Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru


Tapşırıq: Verilmiş variantlara uyğun olaraq (Cəd.1.4) horizontal rəfli tozçökdürücü kameranın hesabatını aparmaq. 1.5. Siklonun hesabatı



Yüklə 1,74 Mb.
səhifə8/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   59
Mühəndis ekologiyası kitabı

Tapşırıq: Verilmiş variantlara uyğun olaraq (Cəd.1.4) horizontal rəfli tozçökdürücü kameranın hesabatını aparmaq.

1.5. Siklonun hesabatı
Siklon sənayedə və bir sıra tozsoran modellərində qazları və mayeləri asılı toz hissəciklərindən təmizləmək üçün istifadə olunan havatəmizləyicidir. Siklonlarda təmizləmə prinsipi mərkəzdənqaçma və qravitasiya quvvələrindən istifadəyə əsaslanır. Siklonlar bütün toztəmizləyici aparatlar içərisində ən geniş yayılmış və sənayenin bütün sahələrində istifadə olunur.

Əksaxınlı sadə siklon (Şək.1.4) gövdə 1, konusvari hissə 2, çirkli havanın giriş boğazlığı 3 və təmizlənmiş havanın çıxış borusu 4 kimi əsas elementlərdən ibarətdir.



Qaz və toz hissəciklərinin siklonda hərəkət sxemi (qırmızı ox - çirklənmiş qazın hərəkəti; göy ox – təmizlənmiş havanın hərəkəti; nöqtələr – toz hissəcikləri)

Siklonun iş prinsipi belədir: tozlanmış qaz axını siklonun gövdəsinin slindrik hissəsindəki giriş boğazlığından 20-30 m/san sürətlə tangensial istiqamətdə aparata daxil olur. Tangensial giriş sayəsində hava axını təmizlənmiş hava borusunun ətrafında fırlanma hərəkəti əldə edir. Mərkəzdənqaçma qüvvəsinin təsiri altında toz hissəcikləri qaz axınından ayrılaraq aparatın divarlarına çırpılır və qravitasiya qüvvəsinin təsiri altında spiralvarl şəkildə toz toplamaq üçün bunkerə (sxemdə göstərilməyib) çökür. Tozlardan təmizlənmiş qaz axını aşağıdan yuxarıya doğru hərəkət edərək işlənmiş (təmiz) qaz borusundan çıxaraq kənarlaşır. Toplanmış toz sonradan təkrar emala gedə bilər.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin