Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə104/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   100   101   102   103   104   105   106   107   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

Xarici görkəm 
«Üzündə aş yeməyəcəyik ki...». Cəlbedici ol­
mayan xarici görkəmlə yalnız barışmaq lazım gələcək. Həm də au­
ditoriyanı öz nitqi ilə cəlb etmək üçün gözəl olmaq vacib deyil. 
Lakin söz istəmək üçün ayağa qalxarkən siz xarici görkəminizin 
dinləyicilərin və şəraitin tələblərinə cavab verməsindən əmin ol­
malısınız.
Geyiminizin ekssentrik olmasına yol verməyin: onsuz da bü­
tün nəzərlər sizə dikiləcək. Qadınlar enli kənarları olan şlyapalarını 
və ümumiyyətlə, diqqəti cəlb edən hər cür papaq və baş örtülərini 
çıxarmalıdırlar. Kiçik papaqlar da lazım deyil. Əlcəklər və çanta 
yalnız mane olacaq. Həddindən artıq qısa ətək və hər cür vulqar 
geyim də səhnədəkinin xeyrinə deyil. Hərəkətlərin sərbəstliynə 
heç bir şey mane olmamalıdır.
Əyninizə dar olan, çiyin və əllərin hərəkətlərini məhdudlaşdıran 
kostyumlar geyməyin. Kişilər üzlərini tərtəmiz qırxmalı, ciblərin qa­
barıq durmasına səbəb olan artıq əşyalardan xilas olmalı, yan cib­
lərdən uclan çıxan qələm və karandaşlan çıxarmalıdırlar. Qadınlara 
çox cəlbedici bəzəklər taxmamaq məsləhət görülür. Geyimdəki 
təvazökarlıq «özünü gözə soxan» şıqlıqdan yaxşıdır. Təəccüb və pa­
xıllıq doğurmayın - bu sizin dediklərinizin qavranılmasına mane olar.
Davranış tərzləri 
Natiqin lazım olan davranış tərzi onun xari­
ci görkəmindən daha böyük əhəmiyyətə malikdir.
Dinləyicilər qrupu sadəcə insanlar toplumundan daha mühüm­
dür. O, diqqət psixologiyasının qanunlanna tabedir. Orada hər bir 
şəxs hamı kimi reaksiyaya tabedir: əlverişli, yaxud əlverişsiz. Təc­
rübəli natiqlər bunu mütləq nəzərə alır. Onlar bilir ki, əgər auditori­
yada maraq oyatmağa nail olublarsa, əhvali-ruhiyyənin təbii sirayət- 
ediciliyi onu mühafizə etməyə imkan verəcək. Onlar başa düşürlər 
ki, əgər bütün auditoriyanın diqqətini cəlb etməyə nail olmayıblarsa, 
onu özlərinin heç bir təsiri vasitəsilə yarada bilməyəcəklər.
245


Dinləyicinin psixologiyası belədir ki, o natiqdən başqa hallarda 
mövcud olandan daha çox şey tələb edir. İki, yaxud üç nəfər tanış 
söhbət edərkən onların söhbəti hər birinin fikir mübadiləsi zama­
nı sərbəstlik və bərabərlik şəraitində keçir. Nitqin söyləndiyi rəsmi 
şərait isə tamamilə başqadır. Burada sərbəstlik və bərabərlik yoxdur.
Dinləyici sizin çıxışınız müddətində güzəştə getməli, rahat­
lığını və vaxtını qurban verməli olduğunu da unutmur, fərdi bir 
şəxsiyyət olmasını da daxilən hiss edir. İctimai ədəb-ərkan qay­
dalarının onun üzərinə qoyduğu məhdudiyyətlər üzündən o özünü 
yalnız müvəqqəti olaraq natiqin hakimiyyətinə təslim edir.
Bəziləri iclasa arzularına rəğmən, yalnız borc hissinə tabe ola­
raq; bəziləri rəisinin, dostunun, ərinin, yaxud arvadının təkidi ilə 
gəlib. Aydındır ki, dinləyicilər natiqə qarşı xüsusi tələblər irəli sü­
rürlər: onlar natiqə baş rolu veriblər - natiq bunu nəzərə almalıdır.
Əgər o, qətiyyətsizlik göstərsə, laqeyd olsa və öz vəzifəsinə 
görə bir növ üzr istəmək tövrü nümayiş etdirsə, dinləyicinin gözlə­
mək hissi həmin an məyusluq, təəssüf hissi ilə əvəz olunur.
Dinləyici psixologiyasının daha bir xüsusiyyəti: onlar şəxsi 
söhbətin intim və ilıq atmosferinə çox tələbat duyurlar. Kütlə qar­
şısında məruzənin bir qədər gərgin, rəsmi şəraiti onların ürəyincə 
deyil.
Əgər natiq vəziyyəti dəyişmək üçün heç bir iş görməzsə, bunu 
onun günahı hesab edərlər. Dinləyicilər natiqin yad, quru münasi­
bətini minimuma endirərək auditoriya ilə mehriban tanış kimi ya­
xınlaşmasını istəyirlər.
Bir anlıq düşünün ki, natiq donmuş görkəmdə, nəzərlərini ta­
vana, yaxud təkcə görkəmi dinləyicini təşvişə salan bir qalaq ya­
zılı kağıza zilləyərək durarkən auditoriyanın əhval-ruhiyyəsini 
yüksəldə biləcək nə qədər imkanı qaçırmış olur. Natiq danışan 
aparat yox, canlı insan olmalıdır.
Siz dostyana və eyni zamanda işgüzar şərait yaratmaq bacarı­
ğına yiyələnməlisiniz. Siz təvazökar və eyni zamanda öz inamlan 
ilə ruhlanmış olmalısınız. Sizin çıxışdan qabaq dinləyicilərinizdən 
çəkinməyiniz, yaxud onlara inamsızlıq təlqin etməyiniz mühüm 
deyil; sizin bilavasitə işiniz onlarla əlaqə yaratmaqdır.
246


Duruş 
Heç də həmişə və heç də bütün natiqlər necə düzgün da­
yanmaq lazım gəldiyini bilmirlər. Özünüz müşahidə edin. Çoxmu 
iş yoldaşınız kütlə qarşısında çıxış şəraitindən daha az mürəkkəb 
olan hallarda düzgün duruş vəziyyəti ala bilir?
Əlbəttə, dostlannızla təsadüfi söhbətdə siz stula yayılaraq, 
hətta əl-ayağınızı sallayaraq, yaxud bütün bədəninizlə masanın 
üzərinə uzanaraq, yaxud qapının çərçivəsinə söykənərək dayanırsı­
nız. Lakin bu duruş vəziyyətlərindən heç biri dinləyicinin diqqətini 
cəlb edib saxlamağa yardımçı olmur.
Bundan başqa, kütlə qarşısında çıxış təcrübəsinə malik olma­
yan bəzi şəxslər vərdiş etmədikləri şəraitin gərginliyindən və sıxın­
tısından xilas olmaq üçün yeni, pis vərdişlərə yiyələnirlər. Yoxsa 
adi söhbət zamanı onlar heç bir zaman əsgər cərgəsində dayanmış 
kimi hərəkətsiz vəziyyət almaz, irəli və geri əyilməz, sağa-sola yır­
ğalanmaz, səbəbsiz olaraq bir yerdə ayaq döyməzdilər.
Lakin düzgün və rahat duruş vərdişi qazanılmışdırsa, sərf et­
diyiniz əmək həm sizin duruş vəziyyətiniz, həm inam duyğusu 
üçün çox faydalı olar, bütün çıxış boyu vərdiş etdiyiniz sabitlik, 
mütənasiblik, yüngüllük və mütəhərriklik yaranar.
Nəzərə alın ki, hərəkətlərin düzgün koordinasiyası və fikirlərin 
axını sizin fikirlərinizin gedişini qabaqlamalı, onlardan geri qalma­
malıdır. Nitqin daha ifadəli hissələrinin hərəkətlərinizlə müşayiət 
olunmasına nəzarət edin.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin