Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə45/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

I ll mərhələnin mexanizmləri 
III mərhələnin mexanizmləri 
üçün münasibətlərin hər bir iştirakçısında tərəfdaşına nümayiş 
etdirə biləcəyi bir sıra keyfiyyətlərinin mövcudluğu anlayışı­
na malik olması əsasdır. Hər ikiniz ünsiyyət üçün zəruri olan və 
gələcəkdə də əməl edəcəyiniz keyfiyyətləri nümayiş etdirirsiniz. 
Qəbul edilmiş davranış xəttinə tabe olaraq, siz məqsədyönlü şəkildə 
taktik ideyalarınıza ziyan gətirə biləcək arzuolunmaz hərəkətlərə 
meylləri yatırmalı olacaqsınız.
Bu mərhələdə sizin aşağıdakı prinsiplərə əməl etməyiniz çox 
mühümdür.
Hazır olma prinsipi
- həmsöhbətin istənilən məlumatını qəbul 
edib nəzərə almağa hazır olmaq məqsədində əks olunur. Təklif 
olunan hər şeyi həmişə qəbul etməyə hazır olmaq həmişə tərəfdaş 
tərəfindən yüksək qiymətləndirilir.
Özü haqqında cavab məlumatı prinsipi.
Bu prinsip ondan 
ibarətdir ki, öz-özlüyündə dialoq forması almış hər hansı ünsiyyət 
fikir mübadiləsinin özünəməxsus ritmini yaradır. Bununla əlaqədar, 
hər hansı qarşılıqlı məlumatın verilməsi tərəfdaş tərəfindən onun 
sözlərinin qəbul edilməsi kimi qiymətləndirilir və söhbətin normal 
inkişafına təkan verir.
Öz keyfiyyətlərini tədricən açıqlama prinsipi.
Bu prinsip on­
dan ibarətdir ki, siz tərəfdaşımza bütün keyfiyyətləriniz barədə 
tədricən, müəyyən ardıcıllıqla məlumat verirsiniz. Ayn-ayn key­
fiyyətləriniz tərəfdaşımz tərəfindən anlaşılmaqla yanaşı, həm də 
gələcəkdə onun tərəfindən bir növ «mənimsənilir», yəni sonradan
99


onun keyfiyyətlər sistemi ilə uyğunlaşır. Məhz buna görə də, onla­
rın hamısını birdən «yatırmaq, boğmaq» lazım deyil. Yoxsa sizin 
haqqınızda düzgün olmayan fikir formalaşa bilər: «qayğısız insan­
dın), «təzyiq edəndin), «sakitləşə bilməyən adamdın) və s.
«Çəkinmək» (neqativ mənada) prinsipi.
Hətta əgər əlinizdə 
bunun üçün kifayət qədər material varsa belə, vaxtsız fikir for­
malaşdırmaqdan çəkinmək lazımdır. Bu, həm də tərəfdaşınız haq­
qındakı məlumatlan hansısa kateqoriyaya («çoxbilmiş adamdın), 
«sirrini içində saxlayan adamdın) və s.) uyğunlaşdırmaq kimi 
xoşagəlməzliklərdən uzaq olmağa kömək edər. Nəzərə alsaq ki, 
hər bir insan müəyyən dövrdə başqalan qarşısında fərqli görünmək 
istəyir, ona belə b ir imkanı verməliyik.
Əslində, sizin bu vəziyyətdəki taktikanız neytral maraqlardan 
şəxsi mənaya malik olan maraqlara keçməni təmin etməkdir. Siz 
tərəfdaşınızın vermək istədiyi məlumatı tam həcmdə ala bilmənizi 
təmin etməlisiniz («arzuolunan keyfıyyətlən)).
Həm də, çalışmaq lazımdır ki, tərəfdaşınızda onun verdiyi 
bütün məlumatlann nəzərə alınmasına inam yaransın. Məsələn, 
belə demək olar: «Görürəm ki, siz çox ünsiyyətlisiniz», «Siz səmi­
misiniz», «Siz başqalarının nəzər-nöqtəsini başa düşürsünüz», «Siz 
tez uyğunlaşırsınız», «Şadam ki, sizdə mənim üçün çox qiymətli 
olan xüsusiyyətləri gördüm».

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin