Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə114/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   110   111   112   113   114   115   116   117   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Məzmunlu təsir üsulları
1. M üzakirə edilən problem
Problemin meydana gəlməsinə aid mülahizələr, onun məz­
mununun şərh edilməsi, mürəkkəblik, öyrənilmə, əhəmiyyət sə­
viyyəsinin qiymətləndirilməsi.
• Müzakirə edilən problemin əhəmiyyətinin yüksəldilməsi 
(«Bü məsələ çox mühümdür və təcili həllini tələb edir»);
• Əhəmiyyətin azaldılması («Məsələ aktual deyil»);
• Problemin formal aspektlərinin müzakirəsi («Bu problem 
öyrənilməyib», « Əvvəllər başqa qərar qəbul edilmişdi»),
2. Ç ıxış edənin nəzər-nöqtəsi
Problemin həlli yollan ilə əlaqədar çıxış edənin mövqeyinin 
xatırladılması. Problemin həllinə yanaşmanın formalaşdınlması, 
məsələnin həlli ilə bağlı şəxsi üsulunuz haqqında məlumat veril­
məsi, öz nəzər-nöqtənizin xeyrinə dəlillərin göstərilməsi.
• Problemin öyrənilməsinə aid ümumi yanaşmanın formalaş- 
dınlması və əsaslandınlması.
274


I
• Öz mövqeyinizin elan edilməsi və onun aşağıdakı şəkildə 
əsaslandırılması:
- mahiyyət üzrə dəlillərlə;
- nüfuzlu şəxsə aid dəlillərlə;
- çoxluğa aid dəlillərlə;
- təhtəlşüur mücərrədləşdirmə ilə - həqiqiliyi isbat edilən nəzər 
nöqtəsinin daha ümumi prinsipin təzahürü kimi təqdim edilməsi 
(«Bu məsələni gündəliyə daxil etməklə biz məntiqsizlik nümayiş 
etdirmiş oluruq»),
3. 
O pponentin nəzər nöqtəsi
Opponentin mövqeyinin formalaşdırılması və onun tənqidi.
• Problemə ümumi yanaşmaya etiraz etmə («Bu məsələni sırf 
əxlaqi baxımdan müzakirə etmək olmaz»),
• Opponentin mövqelərini təkzib etmə:
- qəti qiymətləndirilmə və damğaların vurulması («bu, kələkdir»);
- m üxtəlif növ dəlillərin köməyi ilə (yaxud opponentin dəlil­
lərinin yalan olmasının isbatı yolu ilə).
Mövqe təsiri üsulları
1. Çıxış edən
Çıxışın subyektinin sosial, cinsi, yaş, psixoloji və digər əla­
mətlərinə aid mülahizələr.
• Öz təşəbbüsü ilə çıxış edənə inamı artıran, onun əhəmiyyətini 
yüksəldən məlumatlann verilməsi («Mən bir həkim kimi təsdiq 
edə bilərəm ki...», «Biz, qanunu təmsil edənlər...»).
• Faktlar göstərməklə, yaxud başqa üsullarla çıxış edənin şəx­
siyyətinin tənqiddən müdafiə edilməsi («Biz bunu edə bilmərik, 
çünki...»).
2. O pponent
Opponentin şəxsiyyətinə aid mülahizələr (onun mənfi keyfiy­
yətlərinin xatırladılması, ünvanına hədələr və s ).
• Opponentə inamın aşağı düşməsi. Çıxış edənin fikrincə, qar­
şı tərəfi dinləyicilərin gözündən sala biləcək faktların göstərilməsi, 
yaxud «damğa vurulması» («Mən hökumətin tərkibində şeytan ol­
duğunu hiss edirəm», «demaqoqlar»).
275


Birbaşa opponentə xahişlə, razılaşmağa çağırışla, yaxud 
hədələrlə müraciət edilməsi («Mən hökuməti bu qanun layi­
həsindən imtina etməyə çağırıram»),
3. D inləyicilər
Birbaşa dinləyicilərə xahişlə, hədələrlə və s. müraciət edilməsi.
• Xahişlər, çağırışlar, tələblər - bunlar dinləyiciləri bilavasitə 
müəyyən fəaliyyətə yönəldən sözlərdir. Ya müzakirə edilən prob­
lemin məzmununa («Xahiş edirəm, mənim mövqeyimi müdafiə 
edəsiniz»), ya da diskussiyanın formal tərəflərinə («Düzgün və 
bitərəf olun») aid olur, bir-birindən nüfuzluluq dərəcəsinə görə 
fərqlənir.
• Aşağıdakı prinsiplə qurulan hədələr: «Əgər mənim fikrim 
qəbul edilməzsə, bu, gələcəkdə sizin üçün mənfi nəticələrə gətirə 
bilər».
• «Öz tərəfinə çəkmək» - ya dinləyicilərin əhəmiyyətliliyini, 
özünəhörmətini yüksəldən («Vaxtınızı uzun müddət almayaca­
ğam»), ya da çıxış edənə müsbət münasibət yaradan («Partiya­
nı təşəbbüslərin həyata keçirilməsinin təminatçısı hesab edin») 
fikirlər.
• M əcbur etmə («Siz bunu etməlisiniz»),
• Vadar etmə («Bunu bilməməyiniz mümkün deyil ki...»).
• «Emosional zərbə» - dinləyicilərin diqqətini cəlb etmək, ya­
xud onları təəccüb, çaşqınlıq vəziyyətinə salmaq məqsədilə onla­
rın emosional qıcıqlandınlmış reaksiyasını doğuran faktların çat­
dırılması.
Beləliklə, istənilən diskussiyanın gedişində onun bütün işti­
rakçılarına psixoloji təsir həyata keçirilir. Lakin strategiyaların, 
məzmun və mövqe təsirlərinin bütün çoxluğuna baxmayaraq
başlıca məsələ dəyişilməz olaraq qalır: opponentlərin fikirləri nə 
qədər fərqli olsa da, ehtiraslar nə qədər qızışsa da, hamı tərəfindən 
qəbul edilmiş etik sərhədləri pozmaq olmaz, çünki hələ Aristotel 

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin