Lakin bu heç də onların düzgün, yaxud yanlış, yerində, yaxud
yersiz, anlaşıqlı, yaxud mənasız, müəyyən mövzuya aid, yaxud
heç bir şeyə
aid olmayan, cavab tələb edən, yaxud ritorik (cavaba
ehtiyacı olmayan) ola bilməsi mənasını vermir.
Sualların çoxunda əlavə informasiya, alternativ olanlar arasın
da seçim edilməsi tələb olunur. Adətən, belə suallar «yoxsa» tip
li suallar adlanır. Onların məntiqi forması aşağıdakı şəkildə olur:
A yoxsa B?(Azərbaycan dilində bəzən “mı” ədatı “yoxsa”nı əvəz
edir.) Məsələn: «Siz öz məzuniyyətinizi istirahət evində, yoxsa id
man düşərgəsində keçirirsiniz?» Belə suallar ayırıcı adlanır. Bəzən
ayırıcı suallar daha mürəkkəb formada olur: «Ahəqiqətənmi B-dir,
yaxud C-dirmi?» Yaxud: «Üçbucağın bütün bucaqlarının iti yaxud
kor bucaq olması doğrudurmu?» Bu zaman ayırıcı suallann yanlış
olmaması qaydasına əməl edilməsi zərurəti meydana çıxır. Sadə
ayırıcı sualda (A, yaxud B?) soruşulan alternativlərdən biri
həqiqi
olmalıdır. Əks halda, bütün sual
yanlışa
çevrilir.
Mürəkkəb ayırıcı «Ahəqiqətənmi В ...» sualında alternativlərdən
biri təsdiq olunmalıdır. Əks halda bu sual da yanlışa çevrilmiş olar.
Sualın tam olması üçün tələb edilən alternativlərin sayı kifayət
qədər olmalıdır. Belə ki, üçbucağın bucaqlan haqqındakı sualı
yanlış hesab etmək olmaz, lakin o,
tam deyil, çünki iti və kor bu
caqlardan başqa düz bucaqlar da mövcuddur.
Suallar təkcə yanlış, yaxud yarımçıq yox, həm də
m ənasız
ola
bilər, məsələn, «Üçbucağın bütün bucaqlarının qırmızı, yaxud ya
şıl olması doğrudurmu?» sualı da «İsti, möhkəm və ağdırmı?» sua
lı kimi mənasız (düşünülməmiş) suallar sırasına aiddir.
Sual tələbin bir növü, cavab isə tələb edilən məlumatın təqdim
edilməsidir (yaxud əksinə). İstənilən sualda əldə edilməsi tələb
olunan informasiyaya yönəlmiş ünsür mövcuddur.
Doğrudur,
çox zaman bu yönəldilmə dolayısı ilə, aydın olmayan şəkildədir.
Məsələn, «Ververley» romanım kim yazıb?» sualında bu adda bir
romanın mövcudluğu nəzərdə tutulur və əgər belə bir roman möv
cuddursa, deməli, onun müəllifi də olmalıdır.
Yuxanda qeyd edilən sual mövcud informasiyaya əlavələr
olunmasını tələb edən suallara aiddir.
Belə suallann qrammatik
282
əlaməti «kim?», «nə zaman?», «Nə üçün», «kim tərəfindən?» və s.
kimi bilavasitə sual sözləri olacaq.
Bu növ suallarda da onlann düzgünlüyü haqqında fikir
yürütmək imkanı verən ünsürlər mövcuddur. Bu, hər şeydən əvvəl,
sualın hissələrinin məna uyğunluğu ilə bağlıdır. Əgər bu uyğunluq
pozulmuşdursa, sual yanlış olur.
Müəyyən mülahizənin həqiqiliyini dəqiqləşdirən suallar möv
cuddur. Məsələn, «Marsda həyat varmı?» Belə sualların qramma
tik əlaməti mı (4) sual ədatıdır. Onlar elə «mı sualları» adlandırılır.
Düzgünlük tələbi bu növ suallara da aid edilir.
Digər sual növləri sırasında
şərti
sualları da göstərmək müm
kündür. «Naqilin müqaviməti artdıqda şəbəkədəki gərginliyin art
ması doğrudurmu?» Belə sual aşağıdakı şəkildə olur: «Əgər A ...,
ondaB»;
Dostları ilə paylaş: