Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə115/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   111   112   113   114   115   116   117   118   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

loqos 
və 
pafosla 
yanaşı, elmi ritorikanın digər mühüm kateqoriya­
sını göstərirdi - bu, 
etos 
idi.
276


8.3. Ə saslandırm a
Əsaslandırmanın taktikası 
Əsaslandırmanın taktik bölümü 
onun praktik formalarının öyrənilməsinin ekspozisiyalarından bi­
rini izah edir.
«Taktika» termini, adətən, hərbi hazırlıq və fəaliyyətin 
nəzəriyyə və təcrübəsinin, ictimai-siyasi, idman və ümumiyyətlə, 
mübarizənin məqsədinə nail olmağın, düşmən üzərində qələbənin 
üsul və vasitələrini özündə ehtiva edir.
Taktika anlayışı həmçinin strategiya adlanan ümumi, böyük 
xətt çərçivəsində hansısa xüsusi məqsədə çatmaq vasitələrini 
xarakterizə edir.
Əsaslandırmaya tətbiq edildikdə, taktikanı müəyyən metodi­
ka, fəaliyyət sxemi, niyyət, süjet kimi dəyərləndirmək olar.
Taktika, 
əw əla,
öz dəlillərini maksimum səmərəli şəkildə 
keçirməyə; 
ikincisi,
qarşı tərəfin dəlillərinin təsirliliyinin aşağı 
düşməsinə nail olmağa; 
üçüncüsü,
seçilmiş metodikaların kömə­
yilə dəlillər mübadiləsinə fəal şəkildə nəzarət etməyə; 
dördüncü­
sü,
taktikaya ümumi strateji məqsədləri ifadə etməyə imkan verən 
üsul, yaxud üsullar sistemindən ibarətdir.
Taktik üsulların xüsusiyyəti onların opponentə qarşı bitərəf 
mövqedə olması və əsaslandırmanın səmərəli qaydalarının heç bi­
rini pozmamasıdır.
Ən ümumi taktik tövsiyə «
Qarşı tərəfə çətinliklər yarat»
prin­
sipidir.
D igərtaktiküsul - «öz məqsədləri üçün qarşı tərəfin dəlil və ehti­
yatlarından istifadə edilməsi»dir. Bu, qarşı tərəfin dəlillərinin onun 
öz tezislərini təkzib etmək üçün tətbiqi, onun əsaslandırmalarının 
məqsəd, vasitə və motivlərinin aydınlaşdırılması üçün istifadəsi 
mənasını verir.
Daha geniş yayılmış taktik üsullardan biri 
dəlillərin m ərkəz­
ləşdirilm əsi üsuludur.
Onun mahiyyəti «Güc birlikdədir!» prinsipi 
ilə ifadə olunur. Bu üsul öz tərəfinə elə dəlillərin toplanmasıdır ki, 
onların hər biri digərlərindən asılı olmayaraq, öz tezisini müdafiə,
277


yaxud qarşı tərəfin tezisini təkzib edir və həqiqi xüsusiyyətlərinə, 
həqiqi əsaslarına, təfsir üsuluna görə qruplaşdırılır.
Dəlillərin mərkəzləşdirilməsi taktik üsulunun tətbiqinin eyni 
zamanda bir neçə məqsədi vardır.
Onlardan birincisi məzmuna aiddir. O, müzakirə obyektinin 
hərtərəfli öyrənilməsi zərurəti ilə şərtlənir.
İkinci məqsəd taktik məqsədin özüdür, o, qarşı tərəfin əsaslar 
silsilənizin bir hissəsinə fəal hücumlar etməsi şəraitində (hətta 
uğurlu olsa belə) bu hücumların təsirini minimuma endirir.
Belə üsul digər dəlillər və tezisə zərər vermədən hücuma məruz 
qalaraq təkzib edilmiş dəlildən, «Kral öldü - yaşasın kral» prinsipi 
üzrə imtina etməyə imkan verir. Dəlil təkzib edilir, lakin o, digər 
dəlillərin, bütünlükdə dəlillər sahəsinin əsaslandırılmış olmasının 
üzərinə şübhə kölgəsi salmır. Daha doğrusu, hətta əsaslandırılmış 
tezisin etibarlılığına inam yaradır.
Əgər şəxsi dəlillərinizin mərkəzləşdirilməsi taktik uğura səbəb 
olursa, qarşı tərəfin dəlillərinin mərkəzləşdirilməsi buna əks-təsir 
göstərir. Qarşı tərəfin bu üsulu neytrallaşdırması (zərərsizləşdir- 
məsi) vasitəsi dəlillərin mərkəzləşdirilməsinin pozulması ola bilər.
Onun mahiyyəti dünyanın özü kimi qədim olan «Parçala, hökm 
sür» prinsipindən ibarətdir. Konkret əsaslandırma təcrübəsində 
bu prinsipin tətbiqi qarşı tərəfin qüvvələrinin parçalanması, onun 
mövqeyinin bütünlüyünün pozulmasında ifadə olunur.
Göstərilən üsulun tətbiqi qarşı tərəfin dəlillər sistemində zəif 
hissənin axtarılması və məhz həmin hissəyə, birincisi zəif dəlili 
«yıxmaq», ikincisi, qarşı tərəfin ərazisindəki zəif hissənin digər 
hissələrlə əlaqəsini aşkarladıqda, bütünlükdə əks mövqenin əsas­
landırılmasına şübhə kölgəsi salmaqdan ötrü məqsədyönlü hücum­
larla şərtlənir.
Belə üsul yalnız o zaman səmərəli olur ki, zəif dəlilin digər 
dəlillər və ümumilikdə başlıca mövqeyin əsaslandırılması ilə uy­
durma yox, həqiqi əlaqələrini tapmaq mümkün olsun. Lakin bu, 
hazırlıq işinin ünsürlərindən yalnız biridir.
Mərkəzləşdirmənin pozulması üsulunun tətbiqinə hazırlıq işi­
nin digər zəruri hissəsi bu əlaqənin illüstrasiyasıdır. Bu, protokola
278


yazdırılma, diqqəti cəlb edən xüsusi vurğulama (kütlə qarşısında 
diskussiya üçün), buna həsr olunmuş xüsusi sual, mətbuatda çap 
edilmə və s. ola bilər. Yalmz bundan sonra dəlillərin mərkəzləş- 
dirilməsinin pozulması üsulunun dağıdıcı qüvvəsinə güvənmək 
mümkündür.
Şərti olaraq 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin