1
kimi şübhə altına alırsınız. Bununla birtərəfli miüdafıəyə tələb ya
ranır. Belə şübhələr üçün səbəb yenicə söylənən mülahizədə han
sısa gözlənilməz uyğunsuzluq aşkarlandıqda meydana çıxır. Hətta
yalnız bir fakt üzrə də şübhə yaranıbsa, onu həmin an söyləmək
lazımdır - bu halda tərəfdaşınız onu yerindəcə aradan qaldırmağa
calışacaq.
«Ziddiyyətlərin müqayisə edilməsi
»
üsulu,
insanda müstəqil
mülahizə yürütməyə meyli fəallaşdırmaq lazım gəldikdə, ona
şəxsi «ziddiyyətləri» kimi təqdim edilməsi mümkün olan bütün
ziddiyyətləri qarşılaşdırmaq mümkündür. Təbii ki, bunları əvvəlcə
toplamaq lazımdır. Bu, qarşı tərəfə gözləmə vəziyyətindən çıxmaq
imkanı yaradar. Adətən, insana sözlərindəki ziddiyyətləri göstər
məklə, onu danışmağa vadar etmək olar.
«Diaqnostik suallar» üsulu.
Başqa insanlann xasiyyət və
keyfiyyətləri ilə bağlı suallarınız tərəfdaşınızı onların xüsusiy
yətləri haqqında öz rəyini söyləməyə vadar edir, bununla da siz
onun mənfi keyfiyyətlərə münaisbətini eşitmiş olursunuz və onun
ətrafdakılann davranışının düzgünlüyü haqqında anlayışları aşkar
lanır.
«Mübahisəyə çağırış» üsulu
ondan ibarətdir ki, siz hər hansı bir
səbəb üzündən mübahisə etməyə başlayırsınız, bu halda kəskin fikir
mübadiləsi baş verir. Hər iki tərəfin adi etirazları elə bir şərait yaradır
ki, tərəflərdən hər biri qarşı tərəfin təsirinə müqavimət göstərir və öz
dəlillərini söyləyir. Mübahisə və mövqelərin müdafiəsi həmsöhbətdə
öz təsir və ya müdafiə üsullarını yatırmaq meyli doğurur.
«
Sərbəstləşmə» üsulu.
Bəzən insan özü haqqında danış
mağa hazırdır, lakin eyni zamanda özünü narahat, inamsız hiss
edir və söhbəti nədən başlayacağım bilmir. Bu hallarda diqqəti
kənar mövzulara yayındırmaqla gərginliyi aradan qaldırmaq
məqsədəmüvafiqdir.
Dostları ilə paylaş: