Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə110/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   106   107   108   109   110   111   112   113   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Suallara necə cavab verməli
Sualların növləri
• Neytral, adətən məlumat, yaxud aydınlaşdırma tələb edən;
• Dostyana, deyilənə münasibəti dəyişdirən (məsələn: «De- 
diklərinizlə razıyam, amma biz nə edə bilərik?»);
• Antaqonist (düşməncəsinə). Adətən mübahisənin proloqu, 
yaxud sizin dediklərinizlə razılaşmamağı bildirir («Siz düşünür­
sünüz ki...»).
Suallara cavab zamanı aşağıdakıları nəzərə alın:
Təşəxxüslü görkəm almayın. Suallara sakitcə, dəqiq cavab 
verin. Əgər sual verənə təkəbbürlü münasibət göstərsəniz, bütün 
auditoriyanı öz əleyhinizə qaldıra bilərsiniz.
Neytral və dostyana suallan sadəcə informasiya verməklə ca­
vablandırın.
Düşməncəsinə suallar verənlərə onların niyə hər şeyə belə 
münasibət bəslədiyini başa düşdüyünüzü göstərin, şəxsən onlara 
qarşı heç bir mənfi münasibətiniz olmadığını və ümumi dil tapmaq 
istədiyinizi bildirin. Qoy sizin cavabınızın giriş hissəsi, məsələn, 
belə səslənsin: «
M ən bilirəm ki, bu fa ktla rla barışm aq çətindir, la­
kin sübutlar var. O nları sizin üçün təkrar edə bilərəmmi?»
Sualı diqqətlə dinləyin.
Sualı düz başa düşdüyünüzə əmin olmaq və hər bir dinləyicinin 
də onu eşitməsi üçün təkrar edin, yaxud başqa formada söyləyin.
Həm sualdakı, həm də verəcəyiniz cavabda səslənəcək termin­
lərin tərifini verin.
Əgər ehtiyac varsa, sualı bir neçə hissəyə ayınn və hər bir 
hissəyə ayrılıqda cavab verin.
Qısa və mahiyyətinə görə cavab verin. Düzünü deməyə çalı­
şın. Yeni heç nə əlavə etməyin.
Əgər sual verən sözünüzü kəsirsə, fasilə verin və onun sözünü 
bitirməsinə imkan yaradın, sonra öz cavabınıza davam edin, lakin 
onun sizi əsas məsələdən yayındırmasına imkan verməyin.
Əgər insan yenə də sizin sözünüzü kəsməkdə davam edirsə, 
mübahisə etməyin. Lakin çalışın cavabı başa çatdırasınız. Sizin 
dinləyiciləriniz onun kobudluğunu görərək sizin tərəfinizi tutacaqlar.
262


Əgər siz sualı artıq cavablandırmışsınızsa, amma yenə həmin 
sualı verirlərsə, dinləyicilərdən kifayət qədər dolğun cavab verib- 
vermədiyinizi soruşun.
Əgər onların cavabı müsbət olarsa, digər suala keçin. Yalnız 
bir sualı cavablandırın.
Əgər sual verən bir dəfəyə bir neçə sual verirsə, ondan han­
sının daha əsas olduğunu soruşun və həmin sualı cavablandırın. 
Hansı sualın cavabını daha yaxşı bilirsinizsə, ona daha ətraflı ca­
vab verin.
Əgər sualda yalan informasiya mövcuddursa (məsələn: «Sizin 
şirkətiniz əməkdaşları işdən çıxarır...»), bu faktı düzəldin, sonra 
suala cavab verin. Sual səhv informasiyadan qaynaqlandığı üçün, 
adətən, bu məsələ ilə bağlı daha sual olmur.
Cavablan öz nitqinizlə əlaqələndirin (məsələn: «Bayaq qeyd 
etdiyim kimi...»).
Əgər sual mübahisəlidirsə, ona birbaşa, öz mövqeyinizi 
müdafiə edərək cavab verin.
Sual verənə nitq söyləməyə imkan verməyin. Onu dayandınn 
və sualın nədən ibarət olduğunu soruşun.
Əgər kimsə sualını formalaşdırmaqda çətinlik çəkirsə, ona 
kömək edin.
Jarqon, xüsusi termin və ixtisarlardan istifadə etməyin.
Başqalarının nitqinizə müdaxiləsinə, yaxud fikirlərinizi ifadə 
etməsinə (məsələn: «Deməli, siz belə hesab edirsiniz ki...») yol 
verməyin. Dediyinizi təkrar, daha aydın şəkildə ifadə edin.
Tələsik vədlər verməyin.
Suallar üçün ayrılmış vaxtı bir və ya iki nəfərin zəbt etməsinə 
yol verməyin.
N itqinizi yarım çıq kəsən suallar olduqda:
• Fasilə verin, sözünüzü kəsən adamın səsini batırmağa çalış­
mayın;
• Əgər müəyyən bir əsas varsa, sizə söylənilən faktlarla razı­
laşın;
• Sözünüzü kəsənlərə sonra, ayrılıqda söhbət aparmağı təklif 
edin;
263


• Dinləyicilərə sizə nitqinizi tamamlamağa mane olan şəxsi 
sakitləşdirməyə imkan verin;
• Polemikaya girişməyin, sakit və obyektiv olaraq qalın;
• «Yara almağa» hazır olun, ancaq yaralandığınızı bildirmə­
yin;
• Heç vaxt sual verilməsini xahiş etməyin. Əgər suallar bitibsə, 
öz yekun sözünüzü təkrar edin. Əgər bunu etməsəniz, dinləyicilər 
gedərkən sonuncu eşitdiklərini - son suala cavabı xatırlayacaqlar.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin