Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru


Tapşırıq: Verilmiş varianta (Cədvəl1.10) uyğun olaraq siklonun hesabatını aparmalı. 1.6. Köpüklü toztutucunun hesabatı



Yüklə 1,74 Mb.
səhifə10/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   59
Mühəndis ekologiyası kitabı

Tapşırıq: Verilmiş varianta (Cədvəl1.10) uyğun olaraq siklonun hesabatını aparmalı.
1.6. Köpüklü toztutucunun hesabatı
Köpükli toztutucular nəm toztutucu aparatlara aid olub, adətən toz hissəciklərinin əsas hissəsi siklonlarda çökdürüldükdən sonra toztutma prosesinin ikinci mərhələsində tətbiq edilir.

Köpüklü qaztəmizləyicidə qaz axını mayeyə daxil edilir, içərisində toz hissəcikləri olan qabarcıqlara parçalanır. Qabarcıqlar hərəkət edən zaman toz hissəcikləri qabarcıqların xarici, nəm səthinə aparılaraq islanır və qazdan yuyularaq kənarlaşır. Köpüklü qaztəmizləyicinin barmaqlığının deşiklərində qazın sürəti 6 – 13 m/san. təşkil edir. Barmaqlığın üst tərəfində qazın sürəti 1...3,5m/san. hüdudunda saxlanılır. Barmaqlıqda maye layının hündürlüyü 50 mm-dən, köpüklənmiş layın hündürlüyü isə 200 mm-dən artıq olmur. Sənayenin istehsal etdiyi köpüklü qaztəmizləyicilərin barmaqlığının sahəsi 2 və 3m2 olur.

Belə təmizləyici aparatlarda çirkli qaz barmaqlığın alt tərəfindən daxil olur, barmaqlığın deşiklərindən keçərək maye və köpük layından keçir, toz hissəciklərinin qaz qabarcıqlarına çökməsi hesabına təmizlənir. Barmaqlıqların deşiklərinin diametri 3-8mm və sərbəst en kəsiyi 0,15-0,25 m2/m2 –dır.

Aparatın iş rejimi qazın barmaqlığın altına verilməsi sürətindən asılıdır. 1m/san. sürətinə qədər köpüklənmə rejimi müşahidə olunur. Qazın sürətinin sonrakı 2-2.5m/san.- yə qədərki artımı maye üzərində köpük layının əmələ gəlməsi ilə müşayət olunur ki, bu da qazın təmizlənməsinin və çamurun aparatdan kənarlaşmasının səmərəliliyinin yüksəlməsinə səbəb olur.

Müasir köpüklü qaztəmizləyici aparatlar xüsusi su sərfiyyatı 0,4-0,5l/m3 olduqda qazları kiçik dispersliyə malik tozlardan 95-96% təmizləməyə imkan verir [3,4].

Toztutucunun gövdəsinin en kəsiyi dairəvi və ya düzbucaqlı ola bilər. Dairəvi en kəsik sahəsi qazın müntəzəm paylanmasını, düzbucaqlı en kəsik sahə isə mayenin müntəzəm yayılmasını daha yaxşı təmin edir.

Şəkil 1.5-də köpüklü qaztəmizləyicinin sxemi verilmişdir.

Köpüklü toztutucuların hesabatı zamanı aparatı en kəsik sahəsi S, qazı təmizləmək üçün tələb olunan su sərfiyyatı L, köpük layının H hündürlüyü və çamuru kənarlaşdıran astananın h hündürlüyünun aparatın normal işini təmin edən qiymətləri müəyyənləşdirilir [5].


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin