Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


II mərhələnin əlamət və göstəriciləri



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə44/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

II mərhələnin əlamət və göstəriciləri: 
a) hər iki tərəf üçün 
eyni dərəcədə məqbul olan bir mövzunun tapılması (əsas əlamət); 
b) zaman-zaman eyni mövzuya qayıdılması; c) ümumi söz və ifadə
97


fondunun meydana gəlməsi; ç) inkişaf edən maraqlar dairəsində 
və hər iki tərəfi maraqlandıran məsələ ilə bağlı keçirilən söhbət 
zamanı ayrı-ayrı ifadə və söz birləşmələri ixtisar olunur (əməli ola­
raq, bəzi ifadələrin yalnız başlanğıcını söyləmək kifayət edir ki, 
həmsöhbətiniz onu davam etdirə bilsin); f) bu mövzu üzrə məlumat 
axını qəflətən yada düşən xatirələr xarakteri alır.
II m ərhələnin nəticələri Qarşılıqlı anlaşmanın yaranması hə­
mişə ünsiyyət və yaxınlaşmaları davam etdirmək arzusu doğurur, 
gələcəkdə mümkün qarşılıqlı fəaliyyət sahəsini genişləndirmək 
üçün ilkin «dayaq məntəqələri» yaradır.
Eyni bir maraqla bağlı müntəzəm ünsiyyət gələcəkdə davam 
edə biləcək ilkin qarşılıqlı fəaliyyətə yardım göstərir (əməkdaşlıq 
tipi üzrə). Bu üslubun söhbətin digər mövzularına da keçməsi üçün 
zəmin və imkanlar əmələ gəlir.
I I I m ərhələ Ünsiyyətin prinsiplərinin müəyyən edilməsi.
III 
mərhələnin əsas vəzifəsi ünsiyyətin fərdi prinsipləri haqqında mə­
lumat mübadiləsi və tərəfdaşlarınızın əsas və qiymətli keyfiyyət­
lərinin seçilməsindən ibarətdir.
Həmsöhbətinizin ünsiyyətin prinsipləri kimi təqdim etdiyi hər 
şey (namusluluq, düzlük və s.) sizin tərəfinizdən qəbul edilməlidir. 
Bu onda təkcə indi sizin tərəfinizdən söylənilən prinsipləri (və si­
zin bəyan etdiyiniz şəxsi keyfiyyətlərinizi) yox, həm də sizin son­
radan söyləyəcəklərinizi qəbul etməyə hazır olmaq fikrini forma­
laşdırar. Bununla da, tədricən qəbul edilənlik mövqeyi sabitləşər.
Ш mərhələdə tərəfdaşımzla münasibətlərinizin bir sıra müsbət 
və mənfi amilləri olacaq.
M üsbət amillər.
a) hamı üçün qəbul edilə bilən ən ümumi prinsiplərin («Mən 
üzüyolayam», «həmişə müzakirələrə hazıram», «düşünürəm ki, 
hər halda, hər şey qaydasına düşəcək», «mən sözü üzə deyənəm», 
«belə hesab edirəm ki, sərt danışmaq lazım deyil, insanlar inciyə 
bilər» və s.) təklif edilməsi;
b) insandan gözlənilən keyfiyyətlərlə üst-üstə düşən keyfiy­
yətlər nümayiş etdirmək; əgər danışan dinləyənə xoş olan fikirlər 
səsləndirirsə, onların başqasına təsir qüvvəsi artır;
98


c) təklif olunana sürətlə və müsbət cavab verilməsi, bir qayda 
olaraq, verilən məlumata yüksək maraq doğurur.
M ənfi amillər.
a) yerinə yetirilməsinə təminat verilməyən keyfiyyətlərin 
təsvir edilməsi;
b) avtoritar keyfiyyətlərin nümayiş olunması;
c) təklif edilən keyfiyyətləri təhlil etmək təşəbbüsü:
ç) tərəfdaş tərəfindən irəli sürülən prinsiplərlə bağlı şübhələrin 
ifadə olunması (onların mövcudluğuna, ifadə edilmə səviyyəsinə, 
səmimiliyinə şübhə etmək).

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin