İclaslarda eksprom t çıxış zərurəti yarandığı zam an aşağıdakı
ları nəzərə alm aq lazım dır
:
• İclasın gündəliyini öyrənin. Sizi hansı bəndsə narahat edir
mi? Bəndlərdən hansısa sizin gördüyünüz işlə bağlıdırım?
• İclasda kimlər iştirak edəcək? Onlardan kiminsə sizə aid giz
li planları ola bilərmi?
• Hətta əgər bu iclasın gündəliyinə daxil deyilsə, hazırda üzə
rində işlədiyiniz, yaxud əvvəllər işləmiş olduğunuz, yaxud gələ
cəkdə işləmək istədiyiniz məsələləri nəzərdən keçirin. Son fakt və
göstəricilərlə tanış olun.
Əgər sizə sual verilibsə
...
Sualı başa düşdüyünüzə əmin olun. Onu başqa şəkildə ifadə
edin, yaxud dəqiqləşdirməyi xahiş edin.
Gözlərinizi sual verəndən çəkin. Diqqətinizi demək istədiklə
rinizdə cəmləşdirin. Əsas məsələləri sürətlə müəyyənləşdirin. Ye
kunu necə quracağınızı düşünün.
Ekspromtun ən yaxşı formalarından biri - əsas bəndlərin keç
mişi, indini və gələcəyi əhatə etməsinin təmin olunmasıdır.
Əsas fikirlərinizi xüsusi məlumatlarla əsaslandırın. Əgər onlar
əlinizdə deyilsə, bütün maraqlananlara onları daha sonra çatdıra
cağınızı söyləyin.
Sizin üçün ayrılmış vaxtdan sakitliyinizi qoruyaraq istifadə
edin.
M ənasız sözlərdən, m övzudan kənara çıxmaqdan, üzrxahlıq
etməkdən çəkinin, təəccüblənməyin, öz qüvvə və im kanlarınızı la
zım ınca qiym ətləndirm əm ək kim i artıq hərəkətlər etməyin.
Dediklərinizi dəqiq yekunlaşdırın, yaxud sadəcə danışığınızı
bitirin (belə bir ifadə var: «Qalxın, fikrinizi tutarlı söyləyin, sonra
susun». Bu, yaxşı məsləhətdir. Ona əməl edin).
Dostları ilə paylaş: