Nitqi auditoriyaya qısa müraciətlə başlayın, ondan sonra ani,
ehtiyac olduqda isə daha uzun fasilə gəlməlidir.
Giriş sözü bərkdən deyilməməlidir. Bu, çıxışın
gedişinə daha
yaxşı nəzarət etməyə və auditoriyanın diqqətini cəlb etməyə kömək
göstərər. Nitqin dəqiqliyinə nəzarət edin. Nitq nə çox sürətli, nə də
çox yeknəsəq olmamalıdır.
Çıxış zamanı baxışlarınız dinləyicilərə yönəlmiş olmalıdır.
Sizə yönəlmiş baxışlardan gözlərinizi qaçırmayın, bir nöqtəyə
baxmayın. Auditoriyanın reaksiyasını müşahidə edin.
Əgər indicə söylədiyiniz sözlərin dinləyicilərdə canlanma ya
ratdığını görürsünüzsə, toxunduğunuz mövzunu inkişaf etdirməyə
səy göstərin. Bu, auditoriyanı ələ almağa və müsbət münasibət qa
zanmağa yardım edər. Yalnız dinləyicilərin
müsbət münasibətinə
nail olduqdan sonra başlıca məsələnin şərhinə keçin.
Bütün çıxış boyu özünənəzarəti unutmayın. Heç bir halda nitqi
söyləməkdə çətinlik çəkdiyinizi, yorulduğunuzu, yaxud hansı an
larda isə inamsız olduğunuzu hiss etdirməyin.
Hətta yerdən təhrikedici
səslər gəlirsə, diskussiyaya girməyin.
Təhrikedici çağırışlar sizi özünüzdən çıxarmamalıdır. Söyləyin ki,
çıxışı bitirdikdən sonra istənilən suala cavab verməyə hazırsınız.
Bununla siz diskussiyaya hazırlaşmaq üçün vaxt qazanmış ola
caqsınız. Həm də çıxışınızın sonrakı gedişində diskussiyaya səbəb
olacaq bəzi suallar aradan qalxa bilər.
Çıxışın çətin anlarında xüsusilə inamla,
hər sözü intonasiya
ilə söyləyərək danışmaq lazımdır. Auditoriya üçün xoşagəlməz
ola biləcək ifadələri aydın nümunələrlə möhkəmləndirmək lazım
dır. Bu mövzuya toxunmağa sizi zərurətin məcbur etdiyini mütləq
qeyd etməyi unutmayın. Sərt sözləri auditoriyanın ünvanına deyil
miş bir neçə xoş sözlə yumşaltmaq faydalı olar.
Əgər auditoriyanın
yorulduğunu hiss edirsinizsə, səsinizi al
çaldın, sonra tədricən yüksəldin.
Ümumiləşdirici nəticələr nitqin məzmunu ilə məntiqi şəkildə
əlaqələndirilməlidir. Nitqi bitirərkən dinləyicilərə diqqətlərinə
görə təşəkkür etməyi unutmayın.
252
N itqin kompozisiya quruluşu
Dostları ilə paylaş: