dinləməzlər. Buna yol verməmək üçün çıxış zamanı tədricən və
ahəngdar surətdə
səsinizi gah yüksəldib, gah da alçaldın, onu gah
uca, gah yavaş edin.
İnandıncı olmaq istəyən natiq aramla və aşağı tonlarda danışır.
Lakin o, səsinin təbii diapazonunda qalmalıdır, yoxsa çıxışı qeyri-
səmimi təsir bağışlaya bilər.
Səsin ahəngdarlığına nail olmaq üçün düzgün nəfəs almağı
öyrənmək lazımdır. Bu isə dərindən, diafraqmanı nəfəs alıb-ver
mə prosesinə qoşmaqla nəfəs almaq deməkdir. Bu həm də tənəf
füsü nəzarətdə saxlayaraq, nəfəsverməni qənaətlə paylaşdırmaq
deməkdir. Yaxşı natiqdə nəfəsalma və nəfəsvermənin uzunluğu
1:15-1:20 nisbətində (yəni hər dəfə 15-20 söz deyilməlidir) olma
lıdır.
B ir çox natiqlər səhv olaraq belə hesab edirlər ki, nəfəsalmanı
durğu
işarələri ilə, yaxud cümlənin sonunda etmək lazımdır. Bir
nəfəsalmada yalnız bir qısa cümlə demək mümkündür. Əgər siz
uzun cümləni tələffüz etmək istəyirsinizsə, onun sonuna yaxın
səsin gücü və ahəngdarlığı mütləq aşağı düşür.
Tez-tez nəfəs almaq, daimi hava ehtiyatını qorumaq, həm də
nəfəsalmanı təbii (məntiqi) pauzalar zamanı
və hiss olunmadan
etmək lazımdır.
Nitqin dolğunluğu və ahəngdarlığının sırf fizioloji şərtlərindən
başqa həm də psixi əsaslan mövcuddur. Bu, özünə inam, ruh
yüksəkliyi, söhbətin mövzusu ilə çox maraqlanmaqdır.
Natiq nə qədər yaxşı hazırlaşmışsa, nə qədər çox maraqlı fakt
lar bilirsə, özünü o qədər inamlı hiss edir və nəticədə öz səsinə
ahəngdarlıq və ifadəlilik vermək onun üçün bir o qədər asan olur.
Nitqin hər bir səsi xarakterik çalara, yaxud tembrə malikdir.
Səsin digər ünsürləri kimi tembr də natiqin psixi vəziyyətindən
asılıdr. Əgər ideyalannız aydın və canlı deyilsə və özünüz də bunu
hiss edirsinizsə, səsiniz aydın və şəffaf səslənməyəcək. Siz yor
ğun,
ruhdan duşmuş, utanmış, yaxud qəzəbli olduqda səsinizin
necə səslənməsinə diqqət yetirin. Əlbəttə, səsin tembrini tamamilə
dəyişmək mümkün deyil. Lakin onu yaxşılaşdırmaq üçün çox şey
etmək mümkündür.
240
Tembrin qüsurlan bunlardır: a)təngnəfəslik; b) xınltılılıq; c)
sərtlik ç) boğaz səsi olması; f) burunda danışmaq.
Yaxşı tembr - açıq, dolğun, aydın, təmiz vibrasiyalarla
səslənmədir.
Belə səslənmə dərin, nəzarətdə saxlanan tənəffüsün, səs tellə
rinin sərbəst titrəyişlərinin və heç nə ilə sıxılmayan rezonans ka
meralarının - qırtlağın, ağız və burun boşluqlanmn mövcudluğu
nun nəticəsidir. Səs axınının ağızın ön
hissəsinə nə qədər yüngül
axdığını hiss etmək zəruridir.
Danışıq texnikası həm də nitqin sürəti anlayışını özündə ehtiva
edir ki, o da nitqin sürətliliyi, ayn-ayn sözlərin səslənmə müddəti,
fasilələrin uzunluğu və intervallan kimi göstəricilərlə səciyyələnir.
Nitqin sürəti olduqca müxtəlifdir və natiqin özünün xüsusiy
yətlərindən və onun nitqinin məzmununun xarakterindən asılıdır.
Natiqlərin çox hissəsi bir dəqiqədə 120-dən 150-dək söz tələffüz
edir.
Nitqdə qorxaqlıqdan doğan tələsildik geniş yayılmış və cid
di qüsur sayılır. Olduqca sürətli nitq həm də natiqin auditoriyaya
tam laqeyd olmasının nəticəsidir. Yaxşı natiqlər heç zaman sürətlə
danışmırlar. Onlar dinləyicilərə nitqin
daha məzmunlu fikirlərini
dərk etmək üçün vaxt verirlər.
Süst, həvəssiz nitq isə fleqmatik və tənbəl insanların qüsuru
dur. Belə natiqlər bir söz söyləməzdən əvvəl uzun müddət tərəddüd
edirlər, nəhayət, mülahizənin sonuna gəldikdə isə dinləyici artıq
onların fikirlərinin axarını izləmək qabiliyyətini itirmiş olur.
Nitqin sürəti həm də ayn-ayn heca və sözlərin səslənmə müd
dətinin uzunluğu ilə müəyyən edilir. Sözlər kimi hecalar da qar
mon kimi dartılıb uzadıla və yığılıb sıxıla bilər ki, bu da onlann
mənasından və ifadə etdikləri hisslərdən asılıdır. Əsəbi, coşqun
natiqlər daha ifadəli səslənmə üçün səslənmənin uzunmüddətli-
liyindən çox, ucadan danışmağa əhəmiyyət verirlər. Nəticədə din
ləmə üçün xoşagəlməz olan sərtlik meydana çıxır.
Nitqdə bizim hisslərimiz
təkcə sözlərin köməyilə yox, həm
də
Dostları ilə paylaş: