D axili narahatlığa həddindən artıq aludə olm a
Bu maneəni
aradan qaldırmaq, yaxud zəiflətmək üçün mütəxəssislər natiqə diq
qətini nitqin məzmununa istiqamətləndirməyi və bu zaman «Mənim
təmsil etdiyim mövqe mənim şəxsiyyətimdən daha mühümdür» fik
rini özünə təlqin etməyi məsləhət görürlər. Lakin bunun üçün, ən
azı, dəqiq, düşünülmüş mövqeyə malik olmaq lazımdır.
İm ka n la rın ın lazım ınca qiym ətləndir il m ə m əs i
Özünüzü çıxı
şa əla hazırlaşmış olmağınıza, mövzu üzrə toplanmış materialın
çox zəngin olduğuna və dinləyicilərə lazımi təsir göstərə biləcəyinə
inanmağa məcbur etmək lazımdır.
Yeri gəlmişkən, insanların başqaları tərəfindən anlaşılmaması
nın adi səbəblərindən biri onların ifadə etmək istədikləri fikri öz
lərinin lazımınca anlaya bilməmələridir. Bu səbəbdən, qarşıdakı
nitq ünsiyyətinə diqqətlə hazırlaşmaq öz imkanlarınıza inanmağa
imkan verər.
Təcrübə çatışm azlığı
Bunu yalnız bir vasitə ilə - təcrübə top
layaraq aradan qaldırmaq mümkündür. Təklif edilir ki, ünsiyyət
biliklərinizi bütünlükdə inkişaf etdirmək üçün istənilən imkandan
istifadə edəsiniz: tez-tez seminarlarda çıxış etmək, idman, siyasət,
mədəniyyət və başqa mövzularda, xüsusilə dostlarınızın əhatəsində
müzakirələrə qatılmaq və s. səmərəlidir
D inləyicilərin səhv qiym ətləndirilm əsi
Bəzi təcrübəsiz na
tiqlər auditoriyanın istənilən kiçik mənfi davranışını özlərinə pis
münasibət kimi qiymətləndirməyə meyillidirlər. Bəzən bu, həqiqə
tən də belə olur, lakin çox zaman auditoriya xüsusilə cavan, yeni işə
başlayan natiqə münasibətdə bitərəf, yaxud xeyirxah mövqe tutur.
Bu səbəbdən natiq dinləyiciləri pisniyyətli, bədxah adamlar kimi
yox, onu başa düşən tərəfdaşlar kimi qəbul etməyə hazır olmalıdır.
Dostları ilə paylaş: