Təsnifat
- tərifin növlərindən biridir. Bu, əşyaların, termin və
ya dəlillərin siniflər üzrə yerləşdirilməsinə aid məntiqi əməliyyatdır.
Təsnifatın məqsədi - anlayışın həcminin onun tərkibinə daxil olan
terminlərin sadalanması vasitəsilə açılmasıdır.
Kütlə qarşısında nitq anlayış və terminlərin məntiqi baxımdan
doğru şəkildə istifadəsini nəzərdə tutur. Anlayış ümumiləşdirmə,
əşyaların sinfinin ümumi əlamətlərinin müəyyənləşdirilməsi, bir
ümumi, əhəmiyyətli və əhəmiyyətsiz, cins və növ əlamətinin gös
tərilməsi prinsipi üzrə sinfin qruplaşdınlması ilə əlaqədar fikri
əməliyyatları nəzərdə tutur.
Tərifin dil əsası sözlər, adlar, terminlərdir. Təriflərin yaranma
sı müqayisə, təhlil, sintez, mücərrədləşdirmə və ümumiləşdirmə
ilə bağlıdır. Hər bir tərifdə
həcm
(müəyyən edilmiş əlamətə malik
olan predmetlərin sinfi) və
məzm un
(əlamət və əlamətlərin birliyi)
mövcuddur.
Dostları ilə paylaş: