Məşqə sərf olunan vaxtı qeyd edin. Sizə ayrılan vaxta uyğun
danışmağa çalışın. Çıxışı sürətləndirməyin. Yaxşı olar ki, həmişə
kinə nisbətən daha aramla danışasınız. Artıq materialı çıxarın və
çıxışın vaxtını qısaldın.
Bir-iki məşqinizi videokameraya yazın. Özünüzə obyektiv
şəkildə baxın.
Heç olmazsa, bir məşqi çıxış edəcəyiniz geyimdə edin, o halda
çıxış zamanı özünüzü rahat və inamlı hiss edəcəksiniz.
Videokasetə çəkilm iş məşqə baxarkən özünü yoxlam aq üçün
suallar
• Yaxşı vizual əlaqə yaradılmışdımı? Nəzərlərində bütün
dinləyiciləri əhatə edə bildimmi?
• Səsim canlı və maraqlı səslənirdimi?
• Mən təbii və ciddi görünürdümmü?
• Fikirlər sakit və məntiqi səslənirdimi?
• Əsas hissəni daha çox qabartmaq mümkün idimi?
• Nitqin məqsədinə nail olundumu?
• Jestlər sərbəst və yerində idimi?
• Tərzim, jestlərim və səsimlə əsəbiliyimi dinləyicilərə ötür
mədim ki?
• Çıxışda mənim dəlillərimi zəiflədən artıq sözlər səslənmədi
ki («bəlkə də», «yəni», «deməli» və s.)?
• Nitq dinləyiciləri söylədiklərimin mənasını başa düşməkdən
ötrü gərginlik keçirməyə məcbur edəcək qədər çox sürətli deyildi
ki?
• İdeyaların əhəmiyyətini qüvvətləndirmək, yaxud daha mü
hüm fikirləri ifadə etməkdən ötrü adi haldakına nisbətən daha
aramlı nitq sürətindən istifadə olundumu?
• Nitq dinləyicilər üçün aydın idimi?
• Əyani vəsaitlərdən yerində istifadə edildimi?
• Çıxışda müvafiq təəssürat yaranırmı? Geyimim lazımi təəs
sürata uyğun idimi?
Dostları ilə paylaş: