Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


Məntiq nitq mədəniyyətinin əsası kimi



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə19/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Məntiq nitq mədəniyyətinin əsası kimi 
Nitqin təfəkkür 
əsasına toxunmadan nitq mədəniyyətindən danışmaq mümkündür­
mü? Əgər hətta danışanın ədəbi normalara qüsursuz əməl etdiyini 
nəzərdə tutsaq, məntiqsiz, məntiq elminin əsas qanun və qaydala­
rına əməl olunmayan nitq yaxşı hesab oluna bilərmi?
M əntiq də ritorika kimi, insan haqqında ən qədim elmlərdən bi­
ridir, o düzgün təfəkkürün qanun və formalarını öyrənir. «Məntiq», 
«məntiqi» anlayışları dünyada artıq çoxdan düşüncənin, ağlın və 
təbii əlaqələrin sinoniminə çevrilmişdir.
M əntiq dərketmənin, intellektin və onun inkişafının aləti kimi 
çıxış edir. Belə ki, hələ e.ə. IV əsrdə Aristotel özünün «Məntiq» 
əsərində məntiqi silsilələrin elə bir səviyyəsinə nail olmuşdu ki, 
onlar heç də hər bir müasir natiqə müəssər olmamışdır.
Köhnə ritorikalarda söyləniləcək nitqin fikri, məntiqi qurulu­
şunun normaya salınması kəşf adlanırdı. Sadəcə xəyal, fantaziya
43


yox, təfəkkür əsasının yaradılması, yaradıcılıq hesab edilirdi: bi­
rinci mühakimə özündən sonrakı mülahizəni hazırlayır, 
m əntiqi
zəncir
yaradırdı.
Bu gün nitqin fikri əsası eyni məntiqi qanunlar əsasında for­
malaşır və orta, hətta bəzi hallarda ali məktəblərdə məntiqin 
öyrənilməsindən imtina edilsə də, məntiq qanunları və qaydaları 
humanitar və xüsusilə təbiət fənləri, bədii ədəbiyyat, publisistika, 
hətta danışıq dili vasitəsilə insanlar tərəfindən mənimsənilir, çünki 
dil məntiqlə son dərəcə sıx bağlıdır və cümlələrin əsasında məntiqi 
konstruksiyalar dayanır.
Dil şüurla, nitq təfəkkürlə əlaqədardır, onlar bir-birindən ay­
rılmazdır.
Nitqin qurulmasında istifadə edilən əsas məntiq növləri:
• 
Form al m əntiq
- təfəkkür formalarını: anlayışlar, onların 
tərifləri, hökmlər, onların birləşməsi, əqli nəticələr, sillogizmlər, 
ümumiləşdirmələr, nəticələr və s. öyrənir;
• 
D ialektik m əntiq
- təfəkkürü onun inkişafında, ziddiyyətlərdə, 
sübut və təkziblərdə, diskussiya və polemikalarda, mübahisələrdə, 
əksliklərin mübarizəsində öyrənir;
• 
R iyazi m əntiq -
mücərrəd quruluşlarda yüksək dəqiqlik 
və etibarlılığı təmin edən riyazi modelləri tətbiq etməklə eyni 
vəzifələri yerinə yetirir.
Nitq aktında, deməli həm də ritorikadakı qanun və qaydalar 
fikri və dil konktruksiyalannın, yəni cümlələrin, ifadəüstü quruluş­
ların, mürəkkəb sintaktik məntlərin, mətn hissələrinin, ən nəhayət, 
bütün mətnin düzgünlüyünü təmin etməyə yönəldilib.
Bu mənada məntiq ümumi nitq mədəniyyətinin bir hissəsidir, 
çünki təfəkkür məntiqi öz funksiyasına görə dil normasına uy­
ğundur. Hər ikisi insanlar arasında intellektual əlaqələrin etibar­
lılığım təmin edir, həm onda, həm də o birində, adətən, ünsiyyət 
təcrübəsində yol verilən səhvlərin siyahısı və tipologiyası vardır.
Antik ritorikada topikaya (bir fikri ifadə etmək üçün ümumi 
dəlillərdən istifadə etmək bacanğı) böyük əhəmiyyət verilirdi. 
Aristotelin kitablarından biri də belə adlanır. Ritorikada istifadə 
edilən top, yaxud «ümumi yerlərdən» nümunələr:
44


a) cins və növ, onların subordinasiyası;
b) səbəb və nəticələr, onlardan istifadə;
c) əlamətlər, xassələr, keyfiyyətlər, onlardan istifadə.
M ətnin məntiqi qurulmasının yazan, yaxud danışanın nə
şəkildə isə əldə etdiyi faktlara, dürüst materiala ehtiyacı var. M a­
terialın mənbələri - subyektin illərdən bəri, onilliklərlə topladığı 
ümumi təhsilliliyi və mədəniyyəti, həyat təcrübəsidir.
Birinci, başqa adamlar tərəfindən toplanmış bilvasitə təcrübə, 
ikinci bilavasitə subyektin özü tərəfindən toplanmış təcrübədir.
Birinci üstünlük təşkil edir və bu da təbiidir; lakin nitqdə, 
söylənilən mülahizələrdə, xüsusilə də elmi, siyasi, işgüzar, kütləvi 
mətnlərdə, bu təcrübələrin hər ikisinin birləşməsi, materialın 
seçilməsi və onun quruluşunun müəyyənləşdirilməsi baş verir. Bu 
prosesdə mülahizənin məqsədi, danışanın mövqeyi və məntiqi, nit­
qin aparatı və mexanizmləri aparıcı yer tutur.
Mülahizənin qurulmasındakı məntiqi vasitə 
plandır,
ilkin plan 
sxematik və 4-5 bənddən ibarət olur, sonradan, toplanmış mate­
rial artdıqca və quruluşu formalaşdıqca, seçim, qaydaya salma 
prosesində plan tədricən mürəkkəbləşir, ona yanm m addələr əlavə 
olunur.
Planlar sadə, mürəkkəb və kiçik - mikromövzulu, yəni daha 
kiçik hissələrə ayrılması mümkün olmayan şəkildə olur. Plan 
nəinki zəruridir, hətta qaçılması mümkünsüzdür: insan psixikası­
nın, şüurlu fəaliyyətin xüsusiyyəti belədir.
İnsan quruluş verdiyi, yaratdığı hər şeyi əvvəlcə modelləşdirir, 
sxem, plan şəklində qeyd edir (bununla o, məsələn, öz şanını həmişə 
eyni həndəsi şəkildə quran, lakin bunu instinktiv şəkildə edən (hər 
halda, insanlar an haqqında belə düşünürlər) andan fərqlənir).
Planı mütləqləşdirmək lazım deyil: onun vəzifəsi - xidmətidir. 
Söylənilən nitqdə yaxud yazılmış mətndə plan, adətən, əks olun­
mur. Lakin «Mən həmişə plansız yazıram» deyənlər səhv edir
çünki fikrimizdə plan hər halda mövcud olur; əgər plana kifayət 
qədər diqqət yetirilirsə, mətnin keyfiyyəti yüksəlmiş olur.
Plana müvafiq olaraq, mətn fəsillərə, bölmələrə, yanmbölmə- 
lərə, nəhayət, abzaslara bölünür, şifahi ifada isə fasilələrlə ayn-
45


lir. Fikrin və nitqin qurulması ilə bağlı bütün bacarıqlar da m üəllif 
əməyinin və ünsiyyətin mədəniyyətini təmin edir.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin