyyatı ilə
Beynəlxalq nəqliyyat əməliyyatları
yüklərin əlverişli yollarla daşınmasını təmin etməklə, dövlət-lərin iqtisadi inkişafına təkan vermişdir. Panama kanalının istismarı Amerika dövlətləri arasında xeyli miqdarda əlveriş-siz dəniz yollarının ixtisarına şərait yaratmışdı. Məsələn, Nyu-York və San - Fransisko arasında məsafə Magellan bo-ğazından keçən daşınmada 13107 mil olmuşdusa, Panama kanalından istifadə edəndən sonra 5263 mil oldu və əvvəlki daşınmaya müqayisədə 7844 mil və ya 60% məsafə ixtisar edildi. Həmçinin, Ağ dənizlə -Baltik dənizi arasında Baltik kanalı (uzunluğu 227 km) çəkilməsi Avropa ölkələrinda yük-lərin həmin kanal vasitəsilə bir başa dünya okeanına çıxma-sına imkan yaratmaqla bir neçə dəfə yükləmə boşaltma əmə-liyyatını aradan qaldırmışdır.
Müasir beynəlxalq daşımalarda dəniz daşımalarının tutduğu yer, əsas dəniz nəqliyyatı marşrutları, iri limanları və dəniz kanalları. İqtisadi cəhətdən inkişaf etmiş dövlətlərin bir çoxunda güclü infrastruktura malik dəniz nəqliyyatı sek-torunun və beynəlxalq dəniz daşımalarının potensialı forma-laşdırılmışdır. Məsələn, Böyük Britaniyada və Yaponiyada ümumi beynəlxalq ticarət daşınmalarının 98%-i, ABŞ ərazi-sində isə 90%-i dəniz nəqliyyatına aiddir. Ümumi yanaşıl-dıqda isə beynəlxalq yük daşınmalarının 60 %-dən çox hissə-si gəmiçilik nəqliyyatı sektorunun payına düşür. Bəzi bey-nəlxalq nəqliyyat təşkilatının məlumatında XXİ əsrin birinci onilliyinin yekununa görə dünya üzrə ümumi yük dövriyyə-si intensivliyi il ərzində orta hesabla 31000-32000 milyard ton/km qeyd edilmişdir. Bu dövriyyələr hesabına dünya üz-rə daşınan yüklərin ümumi həcmi hər il orta hesabla 5100-5200 milyon ton olmuşdur.
Dünyanın bir çox dəniz sahili dövlətlərində güclü inf-rastrukturu olan beynəlxalq yük daşınmaları infrastrukturu
Elçin Eyvazov, Nərminə Balabəyova
və böyük dəniz limanlarının inşa edilməsinə şərait yaratmış-dır. Məlumdur ki, dünyanın ən güclü infrastrukturlu beynəl-xalq dəniz nəqliyyatı qovşaqları Atlantika okeanında forma-laşmışdır.
ABŞ və Qərbi Avropa, Aralıq dənizi və Şimal və Nor-veç dənizləri arasında olan istiqamət üzrə böyük həcmdə yükdaşınma əməliyyatı dövriyyəsi diqqət cəlb edir. Başqa böyük dəniz nəqliyyatı infrastrukturu olan Sakit okean payı-na beynəlxalq dəniz daşınmalarının 25 %-i düşür. Okeanda ABŞ və Kanadanı Şərqi və Cənub-Şərqi Asiya ilə əlaqələndi-rən Sakit okeanın istiqamətini, ABŞ-ın Atlantika okeanı sahil-lərini Panama kanalının və Havay adalarının hesabına Yapo-niyanı birləşdirən istiqamətini, Avstraliya ilə Yaponiyanı və Şərqi Asiyanın digər dövlətlərini əlaqələndirən Transokean istiqamətinin güclü potensialını göstərmək mümkündür. Də-niz gəmiçiliyi ilə yükdaşınmalarda üçüncü yerdə Hind okea-nıdır və o dünya dəniz daşımalarında 15% yer tutur. Süveyş kanalı ilə Avropadan Asiyaya və Avstraliyaya aparılan bey-nəlxalq yükdaşınmaları xüsusi əhəmiyyət kəsb edir. Dünya dəniz limanının ümumi sayı bir sıra mənbədə 10-15 mindən çox qeyd olunsa da, beynəlxalq yükdaşınmalarda vacib əhə-miyyətli liman sayının 2200-2250 olduğu qeyd olunur. Bu li-manların 900-ü Avropa, 500-ü Amerika, 400-ü Asiyada və qalan limanlar başqa ərazidə fəaliyyətdədir. Böyük dəniz li-manına xarakterik olan başlıca xüsusiyyətlər, onların ayrı-ayrı yük qəbul edə bilməsinin və yerləşdirməsinin, qruplaş-dırmasının və sortlaşdırmasının imkanları olmasıdır.
Dünyanın ən böyük limanından- illik yük dövriyyəsi 100 milyon tondan artıq olan bir qrup universal dəniz lima-nına misal olaraq, Sinqapuru (illik yük dövriyyəsi 325 mlnton), Rotterdamı- Niderland(320), Yeni Orleanı-ABŞ-da
Beynəlxalq nəqliyyat əməliyyatları
(225), Şanxayı-Çində (185), Syanqanı-Çində (175), Tibanı-Ya-poniyada (170), Hyustonu-ABŞ-da (160), Naqoyanı-Yaponi-yada (155), Ulsanı-Koreyada (150), Antverpeni-Belçikada (130), İnçxonu-Koreyada (120), Pusanı-Koreyada (115), İoko-qamanı- Yaponiyada (115) Qaosyunu - Tayvanda (115), los-Ancelesi - ABŞ-da (115) və s. göstərmək olar.
Məlumdur ki, dünya dövlətlərinin beynəlxalq daşın-malarda əsas potensial göstəricisindən biri də geniş imkana malik yükdaşıma gəmiləri parkının mövcudluğudur. Yapo-niyada gəmi sayı 8650-yə, Panamada - 6140-a, ABŞ-da - 5640-a, Rusiyada - 4700-ə, Çində - 3290-a, Sent-Vinsent və Qrena-dada - 2440-a, Koreyada- 2430-a, Norveçdə - 2360-a, Filippin-də-1950-yə, Sinqapurda -1750-yə, Liberiyada - 1630-a, Malta-da - 1570-ə, Kiprdə -1560-a, Yunanıstanda -1500-ə, İtaliyada - 1400-ə, Baham adalarında - 1300-ə, Türkiyədə -1150-yə, Dani-markada -1050-yə, Almaniyada - 1030-a, Hindistanda - 970-ə, Tayvanda - 680-ə, Malayziyada - 630-a çatmışdır.
Bəzi dünya dövlətlərində iqtisadi inkişaf prosesi sü-rətləndikcə beynəlxalq dəniz daşınmalarına tələbatın çoxal-ması zəruri şərt kimi iştirak edir. İqtisadi tərəqqi proseslərin-də strateji hədəfi olan bir qrup region dövlətləri dünya okean sularının beynəlxalq dəniz daşınmaları imkanlarından fay-dalanmaq məqsədilə dənizi və çay hövzələrini bir-birilə əla-qələndirən və onları okean sularına birləşdirən vasitəçi su kanalının tikintisinə xüsusi əhəmiyyət vermişlər. Beynəlxalq dəniz nəqliyyatının faydalı təşkil olunmasında və beynəlxalq yük daşınmaları marşrutların diversifikasiyalaşdırılmasında dəniz kanalları və körfəzləri böyük əhəmiyyətə malikdirlər. Buna misal olaraq, Süveyş və Panama kanallarını qeyd et-mək olar.
Elçin Eyvazov, Nərminə Balabəyova
Süveyş kanalı keçmiş SSRİ-nin bilavasitə iştirakı ilə inşa edilmiş və Misirdə eyni adlı boğazdan başlayıb, Afrika ilə Asiyanı birləşdirərək, şimaldan cənuba Port-Səidən Qır-mızı dənizdən Süveyşə qədər uzanmaqdadır. Kanalın uzun-luğunun 161 km, dərinliyinin 17 m və eninin 120-150 metr ol-duğunu qeyd etmək lazımdır. Bu kanalda üstün spesifik xas-sələrindən biri də - Aralıq dənizi və Qırmızı dənizin eyni sə-viyyəyə malik olmasına görə su axını məqsədilə xüsusi şlyü-zün inşa edilməsinə ehtiyac olmaması ilə izah olunur. Bu ka-nalda illik beynəlxalq yükdaşınmaların həcmi 250-260 mil-yon ton və gəmi sayının 20 mindən artıq olduğunu vurğula-maq olar. Bu kanal vasitəsilə daşınan yüklərin əsas hissəsi Fars körfəzindən Avropaya çatdırılan neft və neft məhsulla-rıdır. Qeyd olunan məhsulların Avropanı enerjidaşıyıcılarla təhciz etməsində vacib əhəmiyyətli olması Süveyş kanalının beynəlxalq statusunu artıran ünsürlərdən biridir. Kanaldan istifadənin başqa əhəmiyyəti də beynəlxalq yük daşınmala-rında yol məsafələrinin azaldılması və zamana qənaət olun-masıdır. Bu ünsür həm də beynəlxalq yük daşınmalarının maya dəyərinin xeyli azaldılmasına şərait yaradır.
Panama kanalı - Panama boğazından çəkilən süni su yoludur. Bu kanalı Atlantik okeanı və Sakit okeanı birləşdir-mək üçün çəkmişlər. Kanalın inşası 1904-1914-cü illər ərzin-də ABŞ tərəfindən reallaşdırılmışdır. Kanalın uzunluğu 82 kilometr, eni 105- 305 metr, ən dayaz yeri 12 metr, yük döv-riyyəsi ildə təqribən 200-205 milyon ton, gündəlik gəmi-nin dövriyyəsi 40 ədəd 65-70 min ton gəmilər olmaqla, 9 sa-atlıq yoldur. Kanalla Sakit okeana başlıca olaraq neft və neft məhsullarının, kömürün, koksun, metalın və metal filizinin, fosforitlərin, taxılın, maşınların və s. Aparılmasını qeyd et-məliyik. Panama kanalı ilə reallaşdırılan beynəlxalq daşınma
Beynəlxalq nəqliyyat əməliyyatları
əməliyyatlarında ABŞ-ın rolu xüsusi fərqlənir. Bu dövlət öz ticarətinin 14 %-ni, həm də Çili-34 faizini, Ekvador 65 faizini Panama kanalı ilə reallaşdırır. Qeyd edək ki, 1977-ci ilədək Panama kanalına nəzarət hüququ əsasən ABŞ-a məxsus ol-muşdur. 1977-ci ildə imzalanmış yeni müqaviləyə görə ABŞ-ın bu statusuna son qoyulmuşdur. 1999-cu ildə Panama ka-nalı ümumiyyətlə Panama Respublikasının mülkiyyətinə keçmişdir.
Baltik və Şimal dənizi arasında çəkilən Kil kanali Al-maniyada fəaliyyət göstərir, Kil buxtası və Elba çayının aşağı sahillərini birləşdirir. Kanal 1896-cı ildə istifadəyə verilib, onun uzunluğu 99 km, dərinliyi 11 metr və eni isə 160 metr-dir.
3.2. Beynəlxalq dəniz daşınmalarının əhəmiyyəti. Dəniz daşınmaları dünya iqtisadiyyatında nəqliyyat
təminatında ən davamlı, əhəmiyyətli və fasiləsiz işləmək im-kanı nəqliyyat növü kimi xarakterizə edilir. Qeyd olunan nəqliyyat növünün ayrı-ayrı nəqliyyat vasitəsində qeyri-standart parametrləri olan yüklərin daşınması məqsədilə nəqliyyat rejimi və beynəlxalq nəqliyyat marşrutunu forma-laşdrmaq mümkündür.
Beynəlxalq dəniz daşımaları daha universaldır, az və-sait tutumludur. Yüklərin daşınması məqsədilə təbii vasitə-lərdən istifadə edilməsi əlavə istismar xərci tələb etmir. Də-niz nəqliyyatının yollarının buraxılıcılıq xarakteri demək olar ki, tükənməzdir. Xüsusi yanacaq və enerji xərci azlıq təşkil edir, bunun səbəbləri dəniz yolllarının maneəsiz olması nəti-cəsində gəminin yük götürmə qabiliyyətinin daha yüksək ol-masıdır. Beləliklə beynəlxalq dəniz daşımalarının müsbət tə-rəfləri bunlardır: təbii yollara malik olması, daşımaların ma-
Elçin Eyvazov, Nərminə Balabəyova
ya dəyərinin aşağı olması, yük götürmə qabiliyyətinin yük-sək olması, yolların maneəsiz, keçilən olması, həmçinin bəzi dünya dövlətlərinin okean suları ətrafında olduğunu nəzərə alsaq, coğrafi cəhətdən dəniz nəqliyyatı belə dövlətlər üçün strateji-həyati əhəmiyyətlidir.
Beynəlxalq dəniz daşımalarının mənfi tərəfləri: dəniz sahilində iri liman təsərrüfatının yaradılması zəruriliyi, qeyd olunan nəqliyyat növü ilə daşınma zamanı yüklərin limana çatdırılması və ya limandan təyinat məntəqəsinə aparılması kimi birinci və sonuncu əməliyyat avtomobil nəqliyyatı ilə aparılır. Başqa nəqliyyat vasitəsi ilə müqayisə edildikdə istis-mar sürəti çox azdır (təxminən saatda təxminən 22-23 km/sa-at). Məhsulların dəqiq vaxtında təyinat məntəqəsinə çatdırıl-maması yük daşımalarının məhdudluğu kimi mənfi tərəfi vardır.
Dəniz nəqliyyatının özünə məxsus spesifik xassələri mövcuddur ki, bunlar da aşağıdakılardan ibarətdir:
öz aralarında quru sərhədi olmayan və ya tranzit imkanı məhdud olan dövlətlər beynəlxalq mal mübadilələri-ni beynəlxalq dəniz daşınmaları ilə təşkil edirlər;
nəqliyyat məsrəfləri içərisində çox ucuz olması onun rəqabət qabiliyyətliliyinin öncədən artdığını təmin edən ünsürlərdəndir;
● ağır texnika, gübrə, taxıl, başqa böyük həcmli dənli, toz formalı maye və başqa ayrı-ayrı yükün qitələr arası bey-nəlxalq daşınmalarında dəniz nəqliyyatının mühüm dərəcə-də üstünlüklərinin mövcud olması;
● dəniz konteyner daşınmaları beynəlxalq təyinatlı yükün “qapıdan qapıya” təslim şərtlərinin təmin olunmasın-da effektivlidir və s.
Beynəlxalq nəqliyyat əməliyyatları
Yüklərin dəniz daşınmaları dedikdə - ayrı-ayrı yüklə-rin dəniz nəqliyyatı vasitəsilə daşınması anlaşılır. Dəniz da-şımaları müxtəlif növ gəmilərlə həyata keçirilir ki, bunlar da aşağıda qeyd olunanlardan ibarətdir:
1.Yük gəmiləri - bura aiddir:
əsas yüklərin daşınması üçün universal təyinatlı
gəmilər;
konteynerlərin, təkərli texnikaların daşınması üçün istifadə edilən rolkerlər,
konteynerlərdəki böyük həcmli yüklərin daşımaq üçün konteynerdaşıyıcıları;
qarışıq olaraq dəniz və çay daşınmalarında yük da-şınması məqsədilə lixterdaşıyıcıları;
meşə məmulatları daşıyıcıları;
dəmiryol vaqonlarındakı yükü daşımaq üçün pa-
romlar;
tikinti obyektləri üçün ağırçəkili və iri həcmli yük-ləri daşımaq məqsədilə gəmilər;
səpilən yükləri daşıyan balerlər;
ı) refrijator gəmiləri
neft və başqa maye kimyəvi yükləri daşıyan tankerlər,
2) sərnişin gəmiləri,
3) buzqıran gəmilər
4) hidroqrafik gəmilər
5) köməkçi gəmilər
6) xilasedici gəmilər
51
Elçin Eyvazov, Nərminə Balabəyova
3.3. Beynəlxalq dəniz daşımalarının reallaşdırılması formaları və rəsmiləşdirilməsi qaydaları
Müasir beynəlxalq nəqliyyatın ayrı-ayrı növləri ara-sında dəniz nəqliyyatı daha öncə meydana gəlmişdir, daha universal nəqliyyat növüdür, xarici ticarət yüklərinin daşın-ması zamanı əsas nəqliyyat vasitəsi hesab edilir.
Dəniz nəqliyyatı 2 cür reallaşdırılır:
tramp gəmiçiliyi; -xətt gəmiçiliyi.
Tramp gəmiçiliyi müntəzəm olmayan daşınmaları re-
allaşdırır, qeyri-müntəzəm gəmiçilik adlanır. Tramp gəmiçi-liyinə əsasən dəniz gəmisi müvafiq hərəkət cədvəli olma-dan, dəyişən, hər hansı istiqamətdə, tək-tək reyslər həyata keçirir. Tramp gəmiçiliyinin əsas xassələrindən biri, həyata keçirdiyi daşımalara əsasən ödənilən haqq gəminin sahibi ilə yüklər sahibinin qarşılıqlı razılığı əsasında müəyyənləşdiri-lir.
Xətt gəmiçiliyi ilə müntəzəm daşınmalar reallaşdırılır, ona müntəzəm gəmiçilik də deyilir. Xətt gəmiçiliyində dəniz gəmisi bəzi limanlar arasında qabaqcadan elan olunmuş cəd-vəllər üzrə hərəkət edir yaxud vaxtaşırı reyslər yerinə yeti-rir.
Gəmiçiliyin formalarından asılı olaraq, beynəlxalq də-niz nəqliyyatında daşımaların 2 növü vardır:
-müntəzəm daşınmalar;
-qeyri-müntəzəm daşınmalar.
Dəniz nəqliyyatı vasitəsilə yük daşınmasının iki növü fərqlənir:
-çarter daşıması;
-konosament daşıması.
Beynəlxalq nəqliyyat əməliyyatları
Konosament isə müntəzəm daşınmaların, çarter qey-ri-müntəzəm daşımaların hüquqi rəsmiləşdirilmə formasıdır. Çarter və konosament müqavilə sənədi adlanır. Çarter daşın-maları beynəlxalq nəqliyyat konvensiyaları ilə yox, müxtəlif dövlətlərin daxili nəqliyyat hüququ vasitəsilə tənzimlənir.
Çarter anlayışı və onun vacibliyi. Tramp gəmilərinin reallaşdırdığı beynəlxalq dəniz daşınmaları çarter daşımaları adlanır. Ümumi dəniz daşınmalarının bəzi hissəsi çarter da-şınmalarının payına düşür.
Çarter iki əsas funksiyanı həyata keçirir:
- dənizlə yük daşınması müqavilələrinin təsdiq olun-
ması
daşıyıcı tərəfindən yükün qəbul olunmasını təsdiq edən qəbz rolunu oynaması.
Çarter konsamentdən fərqli olaraq yüklərə sərəncam-verici funksiya həyata keçirmir, qiymətli kağız hesab olun-mur. Çarter vasitəsilə böyük partiya və kütləvi yük (kömür, neft, taxıl və s.) aparılır.
Çarterin iki əsas növü vardır:
1. Reys çarteri,
2. Taym-çarter.
Reys çarteri dedikdə gəminin bir hissəsi, bir reys və ya bir neçə ardıcıl reys ilə dənizlə yük daşınması məqsədilə verilməsi anlaşılır. Fraxtedənin əsas vəzifəsi yükü nəzərdə tutulmuş müddətdə yükvurma limanına çatdırmalı, fraxt məbləğini ödəməkdən ibarətdir. Gəmi sahiblərinin isə əsas vəzifələri gəmini yükləmə üçün nəzərdə tutulan vaxtda mü-vafiq limana təqdim etməkdən, yükləri təyinat limanına aparmaqdan ibarətdir. Reys çarterinin yarımnövlərindən biri ardıcıl reys şarteridir. Ardıcıl reys çarteri aşağıdakı hallarda həyata keşirilir: nəqletmə üçün təqdim edilən yükün miqdarı
Elçin Eyvazov, Nərminə Balabəyova
çox olur, gəmi həmin yükü bir neçə reys üzrə daşıya bilir. Taym-çarter - gəmi sahibinin gəminin və gəmi heyəti üzvü-nün xidmətlərinin müəyyən müddətliyinə (1-2 ay və yaxud 1-2 ilə) fraxtedənə kirayəyə verməsidir. Bu zaman fraxtedən yalnız gəminin kommersiya istismarını həyata keçirir. Daşın-malı olan yük, yükün həcmi və gəminin təşkil etdiyi reyslə-rin sayı kimi məsələlər fraxtedən tərəfindən həll olunur. O, taym-çarter əsasında bütün yükləri nəql edə bilər, ancaq bir şərt ilə, qeyd olunan yükün daşınması qadağan olunmasın. Taym-çarterin bir neçə yarım növə bölünür:
1.Trip- çarter
2. Dimayz -şarter
Trip-çarter dedikdə gəminin bir reys müddətinə kira-yələnməsi başa düşülür. Dimayz-çarterin taym-çarterdən fərqi heyətsiz gəminin kirayələnməsidir. Dimayz-çarter mü-qaviləsi imzalanan hallarda fraxtedən gəminin kommersiya istismarını və texniki istismarını həyata keçirir.
Standart çarter formaları. Çarterlər 2 hissəlidir. 1-ci hissəyə standart adı verilir. Standart hissə çarterin əsas his-səsidir, yükün növlərinə əsasən tərtib edilir, bu zaman müx-təlif yük növləri üzrə daşımaların xüsusiyyətləri nəzərə alı-nır. 2-ci hissəyə isə addendum adı verilir. Çarterin bu hissə-sində gəminin fraxt olunmasına və yükün nəql olunmasına aid bəzi şərtlər nəzərdə tutulur.
3.4. Beynəlxalq gəmiçilikdə konosament daşımaları-nın hüquqi tənzimlənməsi
Konosament beynəlxalq xətti (müntəzəm) gəmiçilikdə yük daşımasının rəsmiləşdirilməsi anında istifadə olunan başlıca nəqliyyat (daşıma) sənədidir. Qeyd olunduğu kimi, gəminin bir hissəsinin fraxt edilməsi çarter vasitəsilə rəsmi-
Beynəlxalq nəqliyyat əməliyyatları
ləşdirilir. Dəniz vasitəsilə yük daşınması bu şərt olmadan da reallaşdırıla bilər, bu halda daşınma iştirakçısı arasında mü-nasibət konosament vasitəsilə rəsmiləşdirilir.
Konosomentlə ayrı-ayrı növlü (cins) yüklər (özü də kiçik partiya ilə) daşınır. Konosoment bir neçə funksiyanı həyata keçirir:
1-ci - sübutedici əhəmiyyəti olan nəqliyyat (daşıma) sənədidir.
2-ci - onun qəbz rolunda iştirak etməsi, yəni yüklərin daşınmaq məqsədilə daşıyıcılar tərəfindən qəbul edilməsini və gəmiyə yüklənməsini təsdiq etməsi
3-cü - mallara sərəncamverici sənədin olması və kono-samentin qiymətli kağız formasında tanınmasını əlaqələndi-rir.
Konosament deyildikdə dəniz vasitəsilə yük daşınma-sı müqavilələrinin mövcud olmasını, yüklərin daşıyıcılar tə-rəfindən qəbul olunmasını, gəmiyə yüklənməsini təsdiq edən, daşıyıcıların üzərinə yükü yükalana təqdim etmək və-zifəsini qoyan nəqliyyat sənədi nəzərdə tutulur.
Konosamentdən həm də çarter daşımalarında da isti-fadə olunur ki, belə hallarda yükalan və konosament daşıyı-cı arasındakı, çarter isə gəmi sahibi ilə fraxtedən arasındakı münasibətləri yoluna qoyur. Deməli, o, universal xarakterli nəqliyyat sənədidir.
Konosamentin bir neçə növü vardır: -adsız (təqdim edənə) konosament; - adlı konosament;
-orderli konosament.
Adlı konosament dedikdə konkret yük sahibinin adı-na yazılan nəqliyyat sənədi anlaşılır. Belə olduqda yükə olan sahiblik digər şəxsə verilə bilər. Adsız konosament dedikdə
Elçin Eyvazov, Nərminə Balabəyova
onun sahibi olan müəyyən bir şəxsə yükü almağa, ona sərən-cam verməyə hüquq verən nəqliyyat (daşınma) sənədi anla-şılır. Belə konosament kimdədirsə, o şəxs də yükə sərəncam verə bilər. Onu kim təqdim edərsə, yükü həmin adam ala bi-lər. Adsız konosament yükün sırf nəzərdə tutulan şəxs tərə-findən alınmasına heç bir təminat vermir. Bu səbəbdən də ondan az hallarda istifadə edilir.
Orderli konosament sənədinə görə daşıyıcı yükü bu işdə səlahiyyətli olan şəxsin (yükgöndərənin yaxud yükala-nın) göstərişinə əsasən təhvil verir. Konosamentin bu növü indossament vasitəsilə (başqa sözlə desək, bu sənəddə veril-mə qeydi etməklə) qarşı tərəfə verilə bilər.
Konosamentin 2 növü ayırd edilir:
-çarter konosamenti;
-xətt konosamenti.
Çarter konosamentindən istifadə edilən vaxt fraxte-dən (yükgöndərən) və daşıyıcı arasındakı qarşılıqlı əlaqələr çarter vasitəsilə tənzimlənir. Xətt konosamenti dənizlə yük daşınması müqavilələrinin bütün iştirakçılarının (daşıyıcıla-rın, yükgöndərənlərin və yükalanların) arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir.
Konosamentin qeyd-şərtsiz olub-olmamasına əsasən 2 növü vardır:
-təmiz olmayan konosament;
-təmiz konosament.
Daşıyıcının yükün vəziyyəti haqda müəyyən bir ira-dını əks etdirməyən sənəd təmiz konosament adlanır.
Yükün vəziyyəti haqda gəmi kapitanının qeydləri olan sənəd təmiz olmayan konosament sənəd adlanır, kono-samentdə bu cür bir qeyd oluna bilər ki, qəbul olunmuş yük
|