VI FƏSİL
KÜTLƏ QARŞISINDA NİTQ
• •
6.1. Ü m um i rito rik q an u n lar
Nitq iştirakçılarının qarşılıqlı təsiri qanunu
Ritorika bildi
rir:
p a lta r sifarişçinin ölçülərinə uyğun olduğu kimi, nitq də din
ləyicinin «ölçülərinə» uyğun «biçilm əlidir».
Aristotelin inamına
görə, dinləyiciləri əvvəlcədən qiymətləndirmədən nitqə başlamaq
- dənizə xəritəsiz çıxmaq kimidir, dinləyicilərin rəğbətini qazan
maq üçün isə, natiqin insanların duyğularının - qəzəbin, yaxud
itaətkarlığın, məhəbbətin, yaxud nifrətin, paxıllığın, qorxunun və
s. hansı səbəbdən oyanmasını bilməsi vacibdir. Natiq bu amilləri
nəzərə almalıdır ki, nitq prosesində biliksizlik ucundan auditoriya-
dakılarda arzuolunmaz emosiyaların yaranmasına təkan verməsin.
Dinləyicilərin rəğbətini qazanmaq üçün natiq dinləyicilərin
tərkibini, auditoriya üçün xarakterik olan davranış xüsusiyyətlərini
bilməlidir:
Dinləyicilərin, məsələn, şərti olaraq aşağıdakı qruplara bölün
məsi mümkündür:
a) yetkinlik yaşında olanlar;
b) əsilzadə kökü olanlar;
c) varlılar;
ç) qüdrətlilər (hakimiyyətə malik olanlar);
f) xoşbəxtlər (uğurlular).
Hətta bu kiçik siyahıdan da görmək mümkündür ki, Aristotel
bizə faktları - ictimai vəziyyət, yaş, psixoloji vəziyyətə (xoşbəxt,
uğurlu, yaxud maddi-mənəvi cəhətdən əzilmişlər) qədər necə ge
niş əhatə etməyi öyrədir.
217
Aristotel nitqin ünvanlandığı insan amilinə niyə belə böyük
diqqət yetirirdi, nitq vəziyyəti zamanı natiq və dinləyicilər arasın
dakı münasibətləri necə görürdü?
«Ritorika» traktatının mətninə əsasən mühakimə yürütsək,
inamla deyəbilərikki, antik natiq və ritorlar dinləyiciləri fəaliyyətdə
olan şəxslər hesab edirdilər, çünki onlar nitq söylənilən zaman
düşünür, fıkrən razılaşır, yaxud etiraz edir, nitqi, onun mənasını
qiymətləndirir, qərarın qəbul edilməsinə hazırlaşır, nəticələr çıxa
rır, yəni fəal olurdular.
Deməli, Aristotelin fikrincə, nitq zamanı nitq vəziyyətinin hər
iki iştirakçısı nitqin fəal iştirakçısı, nitq ünsiyyətinin subyektləridir.
Klassik və müasir ritorika ustaları dinləyiciləri kütlə qarşısın
da nitq prosesinə daxil etməyə kömək göstərən ritorik üsullara- na
tiqin dinləyicilərə müraciəti, nitqin məna baxımından əhəmiyyətli
olan fraqmentlərinin seçilib qabardılması, dinləyicilərin ruhlandı-
nlıb həvəsləndirilməsi, natiqin özünün əvvəlki baxışlarının səhv
olmasını etiraf etməsi, buraxdığı səhvlər üçün təəssüflənməsi və s.
kimi xüsusi üsullar toplusuna malikdirlər.
Burada V.F.Odoyevskinin bir aforizmini xatırlamaq yerinə
düşərdi: «Danışmaq dinləyicidə onun şəxsi daxili sözünü oyat
maqdan başqa bir şey deyil». Lakin qeyd etmək lazımdır ki, Av
ropa və Amerikada bir çox yüzilliklər ərzində nitq ünsiyyəti fərqli
şəkildə başa düşülmüşdür. Nitq ustalığı haqqında dərsliklər izah
edirdi ki, nitq ünsiyyəti - informasiyanın fəal subyektdən (danı
şandan) qeyri-fəal obyektə (dinləyiciyə) ötürülməsidir.
Artıq XX yüzilliyin sonuna yaxın nitq ünsiyyətinin bərabər
hüquqlu iştirakçıların qarşılıqlı fəaliyyəti kimi nəzərdən keçiril
məsinə tərəf dönüş edilmişdir. Bu səbəbdən Qərbdə müasir ritorik
rəhbərliklərdə natiqə əvvəlcədən auditoriyanın «portretini»: onun
sosial tərkibi, dinləyicilərin sayı, yaşı, xüsusi maraq dairəsi, şəxsi
xüsusiyyətləri və s. tərtib etmək təklif olunur.
Bütün bunları ona görə bilmək lazımdır ki, auditoriyanı
ünsiyyət prosesinə cəlb etmək mümkün olsun, o, qeyri-fəal obyekt
olmasın. Yalnız bu halda natiq müasir ritorikanın birinci və əsas
qanununu -
səm ərəli nitq ünsiyyətinin yalnız nitqin iştirakçıları-
218
nm qarşılıqlı fəa liyyəti şəraitində mümkün olm asını
həyata keçirə
bilər.
Nitq ünsiyyətini dialoqlaşdırmaq, yəni dinləyicini nitq
fəaliyyətinin fəal iştirakçısı etmək üçün klassik ritorika natiqin
nitq davranışının prinsiplərini işləyib hazırlamışdır. Bu prisipləri
sadalayaq:
nitqin ünvanlandığı şəxsə diqqət, nitqin məzmununun
dinləyicinin həyatına və m araqlarına yaxınlığı, konkretlik.
Bacarıqlı natiqlər nitqin bütün gedişi boyu daim dinləyicilərə
müraciət etməyə çalışırlar ki, onlar qeyri-fəal olmasın. Lakin yad
da saxlamaq lazımdır ki, çıxış zamanı xüsusi ehtiyac olmadan
dinləyicilərdə mənfi reaksiya doğuracaq mövzulara toxunmaq, rito
rikanın öyrətdiyi kimi, auditoriyanın razılaşmayacağını əvvəlcədən
bildiyiniz fikirləri qəti formada ifadə etmək lazım deyil.
Lakin dinləyicini natiqin fikrinin düzgün olmasına inandırmaq
zərurəti yarandıqda mübahisə, diskussiya, hətta müzakirə də apar
maq mümkündür.
N itqdə irəli hərək ət və nitqin ünvanlandığı şəxsə m eyli q a
n u n u Ümumi ritorikanın ikinci qanunu tələb edir ki, dinləyici artıq
nitqin əvvəlində onun son m əqsədi
haqqında biliyə malik olsun. Bu
halda dinləyici natiqin nitqini uzadıb-uzatmadığını, başlanğıcdan
sona qədər düzgün hərəkət edib-etmədiyini izləyə bilər.
Nitqin hərəkətini yaratmaq üsulları bunlardır: onun quruluşu,
fərdi nitq üslubu, nitqin sürəti, yüksəkliyi və s. Kütlə qarşısında
nitqin uğurlu alınması üçün klassik və müasir ritorika natiqə nit
qin elə bir quruluşunu müəyyənləşdirməyi təklif edir ki, orada
bir mənalı hissədən digərinə keçidlər natiqin kənara çıxmadan,
«ilişib qalmadan» və əvvəldə söylədiklərinə təkrar-təkrar geriyə
dönmədən irəliyə getməsi təəssüratı yarada bilsin.
Klassik ritorikada hətta nitqdə onun asanlıqla qavranılmasına
kömək edən ayrıca ifadələrin qurulması və istifadəsi prinsipləri
işlənib hazırlanmışdır. Aristotel « başlanğıcı və sonu olan və
ölçüləri asanlıqla görünən» ifadəni dövr (period) adlandırır. Bəs
dövr nədir?
Dövr ritorik bədii ifadə olub, intonasiyaya görə yüksələn və
enən iki hissədən ibarətdir. İfadənin başlanğıcı və sonu eyni qay
219
dada sakit tələffüz olunur. Hər bir hissə, öz növbəsində, bir neçə
hissəyə- dövrün üzvlərinə malik ola bilər. Aristotelin inamına görə
dövr nitqin təşkili forması olub, dinləyicinin «məqsədi görməsi»
üçün lazımdır.
Dövrün başlıca nəzəriyyəçisi və tətbiqçisi Siseron olmuşdur.
Siseronun fikrincə, dövr adi nitqə ritm vermək üçün əsas vasitədir.
«Çoxdan bəri borcların yükü altında əzab çəkən hər kəs, qismən
tənbəllikdən, ya xu d işlərin p is getm əsi nəticəsində üm idlərini
itirənlər, kim ki, məhkəmə çağırışları və hökmlərindən, o cümlədən
m ülkiyyətinin hərracı haqqında qəzet elanlarından cana doyub -
onların çox hissəsi şəhərdən və kəndlərdən, eşitdiyim kimi, K atili-
nanın düşərgəsinə tə rə f irəliləyirlər
» (Siseron, Katilina əleyhinə
ikinci nitq).
Gördüyümüz kimi, dövri nitq elə təşkil edilmiş nitqdir ki,
ifadənin başlanğıcında həm danışan, həm də dinləyən artıq nit
qin əsas fikrinin inkişafını və yekunlaşmasını öncədən hiss edə
bilsinlər. Buna dövrün intonasiyasının tamamlanmış və qapalı ol
ması kömək edir.
Hərəkətin hiss edilməsinin yaradılması vəzifəsinə
təkrar
kimi
ritorik üsul da xidmət edir: bu, nitqin mövzusunun, ümumi tezisi
nin, açar sözlərin təkrar edilməsi, nitqin bir hissəsindən digərinə
«keçidlərdə» təkrarlar, çıxışın yekun hissəsində təkrarlar və sairdir.
Siseronun Katilina əleyhinə birinci nitqindən nümunə gətirək:
«M ənə söylə görüm, Katilina, nə vaxta qədər sən bizim
dözümümüzdən sui-istifadə edəcəksən? A ğlını itirm iş insanla
təhlükəli oyun nə vaxta qədər davam edə bilər? Sənin təhlükəli
təkəbbürünün nə zam ansa bir hüdudu olacaqm ı
»?
Siseronun hər üç ifadəsi bir fikri ifadə edir: «Nə vaxta
qədər? Sözlərin, ifadələrin söz birləşmələrinin təkrarı, ritorika
nın göstərdiyi kimi, nitqin yadda saxlanmasına səbəb olur və
dinləyicilərin yaddaşını fəallaşdırır.
Dostları ilə paylaş: |