Dərs vəsaiti GƏNCƏ 2019 elmi redaktoru


Tozçökdürücü kameranın hesabatı



Yüklə 1,74 Mb.
səhifə7/59
tarix02.01.2022
ölçüsü1,74 Mb.
#37377
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   59
Mühəndis ekologiyası kitabı

1.4. Tozçökdürücü kameranın hesabatı
Qaz axınının tərkibindəki asılı toz hissəciklərinin tozçökdürücü kameralarda çökməsi (oturması) ağırlıq qüvvəsinin təsiri altında baş verir. Hissəciklərin çökmə hündürlüyünü azaltmaq üçün kameraların daxilində 40-100mm məsafədən bir qaz axınını yastı şırnaqlara parçalayan horizontal (üfiqi) rəflər quraşdırılır.Qravitasiyalı çökmə yalnız iri (50-100mkm) hissəciklərin çökdürülməsi üçün yararlıdır və təmizləmə dərəcəsi 40-50% təşkil edir. Bu üsul əsasən qazların kobud təmizlənməsi üçün yararlıdır.

İsti soba qazlarını təmizləmək üçün çoxrəfli tozçökdürücü kameralar geniş tətbiq edilir. Tozçökdürücü kamera (Şəkil 1.3) gövdə 1, rəflər 2, bunker 3, əksetdirici 4 və tənzimləyici jalüzdən 5 təşkil ibarətdir.

Çirklənmiş qaz axını nisbətən kiçik diametrli giriş boğazlığından kameraya daxil edilir. Bu zaman qaz axını kameranın en kəsik sahəsini tam doldurmalıdır. Bu şərti ödəmək üçün xüsusi arakəsmələr-rəflər nəzərdə tutulur.Tozlarla çirklənmiş qaz kameradan 0,2-1,5 m/san. sürətlə keçir və toz hissəcikləri ağırlıq qüvvəsinin təsiri ilə aparatın aşağı hissəsində çökür.

Toz hissəciklərinin çəkisi çox az olduğu üçün onların çökmə sürəti də çox kiçikdir.Ona görə də, qazın kameranın uzunluğu boyunca üfiqi istiqamətdə sürəti v axının laminar rejiminin təmin olunması şərtindən seçilir. Bunun üçün aşağıdakı şərtinin ödənilməsi zəruridir:

, m/san. (1.21)
burada, lh - uyğun olaraq tozçökdürücü kameranın üzunluğu və eni, m-lə;

vh- toz hissəciyinin uçuş sürəti, m/san.

Bir qayda olaraq, havanın kameradaki sürəti 0,2-0,5m/san. hüdudlarında olmalıdır. .

Reynolds əmsalı aşağıdakı ifadədən təyin edilir [1]:

, (1.22)
Burada: ωç – kürəşəkilli hissəciyin çökmə sürəti m/san;

d - kürəşəkilli hissəciyin diametri, m;

ρ – mühitin sıxlığı, kq/m3;

μ - mühitin dinamiki özlülük əmsalı, Pa x s.
Digər tərəfdən də Reynolds əmsalını Todes tənliyindən də təyin etmək olar:

, (1.23)
Burada: Ar – Arximed əmsalıdır.

, (1.24)


burada, ρh – hissəcik materialının sıxlığı, kq/m3 .

Reynolds əmsalının (2) ifadəsindən məlum olunmuş qiymətinə və (1) ifadəsindən alınmış ifadəyə(4) əsasən ωç - hissəciklərin çökmə sürətini təyin etmək olar:

(1.25)
Əgər, Arximed əmsalı şərtini ödəyərsə, o zaman hissəciklərin çökmə sürətini hərəkətsiz qaz mühitində kürəşəkilli hissəciklərin ağırlıq qüvvəsinin təsiri altında laminar rejimdə çökməsinə uyğun gələn Stoks formulu ilə hesablamaq olar:

(1.26)
Tozçökdürücü kameranın tələb olunan çökmə sahəsi Fç, m2 aşağıdakı şəkildə hesablanır:

(1.27)


Burada: Q - həcmi qaz sərfiyyatı, m3/san;

– həqiqi çökmə sürəti m/san.

Təxmini hesablamalarda qəbul edilir.

Tozçökdürücü kameranın rəfləri arasındakı məsafə - h bu şəkildə hesablanır:

, m (1.28)
burada: τ – qazın kamerada qalma müddəti, san .

(1.29)

burada: L – tozçökdürücü kameranın uzunluğu, m –lə;



ωx – qazın rəflər arasındakı xətti sürəti, m/san.

Kameranın uzunluğunu kameranın B enini qəbul etməklə kameranın Fç çökmə sahəsinə görə hesablanır:



, m (1.30)
Konstruktiv mülahizələrə görə kameranın uzunlığu L və eni B arasındakı nisbət kafi olmadıqda kameranın enini dəyişərək (L/В ≈ 2)hesabat yenidən aparılır.

Qazın rəflər arasındakı xətti sürəti aşağıdakı formul ilə təyin edilə bilər:



(1.31)
burada: Q – qaz sərfiyyatı, м3/san;

B – kameranın eni, m;

H – kameranın hündürlüyü, m.

Kameranın hündürlüyü - H kameranın uzunluğuna- L bərabər, yəni H=L qəbul edilir.

Rəflər arasındakı məsafə - h (7) formuluna görə təyin edilir.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin